Məhkəmə qərarları › İş №3(032)-952/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-952/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-952/2023 18.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1988-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Şəxs idarə etdiyi Mersedes E190 markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri F.X.Xoyski küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozaraq X2 idarə etdiyi Vaz 21041 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmaya səbəb olaraq Vaz 21041 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, Mercedes E190 markalı, ** SA *** dövlət qeydiyyat nişanlı minik avtomobilini kreditlə alımış və hazırda həmin avtomobili nəqliyyat vasitəsinin istifadə olunması hüququ verən etibamamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində o, Mercedes E190 markalı, ** SA *** dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edərək yaşadığı evə gedirdi. Şirvan şəhəri F.X.Xoyski küçəsində hərəkətdə olarkən orada olan nizamlanmayan dördyol ayrıcına daxil olmuşdur. Bu vaxt o maşınla saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Bu vaxt o, ondan sağ tərəfdə gələn Vaz 21041 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yol verməyərək onun yoluna çıxmış və həmin avtomobili yan tərəfdən vurmuşdur. Hadisə nəticəsində zərərçəkmiş şəxsə ziyan dəymişdir. Sonda etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, onun özünə məxsus Vaz 21041 markah, ** BD *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. O, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü İl tarixdə saat 02 radələrində o, sonuncu müştərini də yaşadığı evə aparmış və öz yaşadığı evə yola düşmüşdür. Bundan sonra o, özünə məxsus Vaz 21041 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri F.X.Xoyski küçəsində hərəkətdə olarkən orada olan nizamlanmayan dördyol ayrıcına daxil olmuşdur. Saatda 20 km/saat sürətlə hərəkətdə olmuşdur. Ondan sol tərəfdə gələn Mercedes markalı avtomobil onun avtomobilini sol yan hissədən vurmuşdur. Bu vaxt o, xəsarət almışdır. Bundan sonra o, müayinə olunmaq üçün xəstəxanaya müraciət etmişdir. Sonda Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu badərə ərizə təqdim etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 299 saylı rəyindən görünür ki, X2 bədən səthində boyunda əzələ bağ aparatının gərilməsi, sol bazunun yuxarı 1/3-də sıyrıq xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 iyul 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Şirvan şəhər Polis şöbəsinin Dövət yol öpolis bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş olan zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar