Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-953/2023 08.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə İnzibati xəta törətmiş Şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkillər Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonu, Beşdəli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, T.İsmayılov küçəsində Şirvan şəhər Regional İcra və Probasiya Şöbəsinin inzibati binasında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 08 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Nizami Hüseynovu 2006-cı ildən tanıyır. Onunla münasibətləri normal olmuş, aralarında ədavət və dava-dalaş olmamışdır. Həmin vaxt X2 rayonu İcra və Probasiya Şöbəsində icraçı vəzifəsində çalışmışdır. 2018-ci ildə onların əkin yerlərinin suvarılmasına problemlər yarandığı üçün bu məsələ ilə bağlı bir neçə dəfə Sabirabad rayonu İcra Hakimiyyətinə müraciət etsə də ona bildirdilər ki, bu məsələ mülki xarakterlidir, məhkəməyə müraciət edin. Məhkəmə qərarında su kanalının üstündə olan maneələrin aradan qaldırılması göstərilmişdir. Qərar qəbul olunduqdan 8 ay sonra ölkə prezidentinə müraciət edərək məhkəmə qətnaməsinin icra edilmədiyini bildirmişdir. Nizami Hüseynov isə onların kəndinin bələdiyyəsinə nəzarəti həyata keçirirdi. Nizami Hüseynova bu məsələ ilə bağlı bir neçə dəfə müraciət etsə də o, hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışdır. Sonuncu dəfə 07 avqust 2023-cü il tarixində Nizami Hüseynova yenidən zəng etdi və ona arxayın olduğunu söyləmişdir. Həmin gün bir neçə saat sahədə işləsələr də hələ də sahəyə su gəlməmişdir. Bu zaman Nizami Hüseynov ona zəng etmiş və Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə gələrək onunla görüşmüş və bu məsələni müzakirə etməyə başlamışdır. Həmin vaxt onların kəndinin bələdiyyə sədri İmanov Fərid ona zəng etmiş və bu məsələnin yoluna qoyulacağını bildirmişdir. 08 avqust 2023-cü il tarixində bir daha Nizami Hüseynovun qəbuluna getmişdir. İdarənin həyətində gözləmiş, sonra Nizami Hüseynov ona zəng vuraraq otağına dəvət etmiş, ona məsələni müzakirə etmələrini və əyləşməsini təklif etmiş, lakin əyləşməkdən imtina etmişdir. Nizami Hüseynova ondan şikayət edəcəyini bildirmiş, bu zaman polis əməkdaşları içəri daxil olmuşlar. Onun qolunu tutmaq istəyən polis əməkdaşına etiraz etmiş, buraxmağını istəmişdir. Nizami Hüseynovu hədələməmiş, aralarında heç bir mübahisə olmayıb. Sadəcə bu məsələ ilə bağlı ondan şikayət edəcəyini bildirmişdir. İdarə etdiyi avtomobildə isə özünə məxsus olan və təsərrüfatda istifadə etdiyi balta vardır. Həmin balta mütəmadi olaraq avtomobildə olur. Polisin qanuni tələblərinə əməl edərək onlarla polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında izahat verən inzibati protokolu tərtib etmiş Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X1 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ƏİQ-da olarkən Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsindən bir nəfər vətəndaşın idarədə səs-küy salması, idarə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməsi və hədələməsi ilə bağlı məlumat növbətçi hissəyə verildikdən sonra dərhal hadisə yerinə getmişlər, bu zaman vətəndaşın ucadan səs-küy salması idarə rəhbərliyini, işçiləri hədələməsi aşkar olunmuşdur. Həmin şəxsin Şəxs olması müəyyən olunmuş, ona dəfələrlə bu cür hərəkətlərinə son qoymasını, hər hansı bir məsələnin yalnız qanuni yolla həll olunmasını bildirsələr də vətəndaş bu cür qanunsuz hərəkətlərini davam etdirmiş və polis şöbəsinə gəlməkdən imtina etmişdir. Onunla vətəndaşla profilaktiki söhbətlər aparıb qanuni tələblərinə tabe olaraq polis şöbəsinə getməsini, polis şöbəsində məsələnin qanuni yolla həll olunmasını bildirmişlər, lakin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşları ilə aqressiv hərəkətlərini davam etdirmiş, polis şöbəsinə getməkdən imtina etmişdir. Lakin vətəndaş tərəflərindən polis şöbəsinə gətirlmiş, Növbətçi Hissəyə təhvil verilmiş və barəsində qanunamüvafiq rəsmiləşmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili polis leytenantı Şahid2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ƏİQ-da olarkən Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsindən bir nəfər vətəndaşın idarədə səs-küy salması, idarə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməsi və hədələməsi ilə bağlı məlumat növbətçi hissəyə verildikdən sonra dərhal hadisə yerinə getmişlər, bu zaman vətəndaşın ucadan səs-küy salması idarə rəhbərliyini, işçiləri hədələməsi aşkar olunmuşdur. İnzibati binanın içərisində olan bütün işçilər dəhlizdə olmuş, onların da normal iş rejimi pozulmuşdur. Həmin şəxsə dəfələrlə bu cür hərəkətlərinə son qoymasını, hər hansı bir məsələnin yalnız qanuni yolla həll olunmasını bildirsələr də vətəndaş bu cür qanunsuz hərəkətlərini davam etdirmiş və polis şöbəsinə gəlməkdən imtina etmişdir. hamının yanında qurumun rəhbəri Nizami Hüseynovun şəxsiyyətini alçaldan ifadələr işlətmişdir. Həmin vətəndaşla profilaktiki söhbətlər aparıb ona etdiyi hərəkətlərin əleyhinə olmasını, qanuni tələblərinə tabe olaraq polis şöbəsinə getməsini, polis şöbəsində məsələnin qanuni yolla həll olunmasını bildirmişlər, lakin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşları ilə aqressiv hərəkətlərini davam etdirmiş, polis şöbəsinə getməkdən imtina etmişdir. Lakin vətəndaş tərəflərindən polis şöbəsinə gətirilmiş, Növbətçi Hissəyə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:20 radələrində Şirvan şəhər Polis Şöbəsinin qapı postunda xidmətdə olarkən bir nəfər şəxsin Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya Şöbəsində ucadan səs-küy saldığını görmüş, hadisə yerinə getdikdən sonra vətəndaşın polis şöbəsinə gətirilməsi təmin olunmuşdur. Vətəndaş qapı postunda olarkən ucadan səs-küy salmış, ictimai qaydanı kobud surətdə pozmuşdur. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon sakini Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 08 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 08 avqust 2023-cü il tarixdə T.İsmayılov küçəsində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində ƏİQ-da olarkən Ədliyyə Nazirliyinin Şirvan şəhər İcra və Probasiya şöbəsindən bir nəfər vətəndaşın idarədə səs-küy salması, idarə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməsi və hədələməsi ilə bağlı məlumat növbətçi hissəyə verildikdən sonra dərhal hadisə yerinə getmişlər, bu zaman vətəndaşın ucadan səs-küy salması idarə rəhbərliyini, işçiləri hədələməsi aşkar olunmuşdur. Həmin şəxsə dəfələrlə bu cür hərəkətlərinə son qoymasını, hər hansı bir məsələnin yalnız qanuni yolla həll olunmasını bildirsələr də vətəndaş bu cür qanunsuz hərəkətlərini davam etdirmiş və polis şöbəsinə gəlməkdən imtina etmişdir. Həmin vətəndaşla profilaktiki söhbətlər aparıb ona etdiyi hərəkətlərin əleyhinə olmasını, qanuni tələblərinə tabe olaraq polis şöbəsinə getməsini, polis şöbəsində məsələnin qanuni yolla həll olunmasını bildirmişlər, lakin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşları ilə aqressiv hərəkətlərini davam etdirmiş, polis şöbəsinə getməkdən imtina etmişdir. Lakin vətəndaş tərəflərindən polis şöbəsinə gətiirlmiş, Növbətçi Hissəyə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayon sakini Şəxsdur. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan inzibati orqanın həyətində və daxilində ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə kənar şəxslə mübahisə etməsi kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:20-da törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar saxlanılarkən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı, polis qurumunun əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilməsi, polis şöbəsində tabesizlik hərəkətlərinə davam etməsi özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs barəsində inzibati həbsin tətbiq edilməsini istisna edən hallar müəyyən edilmədi. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 avqust 2023-cü il tarixdən, saat 15:20-dan hesablansın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-953/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-953/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver