Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-955/2024 31.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Qazı-Məmməd (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: X2 24 sentyabr 2024-cü il tarixdə ünvan 2 ünvanında aralarında baş vermiş münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması 31 oktyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 oktyabr 2024-cü il tarixli qərar, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahat verərək bildirdi ki, 24 sentyabr 2024-cü il tarixdə oğlu Ümüdün doğum günü olduğu üçün arvadı evdə hazırlıq gördüyü vaxt Ümidə hazılanmış tort masanın üzərində idi və bu vaxt Ümid həmin torta əli ilə uzadıb əzmişdir. Bu vaxt Fəridə bunu görüb əsəbləşərək onun üstünə qışqırmağa başlamışdır ki, uşağa baxa bilmirsən. Bundan sonra mübahisələri düşmüşdür. O, əsəbləşib onu vurmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizə təqdim olundu. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 24 sentyabr 2024-cü il tarixdə oğlu Ümidin doğum gününü qeyd etmək üçün hazırlıqlar görmüş, Ümidin doğum günü münasibəti ilə ona tort düzəltdirmişdir. Ümid ortalıqda oynayarkən bilmədən əli torta dəyərək onu korlamışdır. Bu vaxt Rövşən bunu görüb əsəbləşərək uşağa qışıqrmağa başlamışdır. Bundan sonra o, Rövşənə uşağın üstünə qışqırmamasını və sakit olmasını istəmişdir. Onun rəfiqələri bunları görməsin deyə o evə girmiş, Rövşən arxasınca gəlib onun saçından tutaraq onu vurmağa başlamışdır. Rövşən onu döydükdən sonra evi tərk edib çıxıb getmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bu barədə ərizə təqdim olundu. İnzibati xəta haqqında protokola əlavə edilmiş 24 sentyabr 2024-cü il tarixli 501 saylı ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – alının və boyun nahiyyələrində qançır - küt əşya təsirindən törənmiş , qərarın təsviri hissəsində göstərilən 24 sentyabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs X1 Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-955/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-955/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver