Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-956/2024 04.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəbrayıl rayonu, Horovlu Ərazi Dairəsi, Horovlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 11:00 radələrində Şrvan şəhəri, Xəqan küçəsində Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2008-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, bu münasibətdən 3 övladları olmuşdur. 2016-cı il tarixdə dövlət tərəfindən ona və ailəsinə ev verilmişdir. Həmin bina Şirvan şəhən, Xəqani küçəsində yerləşir. Binanın 2-ci blokunun 3-cü mərtəbəsi ona, 2-ci mərtəbəsi isə ailəsinə verilmişdir. Bu son 3 ayda ona verilən evdə yaşayan arvadı Zərərçəkmiş şəxs evin qapısını bağlayaraq tətil üçün Bakıya getmişdir. Bu müddətdə evdə su turbası deşilərək ailəsinə verilmmiş 2-ci mərtəbədəki evlərinə su sızmışdır. Onlar su idarəsinə müraciət edərəl suyu bağlatdırmışdır. xx.xx.2024-cü il tarixdə təkrar Zərərçəkmiş şəxs ilə sözlü mübahisəsi yaranmışdır. O, Firəngiz vurmamış, heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2008-ci il tarixdə Şəxs ilə ailə həyatı qurmuş, bu nigahdan 3 övladları olmuşdur. 2016-cı il tanxdə dövlət tərəfindən Yalçına və onun ailəsinə ev verilmişdir. Həmin bina Şirvan şəhəri, Xəqanı küçəsində yerləşir. Binanın 2-ci blokunun 3-cü mərtəbəsi Yalçına, 2-ci mərtəbəsi isə Yalçının ailəsinə verilmişdir. Təxminən 1 aydır ki, Şəxs boşanma ərizəsi yazmışdır. Bu son 3 ayda evin qapısını bağlayaraq tətil üçün Bakıya getmişdir. Bu müddətdə evdə su idarəsinə müraciət edərək suyu bağlatdırmışdırlar. O, Şirvan şəhərinə gəldikdən sonra susuz qalmış və su idarəsinə suyun bərpa olunması üçün müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə təkrar sözlü mübahisə yaranmış, Yalçının anası Əliyeva Fəxriyyə onu təhqir etmiş, Şəxs isə onun köynəyinin sinə hissəsindən tutaraq geriyə itələmişdir. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X1 20 sentyabr 2024-cü il tarixli, 495 saylı ekspert rəyinədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət sol süd vəzinin yuxarı iç kvadratında cızıq küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 20 sentyabr 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-956/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-956/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver