Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-96/2023 13.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ İş № 3(032)-96/2023 QƏRAR 13 fevral 2023-cü il Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, xx.xx.1970-ci ildə Şirvan şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu Marışlı Ərazi dairəsi Marışlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqdim olunmuş materialdan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə borcunu ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası DİN Şirvan şəhər X3 şəhər Məhkəməsinə daxil olmuş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin baxılması Şirvan şəhər Məhkəməsinin hakiminin səlahiyyətlərinə aid olmadığı üçün hesab edirəm ki, materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 124.1-ci maddəsinə inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Şəxs Salyan rayonu Marışlı Ərazi dairəsi Marışlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası 110.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinin tələbinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın, (vəzifəli şəxsin) səlahhiyyətlərinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokolun və ya digər materilalların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Hesab edirəm ki, inzibati xəta inzibati xəta törətmiş şəxs Salyan rayonu Marışlı Ərazi dairəsi Marışlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşadığından işin baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası DİN Şirvan şəhər X3 şəhər Məhkəməsinə daxil olmuş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə Salyan rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-96/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-96/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver