Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-961/2023 11.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8, Zərəçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1993-cü ildə Sabirabad rayonu, Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonu, Minbaşı Ərazi Dairəsi Qarağac kəndində qeydiyyatda olan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixdə X1 İlahə Qəzənfər qızını döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında bildirmişdir ki, 2021-ci ilin sentyabr ayından İlahə ilə sevgili olmuşdur. 2023-cü ilin iyul ayının 28-i tarixində saat 13 radələrində İlahə ona ac olduğunu və onun üçün yemək və dərman almağını istəmiş, o, İlahə üçün bir sıra ləvazimatlar aldıqdan sonra İlahənin yaşadığı evə getmiş, bu vaxt təkrar ona İlahə onunla yaşamasını bildirmiş, o, isə İlahəyə uzaqlaşacağını söylədikdə, İlahə evdə qışqırmağa başlamış, o, dərhal evdən çıxaraq uzaqlaşmışdır. Sonradan isə İlahə onun barəsində DİN-nin 102 xidmətinə zəng vuraraq, guya yaşadığı ünvanda ona xəsarət yetirməyi baradə məlumat vermişdir. X5 ilə mübahisə edərkən bir neçə dəfə onu itələmişdir. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda heç kəs olmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 ifadəsində bildirmişdir ki, bir dəfə ailə hayatı qurub ayrılmış, həmin evlilikdən bir qız övladı olmuşdur. Ərindən ayrıldıqdan sonra 2021-ci ilin yanvar ayından onunla qonşuluqda yaşayan Şirvan şəhər sakini Şəxs tanımağa başlamış, Muradla onunla tanışlığı vaxt keçdikdə yaranmış və Muradla artıq qeyri-rəsmi formada bir evdə yaşamağa başlamışdır. 27 iyul 2023-cü il tarixində saat 14 radələrində Muradla kirayə yaşadıqları ünvanda olan zaman Murada Bakı səhərinə getmək istədiyini və ona vermiş olduğu ümumi 3000 manat puldan 700 manat pul istəmiş, bu vaxt Murad evdə onun üzərinə gələrək, baş nahiyyəsinə yumruqla vurmağı başlamış, sonra o, yerə yıxılmış, Murad onun əllərinə və bədən nahiyələrinə ayaqları ilə vuraraq xəsarətlər yetirməyə başlamışdır. O, qışqıraraq ağlamış, Murada hadisə barədə polisə məlumat verəcəyini söyləmiş, Murad da evi tərk edərək getmişdir. Bundan sonra o, mobil telefonu ilə DİN-nin 102 qaynar xəttinə müraciət etmişdir, Murad ilə aralarında mübahisə 10-15 dəqiqə davam etmiş, həmin vaxt səs-küy olsa da, qonşulardan heç kim gəlməmişdir. Murad onun baş nahiyəsinə bir neçə dəfə yumruqla, bədən və əl nahiyyələrinə isə ayağı ilə xəsarət yetirmişdir. Murad ilə aralarında baş vermiş mübahisə yaşadıqları Şirvan şəhəri, L-nt İbrahimov küçəsində yerləşən ünvanının qonaq otağında baş vermişdir. Həmin vaxt yaşadıqları evdə onlardan başqa heç kəs olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İnzibati xəta haqqında protokola əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 363 saylı məhkəmə-tibbi rəyindən görünür ki, X2 saidin yuxarı 1/3-də və sağ əlin İİİ barmağın arxa səthində qançırlar, sağ əlin V barmağın iç səthində sıyrıq-küt əşya təsirindən törənmiş,qərarın təsviri hissəsində göstərilən 28 iyul 2023-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilmir. Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsi ev 119-da yaşayan X6 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq, Murad adlı şəxsin ondan aldığı pulları geri vermədiyini, onu döydüyünü bildirmişdir.Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada tədim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-961/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-961/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver