Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-961/2024 06.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1982-ci ildə (Əli-Bayramlı) indiki Şirvan şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə aralarında baş vermiş münaqişə zəminində tanışı X4 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 oktyabr 2024-cü il tarixli qərar, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X6 təxminən 10 ildir ki tanıyır, münasibətləri yaxşı olmuşdur. X2 şəhəri H.Əliyev prospektində yerləşən dayanacaqda taksi kimi fəaliyyət göstərdiyi üçün tanıyır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində avtomobilini dayanacaqda saxlamış, Seyfəddingilin yanına gəlmiş, həmin vaxt orada Aqşin, Aftandil olmuşdur, onlarla birlikdə zarafat edib gülmüşlər. Seyfəddinin telefonla danışdığı üçün etdiyi bu zarafatdan əsəbiləşmiş, ona iradını bildirmişdir. Buna görə də aralarında mübahisə etmişlər. O, həmin vaxt Seyfəddinə heç bir xəsarət yetirməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizə təqdim olundu. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, 12 avqust 2024cü il tarixdə təxminən saat 19 radələrində Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən dayanacaqda dayanmış, həmin vaxt qonşusu Nəzakət adlı qadın ona zəng etmiş və xəstəxanaya getmək istədiyini söyləmişdir. Bundan sonra dayanacaqda taksi kimi fəaliyyət göstərən İslam öz-özünə ucadan danışaraq nalayiq ifadələr işlətmiş, həmin vaxt o, telefonda ailəsi ilə danışdığı üçün İslama nalayiq ifadələrdən istifadə etməməsini, ucadan danışmamasını bildirmiş, sonra telefonu söndürdüyünü zəng etmiş, lakin bu zaman telefonu söndürmək fikrindən çıxmışdır. Daha sonra İslam ona nalayiq ifadələr işlədərək telefonla uzaqda danışmağını bildirmiş, sonra onun üzərinə hücum etmiş, o, onun dediyi sözləri ona geri demişdir. Həmin vaxt mübahisəni telefonda ailəsi eşitmiş, İslam onun üzərinə hücum çəkərək əli ilə boğazından tutub avtomobilə tərəf söykəmişdir. Bu zaman ətrafda olan insanlar gələrək onları ayırmışlar. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə polis şöbəsinə yaxınlaşaraq ərizə ilə müraciət etmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bu barədə ərizə təqdim olundu. Məhkəmə iclasında şahid qismində X8 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında dayanacaqda o, Aftandil, Seyfəddin və İslam dayanacaqda dayanmışlar. Bu zaman İslam ilə Seyfəddin də bir yerdə çay içirmişlər. İslam Seyfəddinlə zarafat eləmiş, Seyfəddin həmin vaxt telefonla danışırdı. Seyfəddin telefonu söndürdükdən sonra İslamın üzərinə qışdırdı ki, ucadan danışmasın. Amma İslam orada ucadan danışmırdı. Seyfəddinin ilə İslam arasında mübahisənin səbəbi Seyfəddinin telefonla danışanda İslamın guya ucadan danışmağı idi. Bundan sonra Seyfəddin ilə İslam arasında mübahisə böyüdü və bir-birlərini təhqir etməyə başladılar. Bundan sonra Seyfəddin qarşısında olan stəkanı götürüb İslamın üzərinə hücum elədi. Lakin İslam həmin vaxt İslam Seyfəddini vurmamışdır. Məhkəmə iclasında şahid qismində X10 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında dayanacaqda o, Aftandil, Seyfəddin və İslam dayanacaqda dayanmışlar. O, hadisə vaxtı dayanacaqda çay içmişdir. Bu zaman İslam ilə Seyfəddin də bir yerdə çay içirmişlər. İslam Seyfəddinlə zarafat elədi. Bu zaman Seyfəddin telefonla danışdığı üçün İslamın etdiyi zarafata əsəbləşdi və aralarında mübahisə yarandı. Seyfəddin masada olan olan stəkanı götürüb ona stəkanı başına vuraram deyə bildirmişdir. Həmin vaxt İslam Seyfəddinə heç bir xəsarət yetirməmişdir. İslam Seyfəddinin boğazından tutaraq özündən kənara itələmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs ilə X6 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli 411 saylı ekspert rəyinin surətindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər – sol bazunun orta-aşağı 1/3-də qaçnırlar - küt əşya təsirindən törənmiş , qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs Şəxs zərərçəkmiş şəxs X6 ilə barışmasını nəzərə alıb, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-961/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-961/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver