Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-962/2024 07.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 07 noyabr 2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:00 radələrində Şirvan şəhəri 20 Yanvar küçəsi 17/22-də ictimai asayişi pozmuş və tibbi yoxlama zamanı narkotik maddə qəbul etməsi halı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, neçə vaxtdır ki, onların və qonşuluğunda yaşayan şəxslərin mənzildə evlərinin işığı gecə saatlarında söndürülür. xx.xx.2024-cü il tarixdə, gecə saat 04:00 radələrində yenə də mənzilin işıqları söndürülmüş, işıqla bağlı sayğacların quraşdırılmış olduğu lövhə binanın birinci mərtəbəsində yerləşdirilmişdir. Bu məqsədlə o blokun 1-ci mərtəbəsinə düşərək işığı kimin tərəfindən söndürməsini müəyyən edilməsi üçün binanın çıxacağında qaranlıq bir yerdə duraraq müşhaidə etmişdir. Həmin vaxt blokdan bir nəfər şəxsin çıxdığını görmüş, ona yaxınlaşıb kim olduğunu soruşmuş, şəxs ona Hacıqabul rayon sakini olduğunu bildirmiş, sonradan o mübahisə yaranacğında ehtiyat edərək həmin şəxsi buraxmış sonuncu isə yaşadıqları binadan uzaqlaşaraq getmişdir. O, eyni zamanda həmin vaxt Laləgilin mənzilinin qapılarının örtüldüyünü eşitdiyindən onların qapısını döyərək həmin kişinin onun evindən çıxmasını demişdir. Lakin onunla heç bir mübahisə etməmiş, ictimai asayişi pozmamışdır. Narkotik vasitə qəbul etməsinə münasibətdə isə bildirir ki, Maştağada əsgər yoldaşının toyunda olan vaxt təxminən 15 gün əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X2 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 04:00 radələrində qonşusu Elxan evinin qapısını və pəncərəsini döyərək evindən yad kişi çıxmasını bildirmiş, ona belə bir şeyin olmadığını, nə üçün yalan danışmasını demişdir. Elxan ona “sən əxlaqsızsan, evini əxlaqsız və pozğunxanaya döndərmisən” sözlərini deyərək təhqir etmişdir. Bu səbəbdən də həmin şəxsin barəsində Şirvan şəhər polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindn görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2024-cü il tarixli 7040 nömrəli rəyində qeyd edilmişdir ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur. Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayiknə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı İlkin Xudiyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə icraatıma Şirvan ŞPŞ-nın İTB-nin sahə rəisi polis mayoru Sarxan Əliyevin xx.xx.2024-cü il tarixdə, saat 19:40 radələrində barəsində şikayət ərizəsi daxil olmuş vətəndaş Şəxs Şirvan şəhər polis şöbəsinə dəvət edən zaman həmin şəxsin polis şöbəsinin qarşısında sərxoş halda səs-küy yaratmağa başlaması, həmin şəxs ilə söhbət edən zaman şəxsin narkotik vasitədən istifadə etməsi barədə şübhə yaranması, həmin şəxsin polis şöbəsinin növbətçi hissəsinə təhvil verilməsi barədə raport daxil olmuşdur. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmədə Şəxs özünün izahatı, tibbi yoxlamanın rəyi ilə narkotik vasitə olan marixuanadan istifadə etməsi sübuta yetirildiyindən məhkəmə hesab edir ki, şəxsin əməlində yuxarıda sadalanan hərəkətlərini törətməsi tam şəkildə öz təsdiqini tapır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hazırki iş üzrə xəta törədən şəxsin əməlindən peşman olması, səmimi etirafı yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif edilməli və bu maddənin sanskiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin rəyindən göründüyü kimi Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 300 manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 115.2-ci maddəsinə əsasən ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-962/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-962/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver