Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-964/2024 10.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy saaraq ictimai qaydanı kobudcasına pozmuş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 08 noyabr 2024-cü il tarixdə qardaşı oğlu Vusal İsayevin oğlunun kiçik toy məclisi təşkil edilmişdir. Həmin məclis Şirvan şəhərində yerləşən Leyla adlı şadlıq sarayında təşkil edilmişdir. Toyun sonlarına yaxın restoranın daxilində camaatın toplaşdığını görmüşdür. Dərhal camaat toplaşan yerə yaxınlaşmış və sonradan tanıdığı Sahib Baxışovun mubahisə elədiyini görmuşdür. Sahibə yaxınlaşıb oradan kənarlaşdırmış və Sahibi sakitləşdirməyə çalışmışdır. Sahıbi kənara aparan zaman Sahib, yolda toyun tamadası Adil adlı şəxslə toqquşub yerə yıxılmışdır. O da Sahibi təkrar yerdən qaldırmışdır. Bu zaman Sahib də əsəbi şəkildə danışıb onunla mübahisə eləyən şəxslərin başına oyun açacağını bildirdi. Bir qədər çalışsa da Sahibi sakitləşdirə bilməmiş və Sahibə “cəhənnəm olsun, get nə bilirsən, nə edirsən elə” demişdir. Bundan sonra Sahib restorandan çölə doğru çıxmış və o da toyda öz masasında əyləşmişdır. Sahib çolə çıxdıqdan sonra restoranın qarşısında da mübahisə olduğunu eşitmişdir. Lakin o, çölə çıxmamışdır. Toy məclisi yekunlaşdıqdan sonra Sahibin toyda qardaşı Anarla mübahisə etmiş, restoranın qarşısında isə qohumu Nazim İsayevlə mubahisə etdiyini eşitmişdir. Lakin o, polis şöbəsinə dəvət olunan zaman polisin göstərişinə tabe olaraq şöbəyə gəlmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 məhkəmə iclasında izahatında bildirdi ki, 09 noyabr 2024-cü il tarixdə barəsində olan şikayətlə əlaqədar olaraq Şirvan şəhər sakini Şəxs tərəfindən Şirvan ŞPŞyə gətirilmişdir. Növbətçi hissəyə yaxınlaşdıqda Şəxs barəsində şikayət olsa da, həmin şikayətin əsassız olduğunu demiş və ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O da Ələddinə polis şöbəsinin inzibati binasında nalayiq ifadələr işlətməməsini bildirərək nizam intizama dəvət eləsə də Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərinə davam eləmişdir. O da Şəxs hərəkətləri barədə raportla muraciət eləmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X1 Fərman Vasif oğlu ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy saaraq ictimai qaydanı kobudcasına pozmuş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər sakini X8 09 noyabr 2024-cü il tarixdə Şirvan ŞPŞ-nə ərizə ilə müraciət edərək 08 noyabr 2024-cü il tarixdə Şirvan şəhərində yerləşən Leyla şadlıq sarayında Nazim İsayev, Şəxs və Anar İsayev adlı şəxslərin onun ünvanına nalayıq ifadələr işlədərək onu ölümlə hədələdiklərini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin qərar əsasında X6, Şəxs Dədədqardaş oğlu və X12 barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X6 barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu, Şəxs Dədədqardaş oğlu və X10 barələrində isə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy saaraq ictimai qaydanı kobudcasına pozmuş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, İsayev X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal, ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İsayev X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 noyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-964/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-964/2024
10.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver