Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-965/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Sabirabad rayonu, Şıxsalahlı kəndində anadan olmuş, evli, orta təhsilli, Şirvan şəhər 33 saylı AAY Dövlət Agentliyi-də çalışan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində T.İsmayılov küçəsində olarkən Mənzil İstismar İdarəsinin rəisi ilə mübahisə etmiş, sərxoş vəziyyətdə olmuş, polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, bölməyə getməkdən imtina etmiş, əməlindən peşman olmuşdur. Şirvan şəhər PŞ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:10 radələrində şəhərin T.İsmayılov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşmış, özünü təqdim edərək nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs polisin qanuni tələbinə kobud şəkildə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, həmin şəxsi ucadan küçə söyüşləri söyməsinə son qoymasını tələb etmiş, vətəndaş “əcəb edirəm, mənə heç kim heç nə edə bilməz” kimi ifadələr işlətmişdir. Həmin şəxsi Polis Şöbəsinə dəvət etmiş, lakin o, imtina edərək, əl-qol hərəkətləri etmiş, uca səslə bildirmişdir ki, “ məni heç kim burdan heç bir yerə apara bilməz”, polisin ünvanına nalayiq ifadələr işlətmiş, tərəflərindən növbətçi hissəyə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 11 avqust 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:35-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 12:00-da azad edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10:10 radələrində şəhərin T.İsmayılov küçəsində xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüş, həmin şəxsə yaxınlaşmış, özünü təqdim edərək nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs polisin qanuni tələbinə kobud şəkildə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, həmin şəxsi ucadan küçə söyüşləri söyməsinə son qoymasını tələb etmiş, vətəndaş “əcəb edirəm, mənə heç kim heç nə edə bilməz” kimi ifadələr işlətmişdir. Həmin şəxsi Polis Şöbəsinə dəvət etmiş, lakin o, imtina edərək, əl-qol hərəkətləri etmiş, uca səslə bildirmişdir ki, “ məni heç kim burdan heç bir yerə apara bilməz”, polisin ünvanına nalayiq ifadələr işlətmiş, tərəflərindən növbətçi hissəyə təhvil verilmiş, orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan xx.xx.2023-cü il tarixində Polis Şöbəsində olacağı barədə müvafiq iltizam alınmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-965/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-965/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver