Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-965/2024 10.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı kobudcasına pozmuş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 08 noyabr 2024-cü il tarixdə Şirvan şəhərində yerləşən Leyla şadlıq sarayında təşkil edilmiş toy məclisində iştirak etmişdir. Daha sonra toyda mübahisə baş vermiş, o da orada olan şəxslərlə mübahisə edərək nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozmuşdur. Lakin polis şöbəsinə dəvət olunan zaman polisin göstərişinə tabe olaraq şöbəyə gəlmişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 məhkəmə iclasında izahatında bildirdi ki, 09 noyabr 2024-cu il tarixdə barəsində olan şikayətlə əlaqədar olaraq Şirvan şəhər sakini X7 tərəfindən Şirvan ŞPŞ-yə gətirilmişdir. Növbətçi hissəyə yaxınlaşdıqda Şəxs barəsində şikayət olsa da, həmin şikayətin əsassız olduğunu demiş və ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. O da Anara polis şöbəsinin inzibati binasında nalayiq ifadələr işlətməməsini bildirərək nizam intizama dəvət etsə də Anar onun qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərinə davam eləmişdir. O da Anarın hərəkətləri barədə raportla müraciət eləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Şirvan şəhər sakini Vüsal İsayevin oğlunun kiçik toy məclisi təşkil edilmişdir. Həmin məclis Şirvan şəhərində yerləşən Leyla şadlıq sarayında təşkil edilmişdir. O da Sərvərlə birlikdə həmin toya getmişdir. Toy mərasimin sonlarına yaxın Şirvan şəhərindən tanıdığı Sahib Baxışovun toyda mübahisə etdiyini görmüşdür. Sahibə yaxınlaşan zaman adlarını sonradan bildiyi Şəxs, Ələddin İsayev və X21 nalayiq ifadələrlə təhqir elədiyini eşitmişdır. Yaxınlaşıb Sahibi onlardan kənarlaşdırsa da, həmin şəxslər dayanmadan nalayiq ifadələr işlətmişdir. Daha sonra Sahibi toy məclisindən restoranın qarşısına çıxartmışdır. Restoranın qarşısına çıxdıqdan sonra da həmin şəxslərdən Nazim İsayev restoranın qarşısında da Sahibin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Mübahisə daha da qızışmasın deyə Sərvərlə birlikdə Sahibi restorandan aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Fəxrəddin Rufalı oğlu ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X10 izahatında bildirdi ki, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 Anar Dədəqardaş oğlunu Şirvan şəhər polis şöbəsinə gətirən zaman, Şəxs barəsində şikayət olsa da həmin şikayətin əsassız olduğunu demiş və ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşı onu nizam intizama dəvət etsə də, lakin həmin şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərinə davam etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər polis şöbəsinin inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı kobudcasına pozmuş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şirvan şəhər sakini X17 09 noyabr 2024-cü il tarixdə Şırvan ŞPŞ-nə ərizə ilə müraciət edərək 08 noyabr 2024-cü il tarixdə Şırvan şəhərində yerləşən Leyla şadlıq sarayında Nazim İsayev, Ələddin İsayev və Şəxs adlı şəxslərin onun ünvanına nalayıq ifadələr işlədərək onu ölümlə hədələdiklərini və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Həmin qərar əsasında Şəxs, X5 və X20 barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu, X5 və X19 barələrində isə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Polis şöbəsinin inzibati binasında ucadan səs-küy saaraq ictimai qaydanı kobudcasına pozmuş və polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, İsayev X9 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal, ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur.” Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İsayev X9 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 10 noyabr 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-965/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-965/2024
10.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver