Məhkəmə qərarları › İş №3(032)-966/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-966/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-966/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Lerik Rayon Prokurorluğunun nümayəndəsi Lerik rayon prokurorunun köməkçisi X4 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN ********** ) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lerik Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. 24 may 2024-cü il tarixdən 05 avqust 2024-cü il tarixədək "xxxx" MMC tərəfindən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6, X2, X15, X5 və X7 olan müddət ərzində Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi işlərində fəhlə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, Lerik Rayon Prokurorluğunun nümayəndəsinin izahatı ilə, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Lerik Rayon Prokurorluğunun nümayəndəsi Lerik rayon prokurorunun köməkçisi X11 qərarı müdafiə edərək, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir . İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” barədə Lerik Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin direktoru X14 hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6, X2, X15, X5 və X7 24 may 2024-cü il tarixdən 05 avqust 2024cü il tarixədək olan müddət ərzində Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi işlərində fəhlə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lerik rayon Polis Şöbəsindən rayon prokurorluğuna daxil olmuş məktubda bir sıra Lerik rayon sakinin Upsilon MMC-də işləməsini, lakin əmək haqqını ala bilməməsi göstərilmişdir. Daxil olmuş məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi prosesinə X6, X2, X15, X5 və X7 onlarla əmək müqaviləsi bağlamadan cəlb etmişdir. Odur ki, araşdırma zamanı cinayət hadisəsi olmadığına görə toplanmış 40-C-24 saylı araşdırma material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Lerik rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X16 tərəfindən elektron X1 çıxarışlara baxış keçirmiş, baxış zamanı X12, X3, X19, X8 və X13 ilə Şəxs MMC arasında əmək müqaviləsinin bağlanmaması müəyyən edilmişdir. Bununla da baxış sona çatmışdır. Baxış zamanı hər hansı foto, video və kino çəkilişindən və ya digər yazan texniki vasitələrdən istifadə edilməmişdir. X12 tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, 24 may 2024-cü il tarixdən etibarən Şəxs şirkətində çalışır. Onun işi internet kabellərini çəkməkdən ibarətdir. Şirkətdə işə qəbul olunduğundan sonra əmək müqaviləsi bağlamamış, lakin fəhlə kimi Şəxs şirkətində fəaliyyət göstərir. Həmçinin, Lənkəran rayonunda yerləşən Citynet şirkətin rəsmi əmək müqaviləsi ilə fəalyyət göstərir. O, Şamo Suvarov və Məhəmmədəli Suvarov birlikdə Şəxs şirkətinin internet xətlərinin çəkilməsi prosesində iştirak etmişlər. Ümumilikdə onların üçünə görülən işlərin qarşılığında 4400 manat verilməli idi. Lakin indiyənə kimi ümumilikdə 1700 manat pul verilmişdir. Həmin puldan 630 manat Şamo Suvarova, 370 manat Məhəmmədli Suvarova vermişdir. Yerdə qalan 700 manat pulu isə özünə götürmüşdür. Onların hal-hazırda üçünün şirkətdən 2700 manat alacağı var. Şamo Suvarovun 1000 manat, Məhəmmədli Suvarovun 500 manat, onun isə 1200 manatdır. Onlardan başqa bir sıra şəxsin də görmüş olduğu işə görə əməkhaqqısı verilməmişdir. Onlar da məcbur qalıb ayrı-ayrılıqda 102 XZM sisteminə müraciət etmişlər. Müaciətlərindən sonra ümumilikdə 1700 manat pul qaytarılmışdır, lakin geridə qalan pul hər gün fərqli-fərqli bəhanələrlə verilmir. Şirkətin Lerik rayonunda rəhbəri Qasımdır, soyadını bilmir. Maliyyə işlərini Ramin Abdullayev görür. Onunla telefon danışığı zamanı ona bildirmişdir ki, “pulunuzu sizə göstərəcəm, lakin verməyəcəm”. Bu səs yazını sizə təqdim edirəm. Onları həmin işə Kamal Paşayev dəvət etmişdir. Kamal Paşayevin dəməsinə görə onların əməkhaqları şirkət tərəfindən verilmir, lakin o inanır ki, həmin pulları Kamal Paşayev özü onlara vermir. İzahatinda göstərmiş olduğu xüsusatlar tamamilə doğrudur. İzahatı öz imzası ilə təsdiq etmişdir. X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, 02 iyun 2024-cü il tarixdən etibarən Şəxs şirkətində çalışır. Onun işi internet kabellərini çəkməkdən ibarətdir. Şirkətdə işə qəbul olunduğundan sonra əmək müqaviləsi bağlamamış, lakin fəhlə kimi Şəxs şirkətində fəaliyyət göstərir. Həmçinin, Lənkəran rayonunda yerləşən Citynet şirkətin rəsmi əmək müqaviləsi ilə fəalyyət göstərir. O, Eldost Qurbanov və qardaşı Şamo Suvarov birlikdə Şəxs şirkətinin internet xətlərinin çəkilməsi prosesində iştirak etmişlər. Ümumilikdə onların üçünə görülən işlərin qarşılığında 4400 manat verilməli idi. Lakin indiyənə kimi ümumilikdə 1700 manat pul verilmişdir. Həmin puldan 630 manat Şamo Suvarova, 370 manat ona, yerrdə qalan 700 manat pulu isə Eldost Qurbanova vermişdir. Onların hal-hazırda üçünün şirkətdən 2700 manat alacağı var. Şamo Suvarovun 1000 manat, onun 500 manat, Eldost Qurbanovun isə 1200 manatdır. Onlardan başqa bir sıra şəxsin də görmüş olduğu işə görə əməkhaqqısı verilməmişdir. Onlar da məcbur qalıb ayrı-ayrılıqda 102 XZM sisteminə müraciət etmişlər. Müaciətlərindən sonra ümumilikdə 1700 manat pul qaytarılmışdır, lakin geridə qalan pul hər gün fərqli-fərqli bəhanələrlə verilmir. Şirkətin Lerik rayonunda rəhbəri Qasımdır, soyadını bilmir. Maliyyə işlərini Ramin Abdullayev görür. Onları həmin işə Kamal Paşayev dəvət etmişdir. Kamal Paşayevin dəməsinə görə onların əməkhaqları şirkət tərəfindən verilmir, lakin o inanır ki, həmin pulları Kamal Paşayev özü onlara vermir. İzahatinda göstərmiş olduğu xüsusatlar tamamilə doğrudur. İzahatı öz imzası ilə təsdiq etmişdir. X8 tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, onun şəxsi istifadəsində olan “QAZ 53” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili var. 21 aprel 2024-cü il tarixdə qohumu olan İmran Məmmədov ona zeng vuraraq bildirmişdir ki, “Lerik rayou ərazisində çəkilən intemet xətləri üçün sürücü axtarılır. istəyirsənsə da onlarla əlaqəyə keç”. Bunda sonra o, 40-cı kilometrdə sonradan adlarını bildiyi Elyar Xaiyev və Ramin Abdullayevlə görüşmüşdür. Razılaşmalarına əsasən günün 30 manatdan o, həmin şirkətin aparacağı tikinti işlərində sürücü kimi çalışacaq və gündəlik olaraq 30 manat əmək haqqı almalı idi, həmçinin istifadə etdiyi yanacaq şirkət tərəfindən qarşılanası idi. Həmin şirkət Şəxs MMC-dir. O, həmin şirkətdə əmək müqaviləm olmadan çalışmışdır. Bir neçə dəfə Qasım Məmmədova əmək müqaviləsi bağlanılması üçün müraciət etsə də ona demişdir ki, “sənə müqavilə lazımdir””müqaviləsiz işlə. Bundan başqa izahatında göstərmişdir ki, işlədiyi dövrdə şirkət tərəfindən əmək haqqı ödənilməmiş, işçilərə əmək haqqı verilməmişdir. İzahatında göstərmiş olduğu xüsusatlar tamamilə doğrudur. İzahatı öz imzası ilə təsdiq etmişdir. X13 tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, aprel ayının əvvəllərində rayon ərazisində rabitə internet xətlərinin çəkilməsi üçün işçi axtarıldığını eşitmişdir. Bununla bağlı olaraq soruşub öryənmişdir ki, Ramin Abdullayev adlı şəxs işə qəbul edir. Bunun üçün aprel ortalarında Ramin Abdullayevlə görüşmək üçün onun kirayə qaldığı evə getmişdir. O, orada Ramin Abdullayevlə görüşüb işləmək istədiyini bildirmişdir. O, ona “hər dirəyin yerinin qazılması üçün 3 manat, basdırılması üçün 3 manat pul verəcəkləri”ni demişdir. O, bu təkliflə razılaşmışdır. Həmin danışıqdan sonra o, Təbrizli kəndində həmkəndlisi Aqşin Əliyevlə işləməyə başlamışdır. Aprel ayından avqust ayının 5-nə kimi davamlı olaraq Kıncıvo, Sipyəreğon, Vizəzəmin, Molalan, Piran, Təbrizli, Peştətük, Vistən və Lənkəran-Lerik yolunun 37-ci kmliyi ilə 28-ci kmliyi arasında işləmişdir. Bütün işləməyi barədə qeydlərin Aqşin Əliyev aparmışdır. Ramin Abdullayev 2-3 gün gündən bir gəlib gördüyükləri işlərə nəzarət edərək öz tapşırıqlarını verib gedirdi. O, işlədiyi dövr ərzində ona ümumilikdə 700 manat verilibdir. Belə ki, ilk öncə iyun ayının əvvəllərində Akşin Əliyev ona 300 manat əlbə-əl pul verdi. Bundan bir müddət sonra yenidən ona əlbb-əl 300 manat pul vermişdir. Həmin pulları X25 Məmmədov və Ramin Abdullayevdən aldığını demişdir. Bundan bir müddət sonra səhv xatırlamıramsa da Qurban Bayramı ərəfəsində Ramin Abdullayev şəxsi istifadəsində olan “Kapital” bank kartına 100 manat pul köçürtmüşdür. Bundan onlar işləməyə davam etsələr də ona heç bir pul verilməmişdir. Dəfələrlə müraciət edib pul istəsə də Ramin Abdullayev ona fərqli-fərqli bəhalər gətirərək pulu daha sonra verəcəyini demişdir. Avqust ayının 5-də o, artıq pulunu ala bilmədiyi üçün işləməyi dayandırmışdır. Hal-hazırda o, gördüyü işlərin qarşılığında təqribi olaraq 1000 manat pul almalıdır. X19 tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, əvvəllərdən tanıdığı Taleh Rzayev ona bildirmişdir ki, Lerik rayonu ərazisində rabitə intemet xətlərinin çəkilməsi üçün işçi axtarılır, o da onunla Piran ərazisində onunla və Kamal Paşayev ilə görüşmüşdür. Kamal Paşayev ona bildirmişdir ki, “hər dirəyin yerinin qazılması üçün 3 manat, basdırılması üçün 3 manat pul veririk”. O da bununla razılaşmışdır. 01 iyun tarixində Zəriküməco kəndində işlaməyə başlamış, ondan sonra Bobla, Ancaqov, Fərəcoba və Qışlaq kəndlərində işləmişdir.İyun ayının 16-na kimi adlarını çəkdiyi ərazilərdə işləmişdir. Kamal Paşayev onlara rəhbərlik etmişdir. Danışıqlarına əsasən 10 gündə bir pul verilməli olduğu halda verilmədiyindən həmin tarixdə işdən çıxmışdır. Onun həmin dövrdə qazancı 402 manat olmuşdur. İyun ayının 19-da Kamal Paşayev ona Piran ərazisində 100 manat əlbə-əl pul vermişdir. Bundan sonra o dəfələrlə pul istəsə də belə ona hər dəfə fərqli-fərqli bəhanələr deyib pulumn gecikdirirmişlər. 20 iyul tarixində Kamal Paşayev ona Piran ərazisində 302 manat əlbə-əl pul vermişdir. Bununla da onun şirkətdən almalı olduğu pul ona tam şəkildə ödənilmişdir. İyul ayının sonlarına doğru Kamal Paşayev onu yenidən işə dəvət etmiş və bu səfər pulların vaxtında ödənəcəyinə söz vermişdir. Avqust ayının 1-dən etibarən hal-hazıra kimi o, Piran ərazisində qazılmış quyulara dirək basdırıb yerlərini betonla doldurur. Danışıqlarına əsasən o, zəhmət haqqını 15 gündən bir almalı olduğundan hələki pul almamışdır. X14 tərəfindən xx.xx.2024-cü il tarixdə Lerik rayon prokurorluğuna verilmiş izahatından görünür ki, 2022-cü ilin avqust ayından etibarən Şəxs MMC-nin direktoru olarad çaılşır. Onun işi şirkətin idarə edilməsindən ibarətdir. Şirkət 2017-ci ildən etibarən fəaliyyət göstərir. 2021-ci ildən şirkət X9 tərəfindən alınıbdır və hal-hazırda təsisçisi odur. Şirkətin fəaliyyət sferası təmir tikintidən ibarətdir. Şəxs MMC-nin faktiki ünvanı ünvan 2arən "xxxx" QSC ilə Şəxs MMC arasında bağlanılan müqavilə əsasında Lerik rayonu üzrə Ginon layihəsi çərçivəsində internet-rabitə xətlərinin çəkilməsinə başlanılmışdır. Maliyyə tam şəkildə Azinvest tərəfindən qarşılanır. İlkin olaraq şirkətin MEP meneceri olan Qasım Məmmədov və rabitə mütəxəssisi Əliyar Xasıyev rayon ərazisinə gəlib relyef ilə tanış olduqdan sonra işin qurulmasına başlamışlar. Layihə çərçivəsində 100-dən çox kənd nəzərdə tutulmuşdur. Lakin relyefin çətin olmağından ötrü, həmçinin hava şəraitinin yağıntılı keçməyi ilə əlaqədar bəzi müqavilələrə xitam verilmişdir. Rayon ərazisində aparılan işlərə nəzarət Qasım Məmmədov tərəfindən həyata keçirilir. Əliyar Xasıyev isə may ayının ortalarına kimi rayon ərazisində olub görülən işləri idarə etmişdir. Bundan sonra Əliyar Xasıyev Şəxs MMC-nin Beyləqan rayonu ərazisində gördüyü işlərə cəlb olunmuşdur. X12, X3. X19, X8 və X13 əmək müqaviləsi olmadan rayon ərazisində rabitinternet xətlərinin çəkilməsində fəaliyyət göstəriblər. Bununla bağlı olaraq nə deyə bilərsiniz deyə verilmiş suala cavab olaraq bildirmişdir ki, yuxarıda adların qeyd olunmuş şəxslərlə qısa müddətli əmək fəaliyyətinə cəlb edildikləri üçün əmək müqaviləsi bağlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “k” bəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin vəzifəsidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar, inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC 24 may 2024-cü il tarixdən 05 avqust 2024-cü il əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6, X2, X15, X5 və X7 olan müddət ərzində Lerik rayonu ərazisində internet-rabitə xətlərinin çəkilməsi işlərində fəhlə vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar