Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-967/2024 29.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Şikayət verən şəxs X3, Qərarından şikayət edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin baş məsləhətçisi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin rəisi X8 qəbul etdiyi inzibati tənbeh haqqında 17 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixdə X3 barəsində Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Reginoal şöbəsinin rəisi X8 həmin inzibati protokol əsasında qəbul etdiyi 17 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 14 noyabr 2024-cü il tarixdə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin rəisi X8 qəbul etdiyi inzibati tənbeh haqqında 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ona məxsus Şirvan şəhəri ərazisində yerləşən ticarət obyekti fəaliyyət göstərir. Həmin obyektdə işçisi də vardır. X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin 17 oktyabr 2024cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri tərəfindən guya pozulduğuna görə Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı törədilmiş inzibati xəta ilə bağlı müəyyən olunmuş cərimə cəzasının ağırlığına görə qanunsuzdur. Belə ki, törədilmiş inzibati xətaya görə xəbərdarlıq cəzası təyin edilməli idi. Tərəfindən ticarət obyektində işçilər ilə əmək müqavilələri rəsmən bağlanılmış, onların bütün vergi, sosial sığorta və digər ödənişləri hər ay sahibkar olaraq tərəfindən vaxtlı-vaxtında ödənilir. Vətən müharibəsi qazisidir. İİ Qarabağ müharibəsində zabit olaraq döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş xidmətinə görə müxtəlif medallarla təltif olunmuşdur. Səhhəti ilə əlaqədardır ki, uzun müddətdir müalicə alır və xeyli müddət obyektdə olmamışdır. Müfəttişliyin əməkdaşları onun xəbəri olmadan gəlib yoxlama keçirmiş, bu barədə ona nə telefon zəngi, nədə ki bildiriş verilməmişdir. Müfəttişlik tərəfindən göndərilən məktublardan isə xəstə yatdığı üçün məlumatı olmamışdır. Qərarda qeyd olunan işçiləri istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamaqları barədə iradlarına əsasən isə bildirir ki, bu qanun yeni olmuş və səhhəti ilə əlaqədar xəstə yatdığı üçün məlumatlı olub həmin qanunun tələbləri tərəfindən dərhal yerinə yetirilərdi. Qərardan göründüyü kimi iş üzrə ağırlaşdırıcı halların olmaması, inzibati xətanın ilk dəfə olaraq törətməsi müəyyən edilmişdir. Qeyd edilmiş yüngülləşdirici hallar qərar qəbul edilərkən nəzərə alınmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat verərək barəsində cərimə növündə olan inzibati tənbeh vermə haqqında qərarın xəbərdarlıqla əvəz edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin baş məsləhətçisi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X2 şikayəti tamamilə əsassızdır. Belə ki, işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən Əmək Müqaviləsi bildirişi Alt Sistemi vasitəsilə aparılan təhlillər zamanı fərdi sahibkar X5 tərəfindən işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və inzibati xəta əlamətlərinin olması müəyyən edilmiş və həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən xx.xx.2024-cü saylı məktubla X5 müraciət edilərək onun və ya səlahiyyətli nümayəndəsinin aşkar olunmuş faktlarla bağlı bütün sübutlarını, izahat və mülahizələrini təqdim etməklə 02 oktyabr 2024-cü il tarixdə saat 10:00-da X9 Xidmətinin Şirvan-Salyan reginoal şöbəsində olması və ya video konfrans vasitəsi ilə ƏMAS şəxsi kabinetlərinə daxil edilmiş ZOOM platforması linki üzərindən keçid edərək dəvət olunması təklif olunmuşdur. Lakin təəssüf olsun ki, X1 Əmək Müfəttişliyi Xidmətinə gəlməmiş və heç bir sənəd-sübut təqdim etməmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilməklə, protokolların surətləri və inzibati xəta haqqında işə baxılma barədə bildiriş X4 göndərilmişdir. Həmçinin poçt göndərişlərinin izlənilməsindən də görünür ki, bildiriş sonuncuya xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Əmək Məcəlləsinin tələbinə görə işəgötürən işəgötürülənlə əmək müqaviləsi bağlayarkən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq hesab edir ki, X2 şikayəti əsassızdır, inzibati tənbeh vermə haqqında qərar tam qanunidir. Buna görə də şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Regioal şöbəsinin rəisi X8 qəbul etdiyi inzibati tənbeh haqqında 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Regioal şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X5 qeyd olunan pozuntuya yol verdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir; “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-194, 198-203, 469.2, 539, 540, 556 və 576cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən işəgötürülənlə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin tələblərini pozması, yəni işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi barədə məlumat verilmiş, qeyd edilən faktın araşdırılması üçün Əmək Müfəttişliyi Xidmətinə dəvət olunmuş, lakin şikayət verən şəxs Əmək Müfəttişliyi Xidmətinə getməmiş və tərəfindən göstərilən faktı təkzib edən heç bir sənəd təqdim etməmiş, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, bu barədə də ona rəsmi məlumat verilmişdir. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 17 oktyabr 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə X5 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan- Salyan Regional şöbəsinin rəisi X8 qəbul etdiyi və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan 17 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin rəisi X8 qəbul etdiyi inzibati tənbeh haqqında 17 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X2 şikayəti təmin edilməməlidi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şirvan-Salyan Regional şöbəsinin rəisi X8 qəbul etdiyi inzibati tənbeh haqqında 17 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-967/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-967/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver