Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-971/2024 15.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyil ilə, X1 xx.xx.2024-cü il tarixli, EQ 24528920 saylı protokolun ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 15 noyabr 2024-cü il tarixdə şikayət ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, EQ 24528920 saylı protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, eyni zamanda qərardan şikayət verilməli olduğu halda ərizə verildiyindən, ərizə geri qaytarılmalı, ərizə vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24528920 nömrəli inzibati xəta haqqında protokolundan verilmiş şikayəti geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-971/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-971/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver