Məhkəmə qərarları › İş №3(032)-975/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-975/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-975/2023 04.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Xİİ Tağım Yol patrul xidməti inspektoru polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.2001-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 339.1-1 və 342.9-cu maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:28 radələrində Hacıqabul Horadiz yolunun 7 km-də «VAZ 2106» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:28 radələrində Hacıqabul Horadiz yolunun 7 km-də «VAZ 2106» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etmişdir. Buna səbəb avtomobilini texniki baxışdan keçirməməsi olmuşdur. Hazırda əməlindən peşmandır. Protokolu tərtib etmiş Xİİ Tağım Yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 08:28 radələrində xidmətdə olarkən «VAZ 2106» minik markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etdiyini aşkar etmişdir. Avtomobilin sürücüsünə saxla işarəsi vermiş, daha sonra qayda pozuntusunu izah etmiş, sürücü isə avtomobilini texniki baxışdan keçirmədiyinə görə örtükdən istifadə etdiyini bildirmiş və bu səbəbdən də barəsində protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması hakimin səlahiyyətlərinə aid olmadığından inzibati xəta törətmiş şəxs Şəxs yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati tənbeh verilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində cərimə edilməlidir. İşin faktiki halları və tərəflərin vermiş olduğu izahatları müəyyən olunur ki, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük kardon parçasından ibarətdir, bu səbəbdən də onun müsadirə edilməsinə ehtiyac görülmür. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin Yol-Patrul Xidməti Alayının Xİİ tağımına göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar