Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-975/2024 04.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1979-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə , müəyyən etdi : Şikayət vermiş şəxs X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ona məxsus Şirvan şəhəri ərazisində yerləşən ticarət obyektim fəaliyyət göstərir. Həmin obyektdə işçiləri də vardır. X7 Xidmətinin X1 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri tərəfindən guya pozulduğuna görə Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, X7 Xidmətinin X1 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı törədilmiş inzibatı xəta ilə bağlı müəyyən olunmuş cərimə cəzasının ağırlığına görə qanunsuzdur. Belə ki, törədilmiş inzibati xətaya görə xəbərdarlıq cəzası təyin edilməli idi. Bununla bağlı olaraq bildirir ki, tərəfindən ticarət obyektində işçilər ilə əmək müqavilələri rəsmən bağlanılmış, onların bütün vergi, sosial sıorta və digər ödənişləri hər ay sahibkar olaraq tərəfindən vaxtlıvaxtında ödənilir. Səhhəti ilə əlaqədardır ki, müalicə alır və xeyli müddət obyektdə olmamışdır. Müfəttişliyin əməkdaşları onun xəbəri olmadan gəlib yoxlama keçirmiş, bu barədə ona nə telefon zəngi, nə dəki bir bildiriş verilməmişdir. Müfəttişlik tərəfindən göndərilən məktublardan isə xəstə yatdığı üçün məlumatı olmamışdır. Qərarda qeyd olunan işçiləri istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamaqları barədə iradlarına əsasən isə bildirir ki, bu qanun yeni olmuş və səhhəti ilə əlaqədar xəstə yatdığı üçün məlumatlı olub həmin qanunun tələbləri tərəfindən dərhal yerinə yetirilərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərardan şikayət vermiş şəxs X3 məhkəmə bildirişi göndərilmiş, lakin X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında qərarında şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X9 izahat verərək bildirdi ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək münasibətlərində olduğu işçilərin xeyrinə sığortaçı ilə icbari sığorta müqaviləsinin vaxtında bağlanmasını təmin etmədiyindən X4 barəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol X3 göndərilmiş, poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə Z.Dadaşova tərəfindən qəbul edilmişdir. Həmin protokola əsasən X7 Xidmətinin X1 23 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar məlumat üçün X3 göndərilmişdir. Hesab edir ki, şikayət vermiş şəxs X4 tərəfindən qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X4 barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Lakin inzibati xəta haqqında materiala əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, X2 adına göndərilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə X4 tərəfindən qəbul edilmişdir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə,inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar ,habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları,bələdiyyələr,vəzifəli şəxslər,fiziki şəxslər,hüquqi şəxslər üçün məcburidir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X4 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-975/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-975/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver