Məhkəmə qərarları › İş №3(032)-976/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-976/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-976/2023 15.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-715/2020 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Şəxs və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay sabit pul məbləğində bir uşağa görə 100 manat, iki uşğa görə 200 məbləğində aliment tutularaq tələbkar Nurəliyeva (Abuzərova) Gülnar Ramiz qızının xeyrinə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə Şəxs 2991.59 manat və 49 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-715/2020 və 2(032)- 1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. Göstərilən icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və elə həmin tarixdə də “icraata başlamaq haqqında” qərar qəbul edilərək “tələbin könüllü icrası barədə” bildirişlə birlikdə borcluya rəsmi şəkildə toqdim edilmişdir. İş üzrə cavabdeh Şəxs əmlak və gəlirlərini aşkar etmək məqsədi ilə “Elektron İcra” informasiya sistemi vasitəsi ilə sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi heç bir gəlir və əmlak aşkarlanmamışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il icra vərəqəsinin icrasını təmin etmək üçün aliment öhdəliyindən boyun qaçıran Şəxs yerini müəyyənləşdirmək mümkün olmadığından onun barəsində tərəflərindən xx.xx.2021-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmiş və Şirvan ŞPŞ tərəfindən borclu baresində axtarış işi açılmışdır. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən İcra və probasiya şöbəsinə təhvil verilən borclu Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri ona izah olunmuş, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsaslanmaqla aliment borcunu ödəməsi ondan tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə təqdim olunmuş və həmin məhkəmənin 3(032)-870/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati qaydada 08 (səkkiz) gün müddətinə həbs edilmişdir. İnzibati həbs müddəti bitdikdən sonra borcluya yazılı və şifahi xəbərdarlıqlar edilmiş və İcra sənədi üzrə yaranmış aliment borcunu ödəməsi tələb olunmuşdur. İcra sənədinin icrasından boyun qaçıran borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində təkrarən xx.xx.2022-ci il tarixdə “borclunun axtarılması barədə” qərar qəbul edilmiş və müvafiq olaraq Şirvan ŞPŞ tərəfindən axtarış işi açılmışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şirvan şəhəri İcra və probasiya şöbəsinə təhvil verilən Şəxs yazılı izahatı alınmış, yaranmış aliment borcunu ödəməsi bildirilmiş və o isə əvəzində şöbəyə iltizam verərək yaranmış qalıq aliment borcunu qısa müddət ərzində tələbkara ödəcəyini, həmçinin hər ay aliment öhdəliyini tam şəkildə yerinə yetirəcəyini bildirmişdir. Bundan sonra İcra sənədl üzrə yenidən qərəz yaradarağ aliment öhdəliyindən yayınmağa çalışan borclu Şəxs yaşadığı ünvanı müəyyən etmək mümkün olmadığından keçirilmiş axtarış tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə şöbəyə təhvil verilən borclu Şəxs barəsində İnzibati protokol tərtib edilərək Şirvan şəhər Məhkəməsinə təqdim edilsə də, Məhkəmənin 3(032)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətaya dair protokol xitam edilmişdir. Borclu Şəxs bu ayda daxil olmaqla tələbkar X3 1800 manat aliment borcu yaranmışdır. Vətəndaş Şəxs borclu tərəf olduğu Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə Şəxs 2991.59 manat və 49 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. Göstərilən icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və xx.xx.2022-ci il tarixdə isə “icraata başlamaq haqqında” qərar qəbul edilərək “tələbin könüllü icrası barədə” bildirişlə birlikdə borcluya rəsmi şəkildə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gələn Şəxs yazılı izahat verərək tələbkara olan borcunu hissə-hissə ödəcəyini bildirmişdir. Lakin borclu Şəxs edilən yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq o, bu icra sənədi üzrə də üzərinə düşən məsuliyyətdən yayınmış və tələbkara keçən müddət ərzində cəmi 100 manat ödəniş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci İl tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından tərəflərindən xx.xx.2023-cü il tarixdə “borclunun axtarılması barədə” qərar qəbul edərək icra edilməsi üçün Şirvan ŞPŞ-nə göndərilmiş və həmin orqan tərəfindən axtarış işi açılmışdır. Hər iki icra sənədi üzrə xx.xx.2023-cü İl tarixdə “ümumi icraatda birləşmə barədə” qərar qəbul edilərək borclu Şəxs Məhrəli oğlu barəsində olan icra sənədləri ümumi İcraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin polis əməkdaşları tərəfindən yaxalanaraq Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil vərilən Şəxs Məhrəli oğlunun hər iki iş üzrə yazılı izahatı alınmaqla Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, 16.09 2020-ci il tarixli icra sənədi üzrə 1800 manat qalıq aliment borcunu və Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, 24.08 2022ci İl tarixli icra sənədi üzrə isə qalıq 2940.59 manat məbləğində pul vəsaitini ödəməsi tələb olunmasına baxmayaraq Şəxs Məhrəli oğlu tələbləri təmin etməməklə, habelə icra məmurunun qanuni tələbini yerinə yetirməməklə inzibati xəta törətmişdir.Ona görə də məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, icra sənədləri üzrə borcu olduğunu etiraf edir, maddi imkanı olmadığından Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 1800 manat qalıq aliment borcunu və Şirvan şəhər Məhkəməsinin 2(032)- 1034/2022 saylı, 24.08 2022-ci il tarixli icra sənədi üzrə isə qalıq 2940.59 manat məbləğində pul vəsaitini tam olaraq ödəyə bilməmişdir. Hazırda borcundan hər ay hissəhissə ödəməyə imkanı vardır. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 2(032)-715/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbkar X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcun tam olaraq ödənilməsini, əks təqdirdə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-715/2020 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü Şəxs və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay sabit pul məbləğində bir uşağa görə 100 manat, iki uşğa görə 200 məbləğində aliment tutularaq tələbkar Nurəliyeva (Abuzərova) Gülnar Ramiz qızının xeyrinə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə Şəxs 2991.59 manat və 49 manat dövlət rüsumu alınaraq tələbkar X5 verilməlidir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-715/2020 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin 2(032)-1034/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(032)-870/2021 saylı qərarı ilə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-710/2023 saylı qərarı ilə inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inizbati xəta tərkibi olmadığından xitam verilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-715/2020 və 2(032)- 1034/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələri ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədlərinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkarlara olan aliment və pul borcunu ödəmədiyini, icra sənədlərinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 avqust 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar