Məhkəmə qərarları › İş №3(032)-977/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-977/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-977/2023 16.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X8 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə , xx.xx.1992-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə şəxsi münasibətlər zəminində tanışı Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması 15 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tanıyır. Belə ki, onun zərərçəkmiş şəxsin qızı Emiliya Axundova ilə tanışlığı olmuş, ona pul lazım olduğundan Emilya onu anasının yanına apararaq qızıl qarşılığında anasından pul ala biləcəyini bildirmişdir. O da pula ehtiyacı olduğundan razılaşmış, Emiliya ilə onun anası Zərərçəkmiş şəxs yanına gələrək qızıl qolbaq vermiş, qarşılığında 200 manat pulu ayda 40 manat olmaqla ödməsi barədə razılaşmışlar. İlk ay ödəniş etsə də sonrakı ayları ödəniş edə bilməmişdir. Zərərçəkmiş şəxs pulu istəyəndə o pulunun olmadığını qarşılığında ona verdiyi qızıl qolbağı götürməsini bildirmişdir. Zərərçəmiş şəxs sonradan ona bildirmişdir ki , ona verdiyi qızıl qolbağın dəyəri 120 manatdır, ona görə də onu polis şöbəsinə şikayət etmişdir. O da polis şöbəsinə gedərək zərərçəkmiş şəxsin sələmə pul verməklə məşğul olması barədə şikayət etmişdir. Şirvan şəhər X12 Mustafayevanın onun barəsində etdiyi müraciətlə bağlı aparılan araşdırma ilə əlaqədar izahat vermək üçün xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Şirvan şəhər Polis Şöbəsinə getmişdir. Həmin vaxt ondan şikayətçi olan Zərərçəkmiş şəxs da polis şöbəsinə gəlmiş, o, izahat verdikdən sonra otaqda olarkən Tamilə otağın qapısını açıb içəri daxil olmuş, ona söyüşlər söymüş, bu zaman otağın qapısı açıq olmuş və Tamilənin ona söydüyünü görən dəhlizdə olan tanımadığı bir nəfər şəxs Tamiləni ondan uzaqlaşdırıb aparmışdır. Polis şöbəsində olarkən o zərərçəkmiş şəxsə 200 manat pulu vermək istəsədə , o qəbul etməmiş, onun 200 manat deyil 400 manat borcunun olduğunu ,həmin pulu qaytarmasını tələb etmişdir. Lakin sonradan onun guya Tamiləni döyməyi barədə polisə şikayət etdiyi məlum olmuşdur. O, Tamiləni polis şöbəsində izahat verərkən görmüş, ondan sonra Tamilə ilə görüşməmişdir . O, Tamiləni vurmamış, ona xəsarət yetirməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəmistan qızının tanışıdır, o qızı ilə birlikdə onun yanına gələrək ona pul lazım olduğunu bildirmiş, o da ona 200 manat pul vermişdir. Şəmistan həmin pulun qarşılığında təminat kimi qızıl qolbaq vermişdir. Lakin Şəmistan ona borcunu ödəməmiş, qızıl qolbağı sataraq pulu götürməsini bildirmişdir. O, qızıl qolbaq satmaq istəyərkən onun dəyərinin 120 manat olduğunu öyrənmişdir. Şəmistan ona olan borcunu vermədiyindən o bu barədə polis şöbəsinə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Şirvan şəhər Polis şöbəsinə onun Şəmistan adlı şəxs barədə etdiyi müraciətlə bağlı aparılan araşdırma ilə əlaqədar olaraq izahat vermək üçün getmiş, həmçinin şikayət etdiyi Şəmistan adlı şəxs də polis şöbəsinə gəlmiş, o, izahat verdikdən sonra polis şöbəsinə gəlmiş Şəmistan adlı şəxs ona söyüşlər söymüş, bundan əsəbiləşərək o da ona qarşı söyüş söymüş, bu vaxt Şəmistan onun üstünə gələrək onu yumruq ilə çiyin və boyun nahiyyəsindən bir dəfə vurmuş, bundan sonra isə Şəmistan onun qollarnı sıxmış, daha sonra onlar ayrılmışlar. O , bu barədə DİN-in 102 xidmətinə zəng vurub bildirmiş və ərizə ilə polisə şöbəsinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmamışdır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər X9 Bölməsinin təhqiqatçısı X4 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə müraciəti əsasında izahatlarının alınması üçün Zərərçəkmiş şəxs və Şəxs polis şöbəsinə dəvət olunmuşlar. İzahatları alınan zaman Zərərçəkmiş şəxs Şəxs gördükdə əsəbiləşmiş, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Şəxs da ona qarşı nalayiq ifadələr işlətmiş, mübahisə etməyə başlamışlar ,o həmin vaxt onları ayırmışdır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər X9 Bölməsinin baş təhqiqatçısı X6 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsində xidməti otağında işləri ilə məşğul olarkən səs-küy eşitmiş, otaqdan çıxaraq nə baş verdiyi ilə maraqlanmışdır. Bu zaman iki nəfər şəxsin bir-bir ilə mübahisə etdiyini, kişinin qadını vuraraq xəsarət yetirməsini , Şirvan şəhər X9 Bölməsinin baş təhqiqatçısı X3 onları ayrımasını görmüşdür. Daha sonra həmin iş araşdırılması üçün onun icraatına verilmişdir. Məhkəmə iclasında şahid qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X15 Şirvan şəhər şöbəsinin rəisi X7 izahat verərək bildirdi ki, Şirvan şəhər X9 Bölməsinin baş təhqiqatçısı X3 02 iyul 2023-cü il tarixli HK-1/1648 qərarı əsasında Şirvan şəhər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin ambulatoriyasında vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Ekspertiza 03 iyul 2023-cü il tarixdə başlanılmış, 17 iyul 2023-cü il tarixdə başa çatmışdır. Müayinə zamanı Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, 02 iyul 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhər X10 adlı şəxs onun boyun nahiyəsindən tutub boğmuş, divara çırpmış və hər iki qol nahiyyəsindən tutub sıxaraq ona fiziki ağrı və xəsarət yetirmişdir. Şirvan ŞMX-nın Acil bölməsinə müraciət etdiyini bildirmişdir . Ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq “ Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlərin - hər iki bazunun yuxarı 1/3-də qançırlar - küt əşya təsirindən törənməsi , qərarın təsviri hissəsinə göstərilən 02 iyul 2023-cü il tarixdə əmələ gələ bilərdi” nəticəsinə gəlinmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs və Şəxs arasında baş vermiş mübahisə zamanı Məmmədov X1 Tamilə Mirhəsən qızına sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ona görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CMP-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X15 17 iyul 2023-cü il tarixli 298 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - hər iki bazunun yuxarı 1/3-də qançırlar - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd : Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs özünü müdafiə xarakterli izahat versə də, onun tərəfindən bu xətanın törədilməsi zərərçəkmiş şəxsin,şahidlərin izahatları, ekspert rəyi və iş materialları ilə tam sübut olundu. İşin bütün hallarının məcmusuna hərtərəfli,tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək müəyyən məbləğdə cərimə olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması da nəzərə alınır. Beləliklə hesab edirəm ki,inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib müəyyən məbləğdə inzibati qaydada cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar