Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-978/2023 26.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin sədri Şəxs, Qərarı vermiş şəxs Şirvan şəhər prokurorunun köməkçisi X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, Hüquqi şəxs "xxxx" ASC-nin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Prokurorluğu tərəfindən hüquqi şəxs "xxxx" ASC-nin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanılması qərarın qəbul olunmasına səbəb kimi hüquqi şəxs "xxxx" ASC-nin sədri Şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquqi müqavilə olmadan X28, X36, X37, X32, X33, X29, X22 və X5 müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin sədri Şəxs izahat verərək bildirdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1996-cı ildən sədridir. ASC-nin tərkibində dərzi, bərbər, saatsaz, gəlin paltarlarının kirayə məntəqəsi, elektrik cihazlarının sarğı sexi və mərasim zalı fəaliyyət göstərir. Həmin fəaliyyətlər icarə müqaviləsi əsasında həyata keçirilir. Onunla hazırda 17 şəxslə aktiv icarə müqaviləsi bağlamışdır. ASC-nin sədri kimi onun vəzifə təlimatı ASC-nin fəaliyyətinə ümumi nəzarətdən ibarətdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan mərasim evi icarə əsasında fəaliyyət göstərir. Mərasimin təşkili müştəri tərəfindən təmin edilir. İdarə tərəfindən zal onların istifadəsinə verilir. Mərasimdə istifadə olunan ərzaq və digər məmulatlar müştəri tərəfindən mərasim günü gətirilir. Ərzaqlar mərasim evinin işçiləri tərəfindən yoxlanılır. Mərasim günü ərzaqlardan müxtəlif yeməklər hazırlanaraq gələn qonaqlara təqdim olunur. O, X8 tanımamışdır. Toy mərasimləri ilə bağlı toyu təşkil edən şəxslərin özü tərəfində təşkil edilir. X44 arasında İcarə müqaviləsi mövcuddur, həmin müqavilə Azərabaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq olunmuşdur. Sonuncu mərasim zalının Amil Qurbanovun icarəsində olduğunu, müştəri ilə əlaqə onun tərəfindən həyata keçirildiyini, mərasimlərin təşkili ilə bağlı dəqiq məlumatı olmamışdır. Bir nəfər şəxsin “zəhərlənməsi faktı” ilə əlaqədar Şirvan şəhər Mərkəzi Xəstəxanasından şəhər Prokurorluğuna “xəstəxana məlumatı” daxil olmuşdur. Həmin məlumatla əlaqədar araşdırma aparan Şirvan şəhər Prokurorluğunun müstəntiqi 14 avqust 2023-cü il tarixli “Cinayyət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmişdir. Bir gün sonra 15 avqust 2013-cü il tarixdə həmin qərara istinad edən Şirvan şəhər Prokuroru "xxxx" ASC-yə qarşı “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul etməklə, işi Şirvan şəhər Məhkəməsinə İXM-nin 192.1-ci maddəsi ilə baxılması üçün göndərmişdir. Hesab edir ki, qanunvericilikdə müəyyən edilmiş ciddi prosessual pozuntular səbəbindən işə mahiyyəti üzrə baxılmadan, İXM-nin 192-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə hansı inzibati orqanın baxmalı olduğu məsələsini araşdırmaq lazımdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində bu qəbilədən olan işlərə baxılması səlahiyyəti “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiqi barədə “Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanı ilə (sonrakı əlavə və dəyişikliklərlə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid edilmişdir. X27 Məcəlləsinin 54.2-ci maddəsi prokurorun İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququnu ehtiva edir. Lakin inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə nail olmaq üçün obyektdə məsul şəxs kimi onu cəlb etmədən baxış keçirilməsi, kamera yazılarının protokolsuz, yaxud da ki, əsassız protokolla götürülməsi yolu ilə aparılmamalı idi. Odur ki, müstəntiqin “gərgin əməyi” sayəsində bünövrəsində zəhərlənmə hadisəsi barədə xəstəxana məlumatı duran və barəsində rədd qərarı qəbul edilən və bu faktın araşdırılması gedişində inzibati xəta aşkar edən inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baxmaq vəzifəsini əvəz edərək prosessual pozuntuya yol vermişdir. Odur ki, inzibati xətanın ağırlıq dərəcəsinnin olmadığını nəzərə alaraq inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarı vermiş şəxs Şirvan şəhər prokurorunun köməkçisi X13 məhkəmə iclasında izahatında qərarı müdafiə edərək bildirdi ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin sədri vəzifəsində işləyən, hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan Şəxs (VÖEN: **********) X28, X36, X37, X32, X33, X29, X22 və X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sədri vəzifəsində işlədiyi Cəmiyyətdə müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs (VÖEN: **********) İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş X28, X36, X37, X32, X33, X29, X22 və X4 izahatları, eləcə də sorğular verməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən, X2, Şirvan şəhəri 1 saylı Notariat Ofisindən əldə edilmiş sənədlərlə təsdiq olunur. İXM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Aparılmış araşdımanın nəticəsi olaraq əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və hüquqi şəxsin rəhbərinin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq materiallar aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X23 izahatında qeyd edilən inzibati iş "xxxx" ASC-nin sədri Şəxs barəsində başlanmışdır. Həmin inzibati iş üzrə icraat hüquqi şəxsin rəhbəri barəsində aparıldığından qanunvericiliyin tələblərinə uyğundur. Hüquqi şəxslər barəsində icraat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 tərəfindən aparılmır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhəri 1 saylı Notariat Ofisindən daxil olan xx.xx.2023-cü il tarixli, 1031 nömrəli məktubdan görünür ki, Şəxs ilə X18 arasında “Elektron Notariat İnformasiya” sistemində axtarış aparılarkən Şirvan şəhər 1 saylı Notariat ofisində icarə müqaviləsi aşkarlanmamışdır. X2 daxil olan xx.xx.2023-cü il tarixli, 3-17-2/2-48629/2023 nömrəli məktubdan görünür ki, Amil Qurbanov, Sadiq Məmmədov, Pərvin Orucov, Habil Əliyev, Aydın Məşiyev, Tofiq Əlizadə, Samirə Paşayeva, Minayə Feyzullayevanın Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) qeydiyyatları və aktiv əmək müqavilələri aşkarlanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na uyğun olaraq MEİS-də Rüstəm Əliyev 4 oktyabr 2021-ci il tarixdən işaxtaran kimi, Ramil Qurbanov isə 19 oktyabr 2021-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmışdırlar. Qeyd edilmişdir ki, Rüstəm Əliyev və Ramil Qurbanovun adına aktiv əmək müqaviləsi aşkarlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli, **********551200 nömrəli məktubundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.1997-ci ildə dövlət qeydiyyatına, xx.xx.1999-cu ildə isə vergi uçotuna alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri kimi Şəxs adı qeyd olunmuşdur. Uçot məlumatlarında "xxxx" ASC-nin əsas fəaliyyət növü “digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi”, digər fəaliyyət növləri isə “Şadlıq evlərinin xidmətləri”, “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi”, “Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) istismara və kirayəyə verilməsi” və “İxtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” olaraq qeyd olunmuşdur. Adıçəkilən hüquqi şəxsin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. "xxxx" ASC-nin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən “İcarə obyekti” adlı, Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən “İcarə obyekti” adlı, Şirvan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən “Aytac şadlıq sarayı” adlı 3 (üç) aktiv təsərrüfat subyekti (obyekti) vardır. X18 (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Uçot məlumatlarında adıçəkilən şəxsin əsas fəaliyyət növü “İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)” olaraq qeyd olunmuşdur. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətdədir. X9 bu günədək hər hansı təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmamışdır. Vergi orqanında mövcud olan uçot məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) və X18 (VÖEN: **********) arasında bağlanmış icarə müqaviləsinə əsasən hər hansı təsərrüfat subyekti (obyekt) qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 daxil olan xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-166022/2023 nömrəli məktubundan görünür ki, 1 saylı Şirvan-Salyan (Şirvan, Hacıqabul) Regional filialından pensiya, mavinət və təqaüd alanların pensiya, müavinət və təqaüdü haqqında məlumat almaq mümkündür. Şirvan şəhər sakinlərin adına əmək müqaviləsinin olub-olmaması, təyin olunmuş əmək haqları barəsində 1 saylı Şirvan – Salyan (Şirvan, Hacıqabul) Regional filialında heç bir məlumat olmadığı üçün sorğuya cavab vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-28915/2023 nömrəli məktubu ilə təqdim edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə tərtib edilmiş cədvəldən görünür ki, X18, X24, X36, X37, X32, X33 və X11 tərəf kimi çıxış etdiyi əmək müqaviləsi olmamışdır. Həmçinin daxil olmuş məktubdan müəyyən edilmişdir ki, X18 ilə işəgötürən "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək, X24 ilə işəgötürən "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək əmək müqaviləsi mövcud olmuşdur. Bundan başqa X24 ilə işəgötürən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək əmək müqavilə mövcud olmuşdur. Eləcə də, həmin cədvəldən görünür ki, X28 ilə işəgötürən X14 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aktiv əmək müqaviləsi mövcuddur. Həmçinin daxil olan məktubdan görünür ki, X29 və X4 adına “Əmək və məşğulluq” altsisteminə əmək müqaviləsi bildirişləri daxil edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli, **********216200 nömrəli məktubundan görünür ki, “Şirvan-Xidmət" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) xx.xx.1997-ci ildə dövlət qeydiyyatına, xx.xx.1999-cu ildə isə vergi uçotuna alınmışdır. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri kimi Şəxs adı qeyd edilmişdir. X24 (VÖEN: **********) xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Uçot məlumatlarında adıçəkilən şəxsin əsas fəaliyyət növü “İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)” (9609909) olaraq qeyd olunmuşdur. X15, X25, X26, X19, X20, X16, X11 və X4 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyiciləri kimi uçotda olması barədə məlumat aşkar edilməmişdir. Cinayət işinin başlanmasınn rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X1 içki içməsi hadisəsində inzibati tərkib müəyyən edilmədiyindən Azərbaycan Respublikasının İXM-nın 522-ci maddəsi üzrə inzibati icraatın başlanması həmin Məcəllənin 53.1.2-ci maddəsi ilə rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən "Şirvan-Xidmət” ASC-nin sədri vəzifəsində işləyən, hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan Şəxs əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən "xxxx" ASC-nin sədri vəzifəsində işləyən, hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, hüquqi şəxsin sədrinin məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda izahat verməsi hüquqi şəxsi müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar, inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" ASC-nin sədri Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X28, X36, X37, X32, X33, X29, X22 və X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" ASC-nin sədri Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC-nin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: "xxxx" ASC-nin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-978/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-978/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver