Məhkəmə qərarları › İş №3(032)-980/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-980/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-980/2023 16.08.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qurban oğlunun iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, işləməyən, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Qurban oğlunun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Qurban oğlu xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində polis şöbəsinin inzibati binasının qarşısında yüksək səs-küylə danışaraq polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta hadisənin olması 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qurban oğlu protokolda göstərilənləri qəbul edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu İbrahimin idarə etdiyi avtomobilin Şirvan şəhər polis şöbəsinə gətiriləcəyini eşitmiş, həmin vaxt hadisə yerinə getmişdir. Daha sonra polis əməkdaşları avtomobili duracağına yerləşdirəcəyindən qəzəblənərək səs-küy salmışdır. Polis əməkdaşları tərfindən avtomobilin cərimə meydançasına yerləşdirilməsinə maneə yaratmışdır. Hazırda əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin inspektoru X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələində şəhərin H.Əliyev prospektində hərəkətdən kənarlaşdırdıqları maşını polis şöbəsinin duracağına təmin etdikdən sonra onlar Şirvan şəhər polis şöbəsinin qarşısında ucadan səs-küy salaraq nalayiq söyüşlər söyməyə başladılar. Onları polis əməkdaşları ilə nizam-intizama dəvət etsələr də onun qanuni tələblərinə məhəl qoymayaraq öz əməllərini nümayişkəranə davam etdirdilər. Daha sonra polis əməkdaşlarının köməyi ilə onları növbətçi hissəyə təhvil vermişlər. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X8 məhkəmə iclasında izahatında bildirmişdir ki, şəhərin H.Əliyev prospketində xidmətdə olarkən YPX əməkdaşının rabitə vasitəsi ilə kömək çağırması nəticəsində həmin yerə yaxınlaşmış, nəticədə YPX əməkdaşları ilə bilikdə tabesizlik göstərən maşını PŞ-nin duracağına təhvil verdi. Bu zaman həmin avtomobildə olan 4 nəfər şəxs PŞ-nin 1 nömrəli qapı postunda olarkən ucadan səs-küy salaraq polisin ünvanına nalayiq ifadələr işlətməyə başladılar. Etdikləri əməlin yanlışlığı barəsində onlara xəbərdarlıq etmişdir. Amma onlar qanuni tələblərinə məhəl qoymaraq etdikləri hərəkətin doğru olduğunu bildirərək daha da qərəzli davranmağa başladılar. Nəticədə həmin şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün PŞ-nin Növbətçi Hssəsinə təhvil vermişdir. Araşdırma zamanı müəyyən olundu ki, həmin şəxslər X4, X9, Şəxs və X2r. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfərləri X10 və X5 məhkəmə iclasında X8 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Qurban oğlu 16 avqust 2023cü il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində polis şöbəsinin qarşısında yüksək səsküylə danışaraq polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Qurban oğlu xx.xx.2023-cü il il tarixdə saat 01:00 radələrində polis şöbəsinin qarşısında yüksək səs-küylə danışaraq polisin qanuni tələbinə tabe olmamış, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Mirzəyev X6 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qurban oğlu barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Qurban oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar