Məhkəmə qərarları › İş №3(033)-1/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-1/2022

06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-1/2022 06.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi və məhkəmə iclasının katibi X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni ödəməmiş və cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis X3 Polisi Bölməsinin polis leytenantı X2 tərəfindən 30.11.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən iş üzrə toplanmış materialın kifayət olması qənaətinə gələrək, işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırılmasında tam sübuta yetirilmişdir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin dispozisiyasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13.11.2020-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanma qaydalarını pozduğuna görə 13.11.2020-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 13.11.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 32 (otuz iki) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 21.12.2020-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə 21.12.2020-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21.12.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 16 (on altı) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 04.04.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə 04.04.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 04.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 80 (səksən) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 14.04.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə 14.04.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 96 (doxsan altı) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 17.04.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə 17.04.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 96 (doxsan altı) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 21.04.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə 21.04.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 21.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 96 (doxsan altı) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 26.04.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə 26.04.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 96 (doxsan altı) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 17.05.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə 17.05.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 16 (on altı) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 17.05.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığına görə 17.05.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 80 (səksən) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 25.05.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə 25.05.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 80 (səksən) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 16.06.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə 16.06.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 16.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 64 (altmış dörd) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 20.06.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə 20.06.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 20.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 64 (altmış dörd) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 30.06.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə 30.06.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 64 (altmış dörd) manat inzibati cərimə edilmişdir. Həmçinin o, 09.07.2021-ci il tarixdə «VAZ 21074» minik markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə 09.07.2021-ci tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında elektron qərar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, həm də Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, dəbbə pulu ilə birlikdə cəmi 16 (on altı) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 150.11-ci maddəsində müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin bir faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görür. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, məhkəmə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 40, 48-51, 114, 128-130-cu maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar