Məhkəmə qərarları › İş №3(033)-1/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-1/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-1/2024 08.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 113041,50 Avro məbləğində olan vəsaiti 07 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş, 02 ildən artıq müddət keçsə də, 113041,50 Avro məbləğində vəsait hesabına alınan malları (xidmətlərin) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 25 sentyabr 2023-cü il tarixdə, MN №0141367 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 3(033)-280/2023 nömrəli qərarı ilə "xxxx" MMC-nin (VÖEN: **********) əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 25 sentyabr 2023-cü il tarixli, EP №0141367 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 3(107)-338/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Gülər Paşayeva tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 3(033)-280/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs qanuni təmsilçisi X6 izahatında göstərdi ki, 04-10062021/1-İM saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X5 ilə “Satıcı” adlanan "xxxx" MMC-nin baş meneceri X2 arasında müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində tütün xammalı və köməkçi materiallarını İtaliyanın X8 təşkilatından tədarük etməyi öhdəsinə götürmüş, Alıcı isə təhvil verilmiş Malı qəbul etməyi və haqqını ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci maddəsinə əsasən malların alqı satqısına dair ödəniş avans yolu ilə pul bank hesabına daxil olduqdan sonra həyata keçirilir. Beləliklə Şəxs MMC-in Ziraat Bank Azərbaycan ASC-də yerləşən AZ58TCZB******************** saylı USD hesabına xx.xx.2021-ci tarixdə 366 765 USD BELVNESHECONOMBANK OJSC vasitəsilə "xxxx" MMC tərəfindən Belarusiyadan avans olaraq pul vəsaiti daxil olmuşdur. Daha sonra həmin vəsait konvertasiya edilərək avro hesabına 311 176.24 EURO köçürülmüşdür. xx.xx.2021-ci il tarixində mal-material alışı üçün həmin vəsaitdən 113041,50 EURO istifadə edərək İtaliyanın X8 təşkilatına köçürülmüşdür. Bu təqdim etdiyi sənədlər ilə təsdiq olunur. Əlavə olaraq qeyd etdi ki, "xxxx" MMC, Belarus Respublikasında fəaliyyət göstərən "xxxx" MMC üçün İtaliyanın X8 təşkilatından siqaret istehsalında istifadə olunan köməkçi materialların alınmasına köməklik göstərəcəkdir. Bu məqsədlə "xxxx" MMC tərəflər arasında qazanc əldə etməq məqsədi ilə vasitəçilik edərək, "xxxx" MMC-nin əvvəlcədən onun hesabına etdiyi ödəniş hesabına İtaliyanın X8 təşkilatından mal-material alaraq "xxxx" MMC –yə göndərilməsini təmin etmişdir. "xxxx" MMC hazırkı komersiya əməliyyatlarını apararkən Azəpbaycan Respublıkasına müvafiq malların idxal edilməsini, müəyyən işlər görülməsini və xidmətlər göstərilməsini öz üzərinə götürməmişdir, xaricə ödənilmiş valyuta vəsaiti isə əvvəlcədən xaricdən avans olaraq "xxxx" MMC-in hesabına daxil vəsait hesabına aparılmışdır. Eyni zamanda, onu da qeyd etdi ki, aralarında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən malın alıcıya çatdırılması nəqliyyat vasitəsilə Azərbaycan, Zaqatala, S.Kazımov 19 ünvanına həyata keçirilməli olduğu göstərilsə də qeyd edilən mal həmin ünvana çatdırılmamış, Potidən digər ünvana göndərilmişdir. Qeyd etdiklərinə əsasən onların əməlində İXM-in 430.4-cü müddəsinin tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, iş materiallarına əlavə edilmiş 04-10062021/1-İM saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X5 ilə “Satıcı” adlanan "xxxx" MMC-nin baş meneceri X2 arasında müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində tütün xammalı və köməkçi materialları tədarük etməyi öhdəsinə götürür, Alıcı isə təhvil verilmiş Malı qəbul etməyi və haqqını avans yolu ilə satıcının bank hesabına ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 01/2021 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” adlanan “X8 S.r.İ”-nın direktoru Antonio Sbalkiero ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X7 arasında müqavilənin şərtlərinə uyğun olaraq bundan sonra “Mal” adlandırılacaq tütün çubuğunu filtrlə birləşdirən siqaretin filtr hissəsinin üzləmə kağızını (innerlayner) və siqaret kağızını almağı öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ******* (bir milyon) Avro həcmində müəyyən edilmiş və malın dəyəri, növü, hər partiyanın çatdırılma tarixi və şərtləri Müqavilənin tərkib hissəsi olan Təsnif sənədlərində göstərilməsi şərtləndirilmişdir. İş materiallarına əlavə edilmiş Ziraat Bank Azərbaycan tərəfindən verilmiş referans nömrəsi 01 olan xx.xx.2021-ci il tarixli “İnvoice”-dan görünür ki, xx.xx.2021-ci il tarixdə 113041.50 Avro "xxxx" MMC tərəfindən “X8 "-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2023-cü il tarixli, EP №0141367 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 113041.50 avro məbləğində vəsait xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, 113041.50 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Ziraat Bank Azərbaycan tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC-in Ziraat Bank Azərbaycan ASC-də yerləşən AZ58TCZB******************** saylı USD hesabına xx.xx.2021-ci tarixdə 366 765 USD BELVNESHECONOMBANK OJSC vasitəsilə "xxxx" MMC tərəfindən Belarusiyadan avans olaraq daxil olmuşdur. Daha sonra həmin vəsait konvertasiya edilərək avro hesabına 311 176.24 EUR köçürülmüşdür. xx.xx.2021-ci il tarixində mal-material alışı üçün həmin vəsaitdən 113 041,50 EUR istifadə edərək İtaliyanın X8 təşkilatına köçürülmüşdür. Məhkəmə araşdırmasında müəyyən etdim ki, Satıcı” adlanan “X8 S.r.İ”-nın direktoru Antonio Sbalkiero ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X7 arasında 01/2021 saylı xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin şərtlərinə uyğun Alıcı “Mal” adlandırılacaq tütün çubuğunu filtrlə birləşdirən siqaretin filtr hissəsinin üzləmə kağızını (innerlayner) və siqaret kağızını Satıcıdan almağı, Satıcı isə həmin malı Alıcıya satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ******* (bir milyon) Avro həcmində müəyyən edilmiş və malın dəyəri, növü, hər partiyanın çatdırılma tarixi və şərtləri Müqavilənin tərkib hissəsi olan Təsnif sənədlərində göstərilməsi şərtləndirilmişdir. Mal-material alışı üçün xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən 113041,50 Avro məbləğində pul “X8 "-nin hesabına ödənilmişdir. Lakin, 113041,50 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankını 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş 28 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarından da görünür ki, 07 sentyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabından “X8 "-nin bank hesabına ödənilmiş 113041,50 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə Şəxs nümayəndəsinin verdiyi izahata və onun tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə qeyd edir ki, 04-10062021/1-İM saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X5 ilə “Satıcı” adlanan "xxxx" MMC-nin baş meneceri X2 aralarında müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində tütün xammalı və köməkçi materialları tədarük etməyi öhdəsinə götürmüş, Alıcı isə təhvil verilmiş Malı qəbul etməyi və haqqını avans yolu ilə ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin icrası ilə bağlı "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına 09 avqust 2021-ci tarixdə 366 765 ABŞ dolları vəsait daxil olmuş və həmin vəsait konvertasiya edilərək "xxxx" MMC-nin avro hesabına 311 176.24 avro köçürülmüş və 07 sentyabr 2021-ci il tarixində mal-material alışı üçün həmin vəsaitdən 113 041,50 avro İtaliyanın “X8” təşkilatına köçürülmüşdür. Göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına xx.xx.2021-ci il tarixli müqavilənin icrası ilə əlaqədar "xxxx" MMC tərəfindən köçürülmüş 366 765 ABŞ dolları vəsaitlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli müqavilənin icrası ilə bağlı “X8” təşkilatının hesabına köçürülmüş 113041,50 avro pul vəsaiti arasında bağlılığın mövcud olduğunu mötəbər sübutlarla müəyyən etmək olmamışdır. Həmçinin məhkəmə onu qeyd edir ki, “X8” təşkilatı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 6.3-cü bəndində tərəflər müqavilənin predmeti olan malın alıcıya çatdırılma yerini Azərbaycan, Zaqatala, S.Kazımov 19 ünvanı kimi göstərmişlər və müqavilənin predmeti olan malın idxal edilərək həmin ünvana çatdırılması iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi onu da qeyd etdi ki, aralarında bağlanmış müqavilənin 6.3-cü bəndinə əsasən malın alıcıya çatdırılması nəqliyyat vasitəsilə Azərbaycan, Zaqatala, S.Kazımov 19 ünvanına həyata keçirilməli olduğu göstərilsə də qeyd edilən mal həmin ünvana çatdırılmamış, Potidən digər ünvana göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkibinin olması tam sübuta yetirilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Bundan başqa, Apelyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, Şəxs MMC 113041.50 Avro məbləğində vəsaiti 07 sentyabr 2021-ci il tarixdə xaricə avans şəklində köçürmüş və 2 il müddət küçsə də 113041.50 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 113041,50 (yüz on üç min qırx bir avro 50 sent) avro məbləğinin iyirmi faizi məbləğində (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində) inzibati qaydada cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar