Məhkəmə qərarları › İş №3(033)-101/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-101/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-101/2023 13.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 katibliyi, Şikayət verən şəxs X18 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası X12nin nümayəndəsi X14 iştirakları ilə, Şikayət verən şəxs X18 Azərbaycan Respublikası X12 tərəfindən barəsində 28 mart 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X23 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin rəisi X25 tərəfindən barəsində tərtib edilmiş 28 mart 2023-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X23 şikayət ərizəsində göstərmişdir ki, o Azərbaycan Respublikası X12 tərəfindən barəsində 27 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(033)-38/2023 nömrəli qərarı ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikasının X12 X4 rəisi X25 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və hazırkı qərarın inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikasının X12 X6 göndərilməsi qərara alınmışdır. Belə ki, o, Zaqatala rayonu Aşağı Tala kəndində xx.xx.2007-ci il tarixdən “36140-Sair mebellərin istehsalı” fəaliyyəti növü ilə məşğul olmuşdur. xx.xx.2009-cu il tarixdən “52120- İxtisaslaşdırılmamış mağazalarda sair pərakəndə satış” fəaliyyətinə, xx.xx.2018-ci il tarixdən “49411-Yük avtomobil nəqliyyatların fəaliyyəti” fəaliyyətinə dəyişdirmişdir. 2007-ci ildən 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin əməkdaşları barəsində Azərbaycan Respublikası İXM-nin 220.2-ci maddəsini əsas götürərək, Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin rəisi X25 tərəfindən 28 mart 2023-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 200 manat inzibati cərimə olunmuşdur. Məlumat üçün bildirir ki, o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X2rkən artıq barəsində 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Səlahiyyətli şəxsin kabinetinə daxil olan kimi ona qərarın surəti təqdim edilmişdir. Baxmayaraq ki, o xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olduğu üçün əvvəlcədən rəis Samid müəllimin mobil nömrəsinə zəng vurmaqla, xəbərdar etmişdir. Sonrakı gün yəni, xx.xx.2023-cü il tarixdə Samid müəllimin qəbulunda olmuşdur. Hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən səlahiyyətli orqan formal davranış göstərmişdir. Bu davranışla artıq səlahiyyətli orqan ona qarşı özünün iqtisadi cəhətdən üstün olduğunu göstərmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin rəisi, X25 tərəfindən barəsində tərtib edilmiş 28 mart 2023-cü il tarixdə MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında verilmiş inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, o vəzifəli şəxs deyil. Bundan başqa səlahiyyətli orqan ona yuxarı həddə cərimə tətbiq etmişdir. Hesab edir ki, səlahiyyətli orqan ona qarşı qərəzli olmuşdur. Yük avtomobilində olan mal əti ona məxsus olub. Öz heyvanının əti olmuşdur. Kəsdiyi heyvan qışlıq üçün olmuşdur. Həmin vaxtı hava yağıntılı olduğuna görə mal ətini yük avtomobilinin arxa yerinə qoymuşdur. Bu hal onun qeyd olunan maddənin tələbinin pozulması kimi şərh oluna bilməz. Ayrıca avtomobilin işə salma mexanizmi (starter) anidən dayandığı üçün magistral yoldan enişə doğru içəridə saxlanılan vəziyyətdə olmuşdur. Faktiki vəziyyət belə olmuşdur. Eyni zamanda bildirir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta hadisəsinin olmamasına əsas verən hallar göstərilməmişdir. Şikayət verən şəxs X23 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, protokol tərtib olunan gün həqiqətən mal kəsmişdir, qabaqcadan sosial şəbəkədə bununla bağlı məlumat yaymışdır. Sosial şəbəkədə bu məlumatı görən şəxslər ona sms yazmaqla kəsiləcək maldan onlara müxtəlif miqdarda ət saxlamalarını xahiş etmişlər. O da hesablayaraq tam malın ətinin satılması qənaətinə gəldikdə həmin malı kəsib, ona sifariş edən şəxslərə məlumat vermişdir. Bundan sonra həmin şəxslər onlara ayrılan miqdarda əti pulunu verməklə gəlib ondan almışlar. Heyvan ətinin satılması qaydalarını pozsa da, digər şəxslər necə satır, o da həmin vəziyyətdə əti satmışdır. 01 dekabr 2022-ci il tarixdə özünə məxsus bir baş inəyi kəsmiş, həmin əti yük avtomobilində asılı vəziyyətdə daşımış, sonra həmin inəyin ətinin satışı ilə məşğul olmuşdur. X12 tərəfindən ona ən yuxarı həddə cərimə tətbiq edilmişdir. Qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası X12nin nümayəndəsi X19 izahatında göstərdi ki, xx.xx.2022-ci il saat 11 radələrində Zaqatala rayonu Aşağı Tala kəndində X23 tərəfindən yeyinti məhsullarının satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ aktların pozulması Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə xx.xx.2022ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikasının Qida X10 regional bölməsinə göndərilmişdir. X23 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 28 mart 2023-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə vəzifəli şəxsə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işə 28 mart 2023-cü il tarixdə baxılmış və eyni tarixdə X23 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Qida X7 regional Bölməsinin rəisi X25 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla barəsində 200 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasında iştirak etməmişdir. O, şikayətin təmin olunmamasını, X18 barəsində Azərbaycan Respublikası X12 tərəfindən 28 mart 2023-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət verən şəxs X18 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X18 şikayəti qismən təmin edilməli, yəni 28 mart 2023-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis mayoru X24 tərəfindən tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şeyix Əhmədov xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Zaqatala rayonu Aşağı Tala kəndində yeyinti məhsullarının satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ aktları pozmuşdur. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, X23 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun AQTA-nın X22 rəisi Samid Ağayeva göndərilməsi qərara alınmışdır. AQTA-nın X29 tərəfindən X20 ünvanlanmış 13 mart 2023-cü il tarixli inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, X23 barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətaya baxılması 28 mart 2023-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İnzibati xətaya dair işə baxılması yeri və iştirakının zəruriliyi barədə Şeyix Əhmədov məlumatlandırılmışdır. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, inzibati xətalar haqqında işlər üzrə bildirişin əlavə edildiyi poçt zərfi xx.xx.2023-cü il tarixdə şəxsən qrafasında Səfərova qeydi edilməklə və imza edilməklə təhvil alınmışdır. AQTA-nın Şəki RB-nin rəisi X25 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 28 mart 2023-ci il tarixli qərardan görünür ki, X26 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikası X12nin X3 daxil olmuş materialla və iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. İnzibati xəta törədilməsi müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Qida X7-X21 düzgün nəticəyə gəlmişdir. Məhkəmə X18 qışlıq üçün heyvan kəsərək yük avtomobilinin arxa hissəsinə qoymasına, avtomobil nasaz vəziyyətdə olduğu üçün yol kənarında olmasına, özünün digər şəxslər kimi avtomobilin arxa hissəsində olan ətin satışı ilə məşğul olmasına dair iddialarına münasibətdə qeyd edir ki, şikayətçinin bu məzmunda izahatı məsuliyyətdən yayınmaq məqsədini daşıyır və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə və özünün məhkəmə iclasında və polis şöbəsində verdiyi izahatları ilə də təkzib olunur. Onun özü izahatında göstərmişdir ki, 01 dekabr 2022-ci il tarixdə özünə məxsus bir baş inəyi kəsmiş, həmin əti yük avtomobilində asılı vəziyyətdə daşımış, sonra həmin inəyin ətinin satışı ilə məşğul olmuşdur. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X18 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X23 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X18 və qərar qəbul edən orqanın nümayəndəsinin izahatları ilə yanaşı, tədqiq edilmiş Zaqatala Rayon Polis Şöbəsi tərəfindən toplanmış material və həmin materialda əks olunan fotogörüntülər də X23 tərəfindən ona istinad edilən əməli törətməsini sübut edir. İş materialları ilə müəyyən edilir ki, X23 tərəfindən ət və ət məhsullarının daşınması, saxlanması və satışına dair tələbləri pozmuşdur. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş Ət satışı müəssisələrinin fəaliyyətinə dair Baytarlıq-Sanitariya Normaları və Qaydalarının 6-cı bəndindən görünür ki, ət və ət məhsullarının daşınması üçün xüsusi izotermik və soyuducusu olan nəqliyyat növündən (avtorefrijerator) istifadə olunmalıdır. Nəqliyyat vasitəsi təmiz olmalı, yük bölməsində heç bir kənar qoxu olmamalı və daxili səth örtüyü asan yuyulan və dezinfeksiya edilə bilən olmalıdır. Nəqliyyat vasitəsində ət və ət məhsulları qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmamalıdır. Nəqliyyat vasitəsinin yük bölməsinin daxili səthi ət və ət məhsullarının daşınmasından əvvəl və sonra yuyucu vasitələrlə yuyulmalı, qurulanmalı və dezinfeksiya edilməlidir. Müəssisədə yalnız baytarlıqsanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir. Müəssisəyə daxil olan və üzərində baytarlıq nişanlanması olmayan heyvan və quş cəmdəkləri və ya müşaiyətedici baytarlıq sənədlərində (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) uyğunsuzluq aşkar edilən ət və ət məhsulları satış üçün qəbul edilməməlidir. Ət və ət məhsulları su keçirməyən, paslanmayan, asan yuyulan və dezinfeksiya ediləbilən qablarda saxlanmalı və daşınmalıdır. Sub məhsullar digər ət və ət məhsullarından ayrı soyuducu və dondurucularda saxlanılmalıdır. Bu məhsullar yalnız qablaşdırılmış halda olduqda digər ət və ət məhsulları ilə eyni soyuducuda saxlanıla bilər. Ət və ət məhsullarının satışı zamanı soyuducu vitrinin temperaturu +2 ÷ +6°C, ətin soyudulması və uzun müddətli saxlanması üçün dondurucuların temperaturu isə -2 ÷ 0°C olmalıdır. Təzə ət 0 ÷ +2°C -də 1 sutka; -2 ÷ 0°C-də 16 sutka; -3 ÷ -2°C -də 20 sutkaya qədər saxlanıla bilər. Ət və ət məhsullarının satışı zamanı çiy ətin digər hazır məhsullarla birgə saxlanılmasına yol verilmir. Müəssisədə qida təhlükəsizliyi tələblərinə cavab verməyən və yararlılıq müddəti bitmiş ət və ət məhsullarının satışına yol verilmir. Qablaşdırılmış ət məhsulları üzərindəki etiketdə məhsulun istehsalı və son istifadə tarixi və ya yararlılıq müddəti göstərilməlidir. Müəssisədə ət və ət məhsullarının satış üçün davamlı, təmiz, quru, qoxusuz və ətraf mühitə mənfi təsiri az olan alternativ qablaşdırma materiallarından (parça, kağız) və ya qalınlığı 15 mikrondan yuxarı olan plastik torbalardan istifadə olunmalıdır. Satış müddətində donu açıldıqdan sonra təkrar dondurulmuş ət və ət məhsullarının satışı qadağandır. Müəssisədə ət və ət məhsullarından başqa qeyri-ərzaq məhsullarının satışı yolverilməzdir. Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 220.2-cü maddəsinə əsasən yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X18 əməlinə düzgün hüquqi qiymət verilərək o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən təqsirli bilinib 28 mart 2023-cü il tarixli MN ******* nömrəli qərarla inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X18 barəsində həmin maddədə nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən o yük avtomobil nəqliyyatlarının fəaliyyəti növü ilə vergi uçotuna alınmış və onun tərəfindən törədilmiş inzibati xəta düzgün olaraq qərar qəbul edən orqan tərəfindən vəzifəli şəxs qismində qiymətləndirilmiş və o vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra məhkəmə qeyd edur ki, Azərbaycan Respublikası X12nin X4 rəisi X25 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarda X18 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin yuxarı həddə təyin edilməsi əsaslandırılmamışdır. Məhkəmə X18 ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və onun yaşını yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 134.1 və 134.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biridir. Həmin Məcəllənin 135.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1 və 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida X7-X21 maddənin sanksiyasında daha yüngül həddə cərimə tənbehi olduğu halda X20 daha sərt olan ən yuxarı həddə cərimə tənbehini tətbiq etməklə səhvə yol vermiş və bu tənbeh inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinən X18 şəxsiyyətinə uyğun olmamışdır Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına və tətbiq edilmiş tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-34-cü maddələrinin tələblərinə də uyğun deyildir. Qeyd olunanlar da qərarın dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə hüquqi qiymət verərək işin yuxarıda qeyd olunan halları və tənbehin islah təsiri baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X18 şəxsiyyəti, törətdiyi xətanın xarakteri, təqsirinin dərəcəsi və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri sərt olduğundan dəyişdirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə, yəni 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri ilə əvəz edilməli, bu əsasla da Azərbaycan Respublikası X12nin X4 rəisi X25 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X23 barəsində Azərbaycan Respublikasının X12 X4 rəisi X25 tərəfindən qəbul edilmiş 28 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X23 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar