Məhkəmə qərarları › İş №3(033)-102/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-102/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-102/2023 15.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 234000 ABŞ dolları məbləğində olan vəsaiti 17 mart 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 234000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 mart 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X2 tərəfindən 30 mart 2023-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Nümayəndə çıxış edərək bildirmişdir ki, Şəxs Məsuliyyətli Cəmiyyəti xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti tütünün emalı və tütün məhsullarının istehsalıdır. xx.xx.2021-ci il tarixdə Zəfər Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “UTM PTE” LTD arasında siqaret istehsalı üçün nəzərdə tutulmuş avadanlığın alqı-satqısı barədə 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin ümumi dəyəri 780000 ABŞ dolları təşkil edir və müqavilənin şərtlərinə görə müqavilə imzalanan kimi müqavilənin dəyərinin 30 faizi (234000 ABŞ dolları) dərhal “UTM PTE” LTD-nin hesabına ödənilməlidir və xx.xx.2021-ci il tarixdə 234000 ABŞ dolları məbləğində pul “UTM PTE” LTD şirkətinin hesabına köçürülmüşdür. Lakin aralarında bağlanmış müqavilənin icrası mümkün olmadığından “UTM PTE” LTD tərəfindən həmin məbləğ 2022-ci ilin iyun ayında geri qaytarılmışdır. Həmin məbləğin qaytarılmasının nəzərə alınmasını və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə nəzərdə tutulan inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan “İnternet Vergi İdarəsi”nin məlumatından görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Onun hüquqi ünvanı: Zaqatala rayonu, Yuxarı Tala kəndidir. Surəti işdə olan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “UTM PTE” LTD arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 1 saylı müqavilədən görünür ki, “alıcı” adlanan Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 780000 ABŞ dolları olan S-4000 Cigarette maşını, HLP2 Qablaşdırıcı maşını, 1 ədəd bükücü maşın, 1 ədəd qutulayıcı maşın,1 ədəd üst bükücü maşın, 1 ədəd marka vuran maşını almağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 17 mart 2023 il tarixli 13002-0/21 nömrəli məktubuna əlavə edilmiş çıxaışdan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə 234000 ABŞ dolları məbləğində pul “UTM PTE” LTD şirkətinin hesabına köçürülmüşdür. İşdə olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı 17 mart 2023 il tarixli 13002-0/21 nömrəli məktubuna əlavə edilmiş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" ASC-nə xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin AZ75AİİB******************** nömrəli hesabından 234000 ABŞ dolları məbləğində pulun “UTM PTE” LTD şirkətinin ********** hesabına köçürülməsi tapşırığı verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus AZ75AİİB******************** nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə **********/******************** UTM PTE.LTD hesabından Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hesaba 233926,26 ABŞ dolları mədaxil olmuş, 29 iyun 2022-ci il tarixdə isə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən çek əsasında məxaric edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə araşdırmasında müəyyən etdim ki Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “UTM PTE” LTD şirkəti arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Bununla bağlı olaraq 17 mart 2021-ci il tarixdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti 234000 ABŞ dolları məbləğində pulu “UTM PTE” LTD şirkətinin hesabına köçürmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati xəta haqqında protokol ona görə tərtib etmişdir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 234000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Halbuki, xx.xx.2022-ci il tarixdə **********/******************** UTM PTE.LTD hesabından Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus hesaba 233926,26 ABŞ dolları mədaxil olmuş, 29 iyun 2022-ci il tarixdə isə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən çek əsasında məxaric edilmişdir. «Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»na əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan məsuliyyətin yaranması üçün geri qaytarılmayan məbləğin qalıq dəyərinin 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olması, eyni zamanda ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmaması müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 17 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 234000 ABŞ dolları vəsait xx.xx.2022-ci il tarixdə 233926,26 ABŞ dolları olmaqla qabaqcadan ödənilmiş valyuta vəsaiti kimi xaricdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni 2 il müddətində geri qaytarıldığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan məsuliyyətin yaranmasına əsas olmuş hal mövcud deyil. Hesab edirəm ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X2 tərəfindən 30 mart 2023-cü il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X2 tərəfindən 30 mart 2023-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar