Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-105/2022 29.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X5 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1982-ci il tarixdə Zaqatala rayonu, Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla orada yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 mart 2022ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 17 fevral 2022-ci il tarixdə Göyəm kəndində keçmiş baldızı Məsumə Hüseynovanın evinə pəncərəni sındırmaqla 25 manat ziyan vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 17 fevral 2022-ci il tarixdə Zaqatala rayonu Muğanlı kənd sakini X1 RPŞ-nə ərizə ilə müraciət edərək keçmiş gəlini Şəxs hazırda Göyəm kəndində yerləşən ona məxsus evdən çıxarkən evin pəncərə şüşəsini və pərdə asılan qarnizləri sındırıb evdə olan bəzi məişət əşyalarının apardığını bildirmişdir. O, Vüsalə barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Muğanlı kənd sakini X4 məxsus Göyəm kəndində yerləşən iki mərtəbəli üç otaqlı evin pəncərəsinin şüşəsini qəsdən sındırmaqla keçmiş gəlini Şəxs 17.02.2022-ci il tarixdə sonuncuya az miqdarda, yəni 25 (iyirmi beş) manat məbləğində maddi ziyan vurmuşdur. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai-təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra onların izahatları alınmış və qərarın əsasında onun haqqında 12 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Vidadi ilə ailə qurduqdan sonra 2018-ci ilədək birlikdə Muğanlı kəndində yaşamışdır. O, birgə yaşadığı dövrdə əri Vidadinin spirtli içki içdiyini və evdə yersiz mübahisələr yaradaraq mütəmadi olaraq onu döydüyünü bildirmişdir. 2020-ci ildə birgə nikahda olduğu dövrdə əri Vidadinin Zaqatala rayonu Göyəm kəndində 2013-cü ildə həyətyanı torpaq alıb tikdiyi iki mərtəbəli fərdi yaşayş evinə yerləşərək 2022-ci ilin fevral ayınadək orada yaşamışdır. 17.02.2022-ci il tarixdə Muğanlı kəndində yaşayan keçmiş baldızı Məsumənin məhkəməyə etdiyi müraciətinə əsasən və 22 noyabr 2021-ci il tarixli Ali məhkəmənin qərarı ilə o, həmin evdən çıxarılmışdır. O, hazırda Zaqatala şəhərində kirayədə yaşayır. O, qeyd olunan tarixdə həmin evdən çıxarkən özünə məxsus əşyaların hamısını götürə bilmədiyi üçün əşyaların yarısı həmin evdə qalmışdır. O, 19 və 20.02.2022-ci il əvvəllər yaşadığı Göyəm kəndində yerləşən evə qalan əşyaları götürmək üçün getdikdə orada yaşayan keçmiş baldızı Məsumə qapını açmamış və əşyaları götürüb aparmağa imkan verməmişdir. Həmin vaxt o, əsəbləşmiş və yerdən daş götürərək evin pəncərə şüşəsinə vurub şüşəni sındırmışdır. O, həmin evin giriş qapısının dəstəyini xarablamamış, qonaq otağında olan döşəmə - üzərində olan xalçanın üzərinə ad yazmamış və pərdə asmaq üçün evin tavanına vurulan qarnizləri sındırmamışdır. Keçmiş baldızı X3 RPŞ-nə etdiyi müraciətdə və izahatda göstərdiyi xüsusatlar yalan və böhtan xarakterlidir. O, pəncərə şüşəsini də ehtiyatsızlıqdan sındırmışdır. 25 manat ziyanı ödəmək imkanı yoxdur. Dedikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2017-ci ildə Zaqatala rayonu Göyəm kəndində həyətyanı torpaq sahəsi alaraq orada iki mərtəbəli üç otaqlı fərdi yaşayış ev tikmişdir. Şəxs onun qardaşı Vidadinin keçmiş arvadıdır. Qardaşı Vidadi 2001-ci ildə Vüsalə ilə ailə qurmuşdur. Sonradan ayrılmışlar. Keçmiş gəlini Vüsalə onun qardaşı Vidadidən ayrıldıqdan sonra 2020-ci il avqust ayında ona məxsus Göyəm kəndində yerləşən fərdi yaşayış evinin özünə məxsus olduğunu iddia edərək özbaşına həmin evə yerləşmişdir. O, Zaqatala rayon məhkəməsinə müraciət etmiş və 2022-ci ilin fevral ayında 22 noyabr 2021-ci il tarixli Ali məhkəmənin qərarına əsasən Vüsalə onun evindən çıxarılmışdır. Keçmiş gəlini Vüsalə 17.02.2022-ci il tarixdə ona məxsus Göyəm kəndində yerləşən fərdi yaşayış evindən çıxarılarkən Vüsalə evin ikinci mərtəbəsində olan qonaq otağının pəncərə şüşəsini, pərdə asmaq üçün evin tavanına vurulan qarnizləri sındıraraq evdə olan bəzi məişət əşyalarını götürərək özü ilə aparmışdır. O, 19 və 20.02.2022-ci il tarixdə axşam saatlarında Göyəm kəndindəki evdə olarkən keçmiş gəlini Vüsalə həmin ünvana gəlib onunla mübahisə yaradaraq evin qapısını təpikləmişdir. Vüsalə evin qonaq otağında olan xalçanı və evin giriş qapısının dəstəyini xarablayaraq xalçanın üzərinə ad yazmışdır. Ona xeyli miqdarda ziyan dəymişdir. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə araşdırılmasında zərərçəkən şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi öz təsdiqini tapmadığından, hesab edirəm ki, vurulmuş zərərin əvəzinin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, qadın olmasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 12 mart 2022-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 25 (iyirmi beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-105/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-105/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver