Məhkəmə qərarları › İş №3(033)-110/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-110/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-110/2022 30.03.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Xalıqov İlqar Yavər oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili İsmayılov Azər Həşim oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Zaqatala rayonu Faldarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12.03.2022-ci il tarixdə saat 22:00 radələrində Zaqatala rayonu Faldarlı kəndində yerləşən Zərərçəkmiş şəxs evinin həyətindən dəyəri 80-90 manat olan su nasosunu oğurlamış və o xırda talama inzibati xəta hadisəsini törətmişdir. Bu barədə Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (bundan sonra-Zaqatala RPŞ-in İTB) polis sahə rəisi, polis mayoru Xalıqov İlqar Yavər oğlu tərəfindən 30.03.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala RPŞ-in İTB-in polis sahə rəisi, polis mayoru Xalıqov İlqar Yavər oğlu izahatında qeyd edilən inzibati xəta hadisəsinin Şəxs tərəfindən törədildiyini bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qeyd edilən inzibati xətanı törətməkdə özünün təqsirli olduğunu etiraf edərək, əməlindən peşman olduğunu, bir daha belə bir əməl törətməyəcəyini bildirdi. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs hazırda ona dəymiş maddi zərəri ödəmişdir və onunla barışmışdır. Ona görə də, onun barəsində başladılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili İsmayılov Azər Həşim oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Əliyev Vüsal Məhəmmə oğlunun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 mart 2022-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs Zaqatala RPŞ-nə şikayət ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbirin görülməsi üçün qərarın surətinin Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus ərizədən görünür ki, vurulmuş ziyan tamamilə ödənilmiş və tərəflər barışmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar