Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-114/2021 10.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin sahə rəisi, polis mayoru X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs-xx xxx 1986-cı il tarixdə Zaqatala rayonu Çobankol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Çobankol kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 10 fevral 2020-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 07 may 2020-ci il tarixdə Zaqatala rayonu Çobankol kəndində qanunsuz olaraq narkotik vasitə olan marixuananı öz istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Azərbaycan Respublikası DİN-in BNMİ-nə bilavasitə tabe olan X5 şöbəsi tərəfindən Zaqatala rayonu Çobankol kəndi ərazisində tutularaq üzərində narkotik vasitə aşkar olunmuşdur. Həmin şöbənin təhqiqatçısı tərəfindən 20 may 2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərara əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Gəncə şəhər Kəpəz RPİ-nin İTB-nə göndərilmişdir. Həmçinin onun üzərindən aşkar edilmiş 2,054 qram qurudulmuş marixuana saxlanılması üçün Gəncə şəhər Kəpəz RPİ-nə göndərilmişdir. Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı tərəfindən 29 may 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən də, cinayət işinin başlanması rədd edilmiş, Şəxs üzərindən aşkar edilmiş 2,054 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün Gəncə şəhər BPİ-nin Təminat qrupuna göndərilmişdir. Bundan sonra Şəxs vəsatətinə əsasən toplanmış material inzibati qaydada tədbir görülməsi üçün 29 yanvar 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin Kəpəz RPİ tərəfindən Zaqatala RPŞ-nə göndərilmişdir. Şəxs yeri müəyyən edilmədiyindən şöbənin rəisi tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra 10 fevral 2021-ci il tarixdə Şəxs şöbəyə gəlmiş, onun izahatı alınmışdır. Bunun əsasında onun haqqında 10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Zaqatala rayonu Çobankol kəndində yaşayır. 07 may 2020-ci il tarixdə kənddə çayxananın qarşısında dayanan zaman tanımadığı şəxslər onun yanında maşını saxlamışlar, özlərini təqdim etmişlər. Sonra ondan üzərində narkotik maddə olub-olmamasını soruşdular. O, üzərində daşıdığı narkotik vasitəni çıxarıb onlara vermişdir. Həmin narkotik vasitəni çaylaq deyilən ərazidən tapmışdır. Həmin maddələr Gəncə şəhərində polis əməkdaşları tərəfindən götürülmüşdür. O, etdiyi hərəkətləri səmimi etiraf edir, əməlindən peşmandır. Bir də belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası DİN-in BNMİ-nə bilavasitə tabe olan X5 şöbəsi təhqiqatçısı tərəfindən 20 may 2020-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Gəncə şəhər Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, onun üzərindən aşkar edilmiş 2,054 qram qurudulmuş marixuana saxlanılması üçün Gəncə şəhər Kəpəz RPİ-nə göndərilmişdir. İşdə olan Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı tərəfindən 29 may 2020-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs üzərindən aşkar edilmiş 2,054 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün Gəncə şəhər BPİ-nin Təminat qrupuna göndərilmişdir. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 10 fevral 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X3 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 20 may 2020-ci il tarixdən ən geci üç ay keçənədək tərtib olunmalı idi. İnzibati tənbeh isə ona cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İşin hallarından görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nə bilavasitə tabe olan X5 şöbəsi təhqiqatçısı tərəfindən 20 may 2020-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs vəsatətinə əsasən toplanmış material inzibati qaydada tədbir görülməsi üçün 29 yanvar 2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin Kəpəz RPİ tərəfindən Zaqatala RPŞ-nə göndərilmişdir. Şəxs yeri müəyyən edilmədiyindən şöbənin rəisi tərəfindən 29 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra 10 fevral 2021-ci il tarixdə Şəxs şöbəyə gəlmiş, onun izahatı alınmışdır. Zaqatala RPŞ tərəfindən isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol 10 fevral 2021-ci il tarixində tərtib edilərək aidiyyatı üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən, yəni 20 may 2020-ci il tarixindən üç aydan çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 48-51, 53.0.6, 114-118, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-114/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-114/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver