Məhkəmə qərarları › İş №3(033)-12/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-12/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-12/2023 18.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 katibliyi, Şikayət verən şəxs X2 nümayəndəsi X3 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida X6 Regional Bölməsinin nümayəndələri X12 və X14 iştirakları ilə, Şikayət verən şəxs X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində 21 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AQTA-nin X24 rəisi X26 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X5 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Qida X13 Regional Bölməsi xx.xx.2022-ci il tarixli MN ********* №li protokolu əsasında xx.xx.2022-ci il tarixdə verilmiş MN ******* №li qərarla o, Azərbaycan Respublikasının İXMnin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat inzibati qaydada cərimə növündə inzibati tənbehə məruz qalmışdır. Azərbaycan Respublikası Qida X13 Regional Bölməsinin həmin qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, AQTA-nin X24 rəisi X26 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən ona məxsus Fermer adlı mağazada aparılan yoxlama zamanı dövlət qeydiyyatına alınmadan qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış İran İslam Respublikasının “X31” şirkətinin istehsalı olan “Value Pack” adlı pestisidinin satışı ilə məşğul olduğuna görə və bununla da istehlakçıların hüquqlarının pozulması faktı aşkar olunduğuna görə Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsinə əsasən 1500 manat inzibati cərimə edilmişdir. Bildirmək istəyir ki, mağazada satışı ilə məşğul olduğu İran İslam Respublikasının “X31” şirkətinin istehsalı olan “Value Pack” adlı pestisidinin tərkibində olan “Metaldehyde 6%” maddəsindən nümunə xx.xx.2022-ci il tarixdə Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasına təqdim olunmuş və həmin nümunə sınaq yoxlamadan keçirilmiş və dövlət sınağından müsbət nəticə almışdır. Bundan sonra həmin pestisid dövlət qeydiyyatına alınmışdır. Bunu təsdiq edən Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasının xx.xx.2022-ci il tarixli AZ- 20060335/LAB05-22002-T-002 nömrəli Sınaq Protokolunu şikayətə əlavə etmişdir. Eyni zamanda həmin pestisid “Metaldehyde 6%" X18 Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə 003338 nömrə ilə 5 il müddətinə yəni xx.xx.2023-cü il tarixinədək dövlət qeydiyyatına alınmışdır. Bunu təsdiq edən X18 Xidməti tərəfindən verilmiş 003338 nömrə Şəhadətnaməni şikayətə əlavə etmişdir. Qanunvericiliyin tələblərinə əsasən Dövlət sınağından keçmiş pestisidlər dövlət qeydiyyatının məcburi şərti onların mənşəyi və keyfiyyəti barədə sertifikatlarının olmasıdır, hansı ki, Azərbaycan Respublikasına idxal olunmuş İran İslam Respublikasının “X31” şirkətinin istehsalı olan “Value Pack” adlı pestisidi AQTA-nın rəsmi internet səhifəsində xx.xx.2022-ci il tarixdə elan olunmuş Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış pestisidlərin və bioloji preparatların siyahısında 360-cı sırada yer almışdır. Bu o deməkdir ki, həmin Azərbaycan Respublikasına idxal olunmuş İran İslam Respublikasının “X31” şirkətinin istehsalı olan “Value Pack” adlı pestisidi dövlət qeydiyyatına alınmışdır və həmin pestisidin mənşəyi və keyfiyyəti barədə sertifikatı mövcuddur. Bundan başqa barəsində AQTA-nin X24 rəisi X26 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunur ki, məcburi sertifikatlaşdırılmalı olan lakin sertifikatlaşdırılmamış İran İslam Respublikasının “X31” şirkətinin istehsalı olan “Value Pack” adlı pestisidinin satışı ilə məşğul olduğuna görə inzibati cərimə olunmuşdur. Halbuki Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasinin Qanununun 29-cu maddəsində yalnız Azərbaycan Respublikasında istehsal olunan pestisidlərin məcburi sertifikatlaşdırılması şərti qoyulmuşdur. Buna görə də, AQTA-nin X24 xx.xx.2022-ci il tarixli MN ********* №li protokolunu və həmin protokol əsasında xx.xx.2022-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. Bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0 və 447.0.4-cü maddələrinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Halbuki, mağazada aşkar olunmuş Azərbaycan Respublikasına idxal olunmuş İran İslam Respublikasının “X31” şirkətinin istehsalı olan “Value Pack” adlı pestisidi AQTA-nın rəsmi internet səhifəsində xx.xx.2022-ci il tarixdə elan olunmuş Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış pestisidlərin və bioloji preparatların siyahısında 360-cı sırada yer almışdır, yəni dövlət qeydiyyatına alınmışdır, hansı ki, onun mənşəyi və keyfiyyəti barədə sertifikatı mövcuddur və həmin pestisid Azərbaycanda istehsal olunmur, yəni məcburi sertifikatlaşdırılmalı olan pestisid deyildir. Şikayət verən şəxs X2 nümayəndəsi X9 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, ilk dəfədir ki, X5 inzibati məsuliyyətə cəlb edilərək cərimə edilir. Hesab edir ki, onun barəsində xəbərdarlıq tənbeh növünün tətbiq edilməsi daha ədalətli olardı. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida X6 X17 Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun müdiri X21 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Qida X11 regional bölməsi tərəfindən xx.xx.2022-ci il tarixində Zaqatala səhəri, “Zaqatala bazar" ASC-2 V.İsmayılov kücəsi ünvanında fəaliyyət göstərən “Fermer" adlı mağazada monitorinq keçirilmişdir. Monitorinq zamanı mağazada qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış İran İslam Respublikasının «Zarpashimi Cova» şirkətinin istehsalı olan "Value Pack” pestisidinin satışının həyata keçirildiyi aşkar edilmişdir. Aşkar edilmiş dövlət qeydiyyatına alınmamış 4,2 kq "Value Pack” pestisidi toxunulmazlıq aktı ilə saxlanca verilmişdir. Aparılmış monitorinq zamanı mağazada aşkar edilmiş pozuntular Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cu maddəsində öz əksini tapdığından mağazanın sahibi olan vəzifəli şəxs X5 barəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli ********* nömrəli İnzibati Xəta haqqında is üzrə icraatın başlanması barədə" qərar qəbul edilmişdir. Vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 21 dekabr 2022-ci il tarixə təyin edilmiş və bu barədə vəzifəli şəxsə xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxsin nümayəndəsi X9 inzibati xəta haqqında işə baxılmasında iştirak etmişdir və həmin gün Azərbaycan Respublikasının Qida X6 regional Bölməsinin rəisi X26 tərəfindən MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək elan edilmişdir. Həmin qərara əsasən vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətin təmin olunmamasını, X2 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 21 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida X6 X17 Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun aparıcı məsləhətçisi X23 oğlu izahat verərək şikayətin təmin olunmamasını, X2 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 21 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli ********* nömrəli inzibati xəta haqqında is üzrə icraatın başlanması barədə"xxxx" ASC-2 V.İsmayılov kücəsı ünvanında fəaliyyət göstərən “Fermer" adlı mağazada qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış İran İslam Respublikasının «Zarpashimi Cova» şirkətinin istehsalı olan "Value Pack” pestisidinin satışını həyata keçirməklə istehlakçıların hüquqlarını pozmuşdur. Şikayətçi, qeyd olunan pestisidin xx.xx.2022-ci il tarixdə elan olunmuş Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış pestisidlərin və bioloji preparatların siyahısında yer aldığını əsas gətirərək inzibati xəta haqqında 21 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş edir. İşin gerçək hallarından isə görünür ki, vəzifəli şəxs X5 (FİN 3C2MPFD) (VÖEN: **********) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli qərarının 11.6-cı maddəsinə əsasən, dövlət sınağından keçməmiş, dövlət qeydiyyatına alınmamış, standartlara və texniki şərtlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta və keyfiyyətsiz pestisidlərin və aqrokimyəvi vasitələrin satılmasının qadağan edilməsi tələbinə zidd olaraq, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının “ünvan 3 ünvanında yerləşən “Fermer” adlı mağazada keçirdiyi monitorinq zamanı aşkar edilmiş dövlət qeydiyyatına alınmayan, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış İran İslam Respublikasının “Zarpashimi Cova” şirkətinin istehsalı olan "Value Pack” pestisidinin satışı ilə məşğul olmuş, bununla da istehlakçıların hüquqlarını pozmuşdur. Qeyd olunanlar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 0212-22/mat-22/4216 nömrəli məktubu, Azərbaycan Respublikası X7 xx.xx.2022-ci il tarixli 5/18-3771 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli Pestisid və Aqrokimyəvi maddə satışı müəssisələrinin saxlanma sahələrini yoxlama anketi, AQTA-nin X24 xx.xx.2022-ci il tarixli aktı, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, X8, X9, X25, AQTA-nin Bitki Sağlamlığı şöbəsinin Bitki mühafizəsi vasitələri gübrələr və pestisidlərin tənzimlənməsi sektorunun müdiri X15 izahatları və toplanmış digər sənədlərlə təsdiq edilir. Məhkəmə şikayət verən şəxs X2 şikayətində göstərdiyi və məhkəmə iclaslarında qeyd etdiyi hallara qiymət verərək qeyd edir ki, inzibati xəta aşkar edildikdən sonra onun aradan qaldırılması və yaxud yuxarıda qeyd olunan hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 447.0 və 447.0.4-cü maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası qanunun 20.1-ci maddəsinə əsasən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı və qeydiyyatı onların bioloji, gigiyena-toksikoloji və ekoloji cəhətdən qiymətləndirilməsi və istifadə reqlamentlərinin işlənib hazırlanması məqsədilə aparılır. Həmin qanunun 20.2-ci maddəsinə əsasən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydaya uyğun olaraq elmi tədqiqat müəssisələrində aparılır. Həmin qanunun 20.4-cü maddəsinə əsasən dövlət sınağından keçmiş insan, heyvan və bitki orqanizmləri, habelə ətraf mühit üçün təhlükəsizliyi təsdiq edilmiş pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır və Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilir. Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 22 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Qaydaları"nın 1-ci bəndində əsasən bu Qaydalar "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının 1.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqini tənzimləyir. 2-ci bəndinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqinə elmi tədqiqat işlərində istifadə olunduqda və satış hüququ olmadan sərgilərdə nümayiş etdirildikdə;bitki mühafizə vasitələri ilə işlənmiş toxum və əkin materialları gətirildikdə, idxal və ixrac edildikdə;fövqəladə hallarda karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması məqsədilə onların istehsalçı ölkədə qeydiyyatını və istifadəsini təsdiq edən sənədlər olduqda, idxalına və tətbiqinə dair qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qərar verildikdə yol verilir: 3-cü bəndinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi Azərbaycan Respublikasının X7 (bundan sonra – Agentlik) nəzarəti altında həyata keçirilir. 4-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmamış pestisidlərin və bioloji preparatların idxalı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslər (bundan sonra ərizəçi) bu Qaydaların 2.1-ci və 2.2-ci yarımbəndlərində göstərilən hallarda Agentliyə müraciət etməlidirlər. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də və şikayət ərizəsinə Metaldehyde Bait 6 faizli İnsektisid preparatının Dövlət qeydiyyatı haqqında şəhadətnaməni əlavə etsə də, məhz İran İslam Respublikasında istehsal olunmuş «Zarpashimi Cova» şirkətinin istehsalı olan "Value Pack” pestisidinin monitorinq keçirilən xx.xx.2022-ci il tarixədək sertifikatlaşdırılmasını təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli ********* nömrəli inzibati xəta haqqında is üzrə icraatın başlanması barədə" qərarla müəyyən edilmiş hallardan o da görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar isə X5 tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə, şikayət verən şəxs X2 nümayəndəsi X3 məhkəmə iclasında şikayət verən şəxsə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin xəbərdarlıq növündə inzibati tənbeh tədbiri ilə əvəz edilməsini də xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Qanunvericiliyin tələbindən də görünür ki, xəbərdarlıq inzibati tənbeh növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuşdursa, eyni zamanda inzibati xəta törətmiş şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunursa və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilmişdirsə şəxs barəsində xəbərdarlıq inzibati tənbeh növü tətbiq edilir. Şikayət verən şəxsin nümayəndəsi X2 ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu əsas gətirərək barəsində xəbərdarlıq inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Halbuki, onun inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində xəbərdarlıq inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X2 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1nın şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət verən şəxs X2 “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində 21 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar