Məhkəmə qərarları › İş №3(033)-124/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-124/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-124/2023 16.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işləməyən, Zaqatala rayonu Faldarlı kəndində pasport qeydiyyatında olan və Zaqatala şəhəri Azərbaycan prospekti 101 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Sultanov X6 Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-983/2022 nömrəli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiyası şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X7 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-983/2022 nömrəli icra sənədinə əsasən 28 dekabr 2013-cü il təvəllüdlü X1 və 10 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat aliment ödəməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Zaqatala Rayon Məhkəməsinin sözü gedən icra vərəqəsinin icrası ilə əlaqədar hazırda yaranmış 1280 manat aliment borcunun zərərçəkmiş şəxs X5 ödənilməsi tələb olunsa da, o, aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı protokol məhkəməyə təqdim ediləndən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan 500 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, hər ay vaxtı-vaxtında aliment borcunu ödəyir. Alimenti ödəməkdən də yayınmır. Hazırda zərərçəkmiş şəxsə olan aliment borcundan 500 manat ödəmişdir. Qalan məbləği isə hər ay ödəməli olduğu aliment məbləğindən əlavə ödəməklə tamamlayacaqdır. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon vəkil bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra vərəqəsinin icra edilməsindən qərəzli olaraq yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-983/2022 nömrəli icra sənədinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 101 ünvanında yaşayan Şəxs 28 dekabr 2013-cü il təvəllüdlü X1 və 10 iyun 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla cəmi 320 manat miqdarında aliment hər ay tutulub X5 verilməlidir. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyevin xx.xx.2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru tələbin dərhal könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra rəisi Elvin Əhmədovun məhkəməyə ünvanlandığı xx.xx.2023-cü il tarixli 6991 nömrəli məktubdan görünür ki, borclu Şəxs son altı ərzində xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat məbləğində pulu tələbkar X3 xeyrinə aliment ödəmiş. Məhkəmə borclu Şəxs hər ay vaxtı vaxtında aliment ödədiyini və köhnə aliment borcundan 500 manat ödəməsini nəzərə alaraq hesab edir ki, hazır ki məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(033)-983/2022 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə haqqında inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar