Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-126/2022 10.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ask Tütün MMCnin nümayəndəsi X3, zərərçəkmiş şəxs X4 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Ask Tütün MMC (VÖEN **********) hüquqi ünvanı ünvan 1 ünvanı ünvan 2 Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ask Tütün MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 12 aprel 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Ask Tütün MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X6 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X12 izahatında göstərdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən X15 Kompleksi MMC-nin X4 əmək müqaviləsinin ləğv olunması haqqında 11 avqust 2020-ci il tarixli əmri ləğv edilməli, X1 Aqrar Sənaye Kompleksi MMC-nin X11 və Emalı Məntəqəsinə növbə rəisi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün 11 avqust 2020-ci il tarixdən hesablanmaqla X7 işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsi X15 Kompleksi MMC-nin üzərinə qoyulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, borclu hüquqi şəxs Ask Tütün MMCnə tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin o, qətnaməni könüllü olaraq icra etməmişdir. Bundan sonra, tərəfindən borclu hüquqi şəxs Ask Tütün MMC-nə «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ask Tütün MMC barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası təxirə salındıqdan sonra hazırda icra sənədinin icrası tam təmin olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ask Tütün MMC-nin nümayəndəsi X10 izahat verərək göstərdi ki, həqiqətən də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən X15 Kompleksi MMC-nin X4 əmək müqaviləsinin ləğv olunması haqqında 11 avqust 2020-ci il tarixli əmri ləğv edilməli, X1 Aqrar Sənaye Kompleksi MMC-nin X11 və Emalı Məntəqəsinə növbə rəisi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün 11 avqust 2020-ci il tarixdən hesablanmaqla X7 işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsi X15 Kompleksi MMC-nin üzərinə qoyulmalıdır. Məhkəmə tərəfindən qətnamənin icra olunması ilə bağlı vaxt verildikdən sonra hazırda qətnamə icra olunmuşdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, həqiqətən də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən X15 Kompleksi MMC-nin onun əmək müqaviləsinin ləğv olunması haqqında 11 avqust 2020-ci il tarixli əmri ləğv edilməli, o, X15 Kompleksi MMC-nin X11 və Emalı Məntəqəsinə növbə rəisi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün 11 avqust 2020-ci il tarixdən hesablanmaqla ona işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilməsi vəzifəsi X15 Kompleksi MMC-nin üzərinə qoyulmalıdır. Hazırda o, işə bərpa edilmiş, onun hesabına ödəniş tam edilmişdir, heç bir şikayəti və tələbi yoxdur, barışmışdır. Hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Ask Tütün MMC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4849/2020 nömrəli 19 oktyabr 2020-ci il tarixli icra sənədi hazırda icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ask Tütün MMC həmin icra sənədini artıq icra etmişdir. İşin qeyd edilən halları əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, əmək haqqı ödənişinə dair hesab məlumatı, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və zərərçəkmiş şəxsin məhkəmə iclası zamanı verdiyi izahatı və ərizələri ilə öz təsdiqini tapır. İşdə olan zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ask Tütün MMC tərəfindən onun hesabına ödəniş tam edilmişdir, heç bir şikayəti və tələbi yoxdur, barışmışdır. Hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ask Tütün MMC icra sənədini icra etdiyindən və icra sənədi tamamilə icra olunduğundan şərait dəyişmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı hüquqi şəxs Ask Tütün MMC-nin həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, hüquqi şəxs Ask Tütün MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ask Tütün MMCnin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-126/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-126/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver