Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-129/2023 08.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin X3 sahə rəisi, polis kapitanı X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx.xx.1987-ci il tarixdə Zaqatala rayonu Suvagil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Suvagil kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 08 may 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 26 aprel 2023-cü il tarixdə Zaqatala rayonu Suvagil kəndində yerləşən 1 nömrəli məktəbin həyətində ictimai yerdə saat 13:00 radələrində X1, nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin X3 sahə rəisi, polis kapitanı X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X6 xx.xx.2023-cü il tarixdə ərizə ilə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək Şəxs onu Zaqatala rayonu Suvagil kəndində yerləşən 1 nömrəli məktəbin həyətində ictimai yerdə onu təhqir edərək, cəmiyyət içərisində onun şəxsiyyətini alçaldan hərəkətlərə yol verdiyini bildirmişdir. Müraciət əsasında araşdırma aparılmış, şahid ifadələri alınmışdır. Bundan sonra Şəxs şöbəyə dəvət olunmuş, o, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Zaqatala Rayon Polis Şöbəsinə gəlmiş və onun izahatı alınmışdır. Onun onun haqqında 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuna müvafiq qaydada qərar edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Suvagil kəndində yaşayır. Bir müddətdir ki, X6 ilə tanışdır. 2022-ci ilin iyun ayında o özü yaşamaq üçün Rusiya Federasiyasına getmiş və həmin ərəfədə Gülüstanla münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından kəndə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə ondan əl çəkməsi, həyatını çökdürməməsi üçün və atasının onunla işinin olmamasını demək və danışmaq məqsədi Gülüstanın iş yerinə getmişdir. Gülüstanla söhbət zamanı Gülüstan onun sözünün bitməsini gözləmədən ona nə olub sualını vermiş, o da qarşılığında sözünü kəsməməsini, onu axıra qədər dinləməsini istəmişdir. Bu anda Gülüstan telefonunu çıxararaq zəng vurmaq istədikdə o, həmin telefonu onun əlindən alaraq məktəbdəki qazanın üstünə atmış və ona sözünü bitirdikdən sonra atasına zəng edib şikayət edə biləcəyini Gülüstana demişdir. Məktəbin həyətində mübahisə etdikdən sonra o çıxıb getmişdir. Mübahisə əsnasında qarşılıqlı olaraq bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Hadisənin olmasına səbəb onun məktəbə getməsi olmuşdur. Orada özünü təqsirli bilir. Həmin vaxt nalayiq ifadələr işlətmişdir. Nalayiq ifadələr işlətməsinə səbəb Gülüstanın ona qarşı həmin ifadələri işlətməsi olmuşdur. Bu hadisə məktəbin həyətində olmuşdur. X2 da olmuşdur. Həmin mübahisəni görmüş və eşitmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Zaqatala rayonu Suvagil kəndində yaşayır. 1 il qabaq tanış olduğu həmkəndlisi onunla ailə həyatı qurmaq üçün tanış olmaq niyyətində olduğunu bildirmişdir. Tanışlıqdan sonra özünə qarşı olan davranışlardan və hərəkətlərdən xoşu gəlmədiyi üçün aralarında uyğunsuzluq yaranmışdır. Onunla ünsiyyəti davam etdirmək istəmədiyini bildirdikdə ona mesaj vasitəsi ilə təhqiredici ifadələr yazmışdır. Həmin müddətdə Şəxs Rusiya Federasiyasında yaşayırdı. O uzaqda yaşadığı üçün onun hərəkətlərinə məhəl qoymamışdır. Həm də himayəsində yetkinlik yaşına çatan oğlu olduğu üçün ehtiyat etmişdir. Şəxs yaşadığı kəndə qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixində onun işlədiyi Suvagil məktəbinin həyətinə gələrək, ictimai yerdə məktəb uşaqlarının yanında onu nalayiq sözlərlə təhqir etmiş və şəxsiyyətini cəmiyyət içində alçaltmışdır. Bu zaman həmin məktəbdə xadimə işləyən Tahirova Gülgəz hadisəyə şahid olmuşdur. Həmin anda atasına zəng vuraraq baş verənləri ona bildirmək istədikdə bir daha onu təhqir etmiş və küçə ifadələri işlətmişdir. Bunan əlavə Suvagil kəndində yerləşən işlədiyi Gözəllik salonunun önündən keçərkən təkrar olaraq nalayiq ifadələr işlətməklə onu təhqir etmişdir. Həta onu dəfələrlə hədələmişdir. Gələcəkdə bu kimi halların təkrarlanmasının qarşısını almaq məqsədi ilə Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, o, Zaqatala rayonu Suvagil kəndində yaşayır. Gülüstan Məmmədova onun işlədiyi məktəbdə müəllim vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində məktəbin həyətində işlədiyi zaman tanımadığı bir nəfər şəxsin məktəbin həyətində Gülüstan müəllimənin ünvanına nalayiq ifadələr, küçə söyüşləri işlədərək onu təhqir etdiyini görmüşdür. Hətta müəllimə telefonla danışmaq istədiyi zaman da ona təhqiredici ifadələr işlədərək ictimai yerdə təhqir etməyə davam etmişdir. Həmin vaxtı Gülüstan müəllimənin çox pis vəziyyətdə olduğunu və ağladığını görmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları ilə) təkzib olunur. Onun “nalayiq ifadələr işlətməsinə səbəb Gülüstanın ona qarşı həmin ifadələri işlətməsi olması” ilə bağlı izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Çünki o, daha sonra ifadəsində göstərmişdir ki, hadisənin olmasına səbəb onun məktəbə getməsi olmuş, həmin vaxt nalayiq ifadələr işlətmişdir. Bu hadisə məktəbin həyətində olmuşdur. X2 da olmuşdur. O, həmin mübahisəni görmüş və eşitmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, protokol tərtib edən şəxsin və şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini və cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqinin kifayət sayılmadığını nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli polis şöbəsinə gəldiyi vaxtdan, yəni 08 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 08 may 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-129/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-129/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver