Məhkəmə qərarları › İş №3(033)-131/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-131/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-131/2024 25.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi şikayət verən şəxs X5 vəkili X9 Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 iştirakı ilə, Şikayət verən şəxs X5 “inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı Zaqatala Rayon X13 Yol Polisi Bölməsinin 27 mart 2024cü il tarixli, İXP-6133476 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X10 şikayət ərizəsində göstərmişdir ki, 27 mart 2024-cü il tarixdə səhər saat 19:30 radələrində Zaqatala şəhərinin Yevlax- Zaqatala avtomagistral yolunun üzərindən keçən F. Əmirov küçəsində (Zaqatala şəhərindən Zaqatala rayonu, ER-OİL yanacaq doldurma məntəqəsinə çatmamış) özünə məxsus BMW 528İ markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, Zaqatala Rayon X13 Yol Polisi Bölməsinin yol-patrul xidməti inspektoru saxla işarəsi vermiş və mənim əks hərəkət istiqamətinə çıxmağımı iddia edərək, bu barədə protokol tərtib edəcəyini bildirmişdir. Lakin, həmin protokolu ona göstərməmişdir. O, Zaqatala Rayon X13 Yol Polisi Bölməsinin yol-patrul xidməti inspektoruna əks hərəkət zolağına çıxmadığını bildirsə də, heç bir əhəmiyyəti olmamışdır. İstifadəsində olan mobil nömrəsinə gələn sms-dən sonra bilmişdir ki, yol-patrul xidməti inspektoru onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməyi barədə protokol tərtib etmişdir. "SMS radar.az" mobil tətbiqində ona yazılan cərimə ilə bağlı araşdırma aparmaq istədiyi zaman məlum olmuşdur ki, protokola video və yaxud foto material yüklənməmiş, həmçinin saxlanıldığı yer düzgün göstərilməmişdir. Belə ki, protokolda özünə məxsus BMW 5281 markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığı yer kimi Zaqatala şəhəri, Nizami küçəsi-49 göstərilmişdir. Bunun səbəbi isə Zaqatala Rayon X13 Yol Polisi Bölməsinin yol-patrul xidməti inspektorunun öz dislokasiyasından kənarda, yəni, BDYP-nin YPX-nin 5-ci tağımın səlahiyyətində olan ərazidə onu saxlaması olmuşdur. Nəticədə, inzibati xətanın olmasını sübuta yetirmədən qərəzli və qanunsuz olaraq barəsində "X16" AR Qanununun tələblərini pozduğu iddiası ilə 80 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar qəbul edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon X13 Yol Polisi Bölməsinin 27 mart 2024-cü il tarixli, İXP-6133476 nömrəli inzibati tənbeh vermə haqqında qərarı aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. Protokola inzibati xəta baş verdiyi iddia olunan hadisə ilə bağlı (əks hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması) video yazı əlavə olunmamışdır. Belə ki, o əks hərəkət zolağına çıxmaqla ötməni həyata keçirməmişdir. Zaqatala Rayon X13 Yol Polisi Bölməsinin yolpatrul xidməti inspektorunun öz dislokasiyasından kənarda, yəni, BDYP-nin YPX-nin 5-ci tağımının səlahiyyətində olan ərazidə ona inzibati xəta haqqında protokol tərtib etmişdir. Özünə məxsus BMW 528İ markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığı yer kimi Zaqatala şəhəri, Nizami küçəsi-49 göstərilsə də o faktiki olaraq Zaqatala şəhərinin Yevlax- Zaqatala avtomagistral yolunun üzərindən keçən F. Əmirov küçəsində (Zaqatala şəhərindən Zaqatala rayonu Yuxan Tala kəndi istiqamətində, ER-OlL yanacaq doldurma məntəqəsinə çatmamış) saxlanılmışdır. Şikayətə baxılmasının vaxtı və yeri barədə şikayət verən X10 məlumatlandırılsa da o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X8 çıxış edərək bildirdi ki, 27 mart 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş hadisə Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən Tala çayının üzərində olan körpünün üstündə baş vermişdir. X10 27 mart 2024-cü il tarixdə, saat 19:32 radələrində idarə etdiyi BMW 528İ Minik markalı, ** SY ***dövlət qeydiyyat nişanlı avtomobillə yerdə olan düz xətt nişanına məhəl qoymayaraq ötmə əməliyyatını həyata keçirmişdir. X10 daha irəlidə BDYP-nin YPX-nin 5ci tağımın səlahiyyətində olan ərazidə saxlansa da hadisə Zaqatala rayon X13 Yol Patrul Xidmətinin səlahiyyətinin əhatə etdiyi ərazidə baş vermişdir. Hadisə onun xidməti avtomobilinə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmışdır və həmin görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxsin vəkili X12 şikayətin məzmununa uyğun çıxış edərək onun dəlillərini müdafiə etdi. Məhkəmə iclasında Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X8 tərəfindən təqdim edilmiş video görüntülərə baxdıqdan sonra o qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X10 27 mart 2024-cü il tarixdə, saat 19:32 radələrində idarə etdiyi BMW 528İ Minik markalı, ** SY ***dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri Nizami küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə onun barəsində Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X10 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və onun vəkili, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X2 27 mart 2024-ci il tarixdə, saat 19:32 radələrində idarə etdiyi BMW 528İ Minik markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən körpü üzərində hərəkətdə olarkən 1.1 üfüqi nişanlanma xətinin tələbini pozaraq hərəkətdə olan digər avtomobili kənardan keçərək yol hərəkəti qaydalarını pozduğu müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X10 idarə etdiyi BMW 528İ Minik markalı, ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zaqatala şəhəri F.Əmirov küçəsində yerləşən körpü üzərində hərəkət edərkən üfüqi nişanlanma xətlərinə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuşdur. X1 əks hərəkət zolağına çıxmaqla ötmə həyata keçirmədiyini qeyd etsə də videogörüntüdə onun yol verdiyi pozuntu açıq müşahidə edildi. Məhkəmə şikayətçinin “BDYP-nin YPX-nin 5-ci tağımın səlahiyyətində olan ərazidə onu saxlaması ” barədə fikrinə münasibətdə məhkəmə qeyd edir ki, video görüntülərdən şikayətçi tərəfindən idarə olunan avtomobilin pozuntu baş verdikdən sonra saxlamamayaraq hərəkəti davam etdirməsi və polis inspektorunun yarım dəqiqə ərzində xidməti avtomobili ilə şikayətçi tərəfindən idarə olunan avtomobili izlədikdən sonra saxlaması müşahidə edilir. Belə olan halda məhkəmə hesab edir ki, şikayətçiyə məxsus avtomobilin hansı sahədə saxlamasından aslı olmayaraq onun tərəfindən törədilən pozuntu Zaqatala rayon X13 Yol Patrul Xidmətinin səlahiyyəti və nəzarəti ilə əhatə olunan ərazidə baş verdiyindən Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X8 tərəfindən onun saxlanması qanuni olmuşdur. Bundan başqa, hadisə yerinin X6 ünvanlanmış SMS bildirişində yanlış göstərilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal heçdə X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xətanın törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “X16” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X5 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Zaqatala rayon X13 Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X5 27 mart 2024-ci il tarixdə, saat 19:32 radələrində idarə etdiyi BMW 528İ Minik markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri F.Əmirov küçəsində hərəkətdə olarkən üfüqi nişanlanma xətinin tələbini pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 “inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar