Məhkəmə qərarları › İş №3(033)-132/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-132/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-132/2021 04.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, Şikayət verən şəxs X7 və inzibati xəta haqqında protokol tərtib şəxs Zaqatala RPŞnin İTB-nin sahə rəisi X1 iştirakları ilə, Şikayət verən şəxs X7 “Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X1 onun barəsində 20 fevral 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş 20 fevral 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X8 şikayət ərizəsində göstərmişdir ki, onun barəsində tərtib olunmuş 20 fevral 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokol tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, onun tərəfindən göstərilən tarixdə və vaxtda hər hansı bir qanun pozuntusuna, o cümlədən karantin rejimi dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulması hallarına yol verilməmişdir. O, həmin gün, yəni 20 fevral 2021-ci il tarixdə saat 10:30 radələrində fərdi qoruyucu vasitəsini yeniləmək üçün aptekə daxil olmuşdur. Maska aldıqdan sonra üzərində olan fərdi qoruyucu vasitəni yenisi ilə əvəz etmək üçün çıxaran zaman sahə rəisi Məhəmmədəli Tanrıverdiyev tərəfindən qərəzli olaraq barəsində inzibati xəta hqqında protokol tərtib olunmuşdur. Şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, o, tibbi maskadan istifadə etmişdir. O, heç bir qanun pozuntusu etmədiyi halda polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə edilmişdir. Bundan başqa o, sözügedən inzibati xəta törədilməsində özünü ümumiyyətlə təqsirli bilmir, sözügedən inzibati xətanı törətməmişdir. Hazırda isə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib şəxs Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, X7 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni, əsaslı və ədalətlidir. X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, 20 fevral 2021-ci il tarixdə saat 10:30 radələrində Zaqatala şəhəri E.İbrahimov küçəsində hərəkətdə olarkən tibbi maskadan istifadə etməmişdir. Qeyd olunan hal həm fotoşəkillə, həm də onun polis şöbəsində verdiyi izahatı ilə də öz təsdiqini tapır. Həmin vaxt ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da X8 barəsində 20 fevral 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında həmin tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X8 20 fevral 2021-ci il tarixdə, saat 10:30 radələrində Zaqatala şəhəri E.İbrahimov küçəsində hərəkətdə olarkən karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında 20 fevral 2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X8 inzibati xəta törətməməsini əsas göstərərək inzibati xəta haqqında 20 fevral 2021-ci il tarixli MN ******* nömrəli protokolun ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmənin qənaətinə görə, İXM-də bilavasitə inzibati xəta haqqında protokoldan şikayət verilməsi göstərilməsə də, inzibati məsuliyyətin əsasını təşkil edən, yəni inzibati xəta haqqında qərarın qəbul edilməsi üçün inzibati xəta haqqında protokolun olması əsas zəruri şərt olduğundan, məhkəmə tərəfindən şəxsin şikayəti əsasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun qanuniliyinin yoxlanılması üçün hər hansı maneə yoxdur. O da nəzərə alınmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında 20 fevral 2021-ci il tarixli protokolun ləğv edilməsini və başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və işin məhkəmə baxışı zamanı onun İXM-in 211.2-ci maddəsi ilə təqsirli bilinb 100 manat cərimə olunmasına dair Zaqatala RPŞ-nın rəisi Vəfadar Orucovun 20 fevral 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh haqqında qərarı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə-fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarına əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, X3 rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etməmişdir. Həmçinin onun polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, “20 fevral 2021-ci il tarixdə saat 10:30 radələrində Zaqatala şəhəri E.İbrahimov küçəsində olarkən tibbi maskadan istifadə etməmişdim. İzahatı oxudum, doğrudur, imza ilə təsdiq edirəm”. Göründüyü kimi, şikayət verən şəxs X8 şikayətində qoruyucu vasitə hesab olunan tibbi maskadan istifadə etdiyini, üzərində olan fərdi qoruyucu vasitəni yenisi ilə əvəz etmək üçün çıxaran zaman ona qərəzli olaraq protokol yazıldığını əsas gətirərək inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında onun həmin vaxt qoruyucu vasitə hesab olunan tibbi maskadan istifadə etməməsi iş materialları ilə bir daha təsdiq olunur. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi barədə 16 yanvar 2021-ci il tarixli Qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinin 3-cü bəndinə əsasən, bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. Həmin Qanunun 38-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyrihüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır, Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülkihüquq məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X7 və inzibati xəta haqqında protokol tərtib şəxs Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X1 izahatları ilə yanaşı, tədqiq edilmiş fotoşəkilə məhkəmə iclasında baxış zamanı da X7 20 fevral 2021-ci il tarixdə, saat 10:30 radələrində Zaqatala şəhəri E.İbrahimov küçəsində hərəkətdə olarkən karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 “Zaqatala RPŞ-nin İTB-nin sahə rəisi X1 onun barəsində 20 fevral 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar