Məhkəmə qərarları › İş №3(033)-133/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-133/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-133/2022 21.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X6 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin X1 sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1978-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Faldarlı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 21 aprel 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 14 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zaqatala rayonu Faldarlı kəndində mübahisə zamanı Nəsrullah Səfərova qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin X1 sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayonu Faldarlı kənd sakini X3 ərizə ilə şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, kənd sakinləri meşə zolağının ətrafında olan taxta hasarı sökərək özlərinə məxsus torpaq sahələrinə gediş gəliş yolu açmağa çalışmış və iribuynuzlu heyvanları meşə sahəsinə buraxmışlar. O, kənd sakinlərindən meşəyə buraxılmış mal qaranın çıxarılmasını xahiş etdikdə Şəxs onun ünvanına və ailə üzvlərinə qarşı nalayiq söyüşlər söymüşdür. Bundan sonra, şikayət əsasında Şəxs şöbəyə bugün saat 12 radələrində dəvət olunmuş, onun izahatını almışdır. Bundan sonra onun haqqında 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuna müvafiq qaydada qərar edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Faldarlı kəndində yaşayır. Zaqatala RPŞ-də verdiyi izahatını təsdiq edir. Əlavə olaraq göstərdi ki, o və kəndin bir neçə sakini heyvanları örüş sahəsinə aparmaq üçün meşənin hasarını sökmüşlər. Heyvanları örüşə apardıqda Nəsrullah onlara mane olmağa çalışmış və buna görə də aralarında sözlü mübahisə yaranmışdır. O çox əsəbi olduğundan ola bilsin ki, nalayiq ifadə işlədib lakin bunu xatırlamır. O, ictimai qaydanı pozmamışdır. Bunun məsuliyyətə səbəb olduğunu bilməmişdir. Bundan başqa, kəndin mərkəzində Qarabağda şəhid olmuş kəndin sakinlərinə kompleks tikilmişdir. Lakin o, kompleksin dayaqlarının yol ərazisinə çıxdığını bildirərək bununla bağlı icra nümayəndəsinə müraciət etmişdir. Buna görə də, nümayəndəlikdə də, onunla bərabər toplaşmış kənd camaatı mübahisə etmişdir. O, kənd camaatını qəsdən hər hansı təbliğat üçün toplamamışdır. Səhv etdiyini başa düşür, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs səhvini başa düşdüyünü nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, Zaqatala rayonu Faldarlı kəndində yaşayır və orada meşə gözətçisi işləyir. İşlədiyi meşə ərzisində körpə ağacların heyvanlar tərəfindən korlanmasının qarşısını almaq məqsədi ilə ərazini çəpərləmişdir. Faldarlı kənd sakinləri Şəxs daxil olmaqla meşənin çəpərini qıraraq öz iri buynuzlu heyvanlarını meşə sahəsinə salaraq otarmışlar. Həmin şəxslər heyvanları mütəmadi olaraq orada otardıqları üçün onlara irad bildirdikdə Şəxs başına kənd camaatına toplayaraq çəpəri dağıtmış və Şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Şahid qismində dindirilmiş X7 məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, Zaqatala rayonu Faldarlı kəndində yaşayır. İşlədiyi Bələdiyyənin maddi hesabına yaşadığı kənd ərazisində yerləşən Qarabağda şəhid olmuş şəhidlərin xatirəsinə şəhidlər kompleksi inşa edilmişdir. Həmin kompleksin tikintisində heç bir kənd sakinin maddi dəstəyi olmamışdır. Əksinə Şəxs həmin Kompleksin işinə hər zaman mane olmuşdur. Belə ki, kompleks ətrafında çəkilmiş boruların öz texnikasına mane olacağını bildirərək səs küy salmış, ətrafda olan sakinləri təbliğata çağırmışdır. Ona dəfələrlə hərəkətinə son qoymağı tövsiyə etmişlər. Mayis əksinə daha da kobud formada dövlətə qarşı lüzumsuz söhbətlər edib özünə kənd camaatı arasında müəyyən qədər dəstək yığaraq meşə sahəsinin hasarını dağıdaraq iri buynuzlu heyvanları meşə sahəsini buraxmışdır. Həmin vaxtı dövlət orqanlarına qarşı mənfi fikir yaradan ifadələrdən istifadə edərək toplaşan camaata ayılmalarını bildirmişdir. Şahid qismində dindirilmiş X10 oğlu məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, Zaqatala rayonu Faldarlı kəndində yaşayır və kəndin icra nümayəndəsi kimi işləyir. Nümayəndəliyin maddi hesabına Qarabağda şəhid olmuş şəhidlərin xatirəsinə şəhidlər kompleksi inşa edilmişdir. Kənd sakinlərinin kompleksin yaradılmasında hər hansı dəstəyi olmamışdır. Şəxs kompleks yaradılarkən işin gedişinə mane olmuşdur. Belə ki, kompleks ətrafında çəkilmiş boruların öz texnikasına mane olacağını bildirərək səs küy salmış, ətrafda olan sakinləri təbliğata çağırmışdır. Ona dəfələrlə xəbədarlıq edilməsinə baxmayaraq o hərəkətlərini davam etdirmişdir. Dövlət və dövlətçilik əleyhinə lüzumsuz söhbətlər edərək kənd camaatı arasında təbliğat apararaq özünə müəyyən qədər dəstək yığmış və həmin kənd camaatı ilə birgə meşə sahəsinin hasarlarını dağıdaraq iri buynuzlu heyvanları meşəyə buraxmışlar. Həmin vaxtı dövlət orqanlarına qarşı mənfi fikir yaradan ifadələrdən istifadə etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları ilə) təkzib olunur. Onun “ictimai qaydanı pozmaması” ilə bağlı izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, onun qeyd olunan hərəkətlərin inzibati məsuliyyətə səbəb olmasını bilməməsi, heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, X4 İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli polis şöbəsinə gəldiyi vaxtdan, yəni 21 aprel 2022-ci il tarixdən, saat 12:00-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 21 aprel 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar