Məhkəmə qərarları › İş №3(033)-139/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-139/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-139/2022 29.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X2, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxx 1985-ci il tarixdə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 29 aprel 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 22 mart 2022-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus evdən 2 ədəd 35 manat dəyərində yataq dəstini oğurlamaqla, xırda talama inzibati xəta hadisəsini törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan materiallar baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 22 mart 2022-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus evdən 2 ədəd 35 manat dəyərində yataq dəstini oğurlamışdır. Zərərçəkmiş şəxsin müraciəti əsasında polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, bundan sonra inzibati icraat başlanmışdır. Zaqatala RPŞnin CAB-nın baş əməliyyat müvəkkili polis kapitanı Rəhbər Əliyev raportla şöbənin rəisinə müraciət edərək göstərmişdir ki, yuxarıda qeyd olunan oğurluq hadisəsini Şəxs törətmişdir. Bundan sonra Şəxs şöbəyə dəvət edilmiş, onun izahatı alınmış, onun haqqında 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini bildirdi. Əlavə olaraq göstərdi ki, o, oğurluq hadisəsi olan gün sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs evinə pəncərədən girib çıxdığı yadındadır. Ancaq hər hansı əşyanı oğurladığını xatırlamır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxs onu bağışlamışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 çıxış edərək Şəxs zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında polis şöbəsində verdiyini izahatını təsdiq etdiyini bildirdi. Hazırda məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdıqlarını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, Zərərçəkmiş şəxs ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdırıb toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyan tamamilə ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən 29 aprel 2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 22 mart 2022-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbə sakini Zərərçəkmiş şəxs məxsus evdən 2 ədəd 35 manat dəyərində yataq dəstini oğurlamaqla, xırda talama inzibati xəta hadisəsi törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs barışmışlar və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayət və tələbi yoxdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən 29 aprel 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən 29 aprel 2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar