Məhkəmə qərarları › İş №3(033)-140/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-140/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-140/2023 12.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, Şikayət verən şəxs X1 inzibati tənbeh vermə haqqında 25 mart 2023-cü il tarixli EQ 13659716 nömrəli və 05 may 2023-cü il tarixli EQ 14327839 nömrəli qərarların ləğv edilməsi və işlərin icraatına xitam verilməsi barədə şikayətini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 25 mart 2023-cü il tarixli EQ 13659716 və 05 may 2023-cü il tarixli EQ 14327839 nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarların ləğv edilməsi və işlərin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 şikayət ərizəsi verərək DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli EQ 13659716 və 05 may 2023-cü il tarixli EQ 14327839 nömrəli qərarları mübahisələndirmişdir. Göründüyü kimi, Xanov Musayev bir şikayət ərizəsi ilə iki qərarı mübahisələndirmiş, halbuki o, hər bir qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında 25 mart 2023-cü il tarixli EQ 13659716 nömrəli və 05 may 2023-cü il tarixli EQ 14327839 nömrəli qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüquqları ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 tərəfindən inzibati tənbeh vermə haqqında 25 mart 2023-cü il tarixli EQ 13659716 nömrəli və 05 may 2023-cü il tarixli EQ 14327839 nömrəli qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ şikayət verən şəxs X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar