Məhkəmə qərarları › İş №3(033)-146/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-146/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-146/2022 12.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X7, tələbkar X1 nümayəndəsi X2 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, rəsmi işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Aşağı Tala kəndində pasport qeydiyyatında olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Poladov X9 Rayon Məhkəməsinin 2(033)-31/2021 nömrəli 04 mart 2021-ci il tarixli icra sənədi üzrə yaranmış 1866 manat borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 12 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi X11 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-31/2021 nömrəli 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 15.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılmalı, torpaq sahəsinin həmin hissəsi iddiaçı X3 təhvil verilməli, cavabdeh Şəxs maddi zərərin əvəzi olaraq 2019-cu il üçün məhsuldarlıq göstəricisi olan 975,80 (doqquz yüz yetmiş beş manat səksən qəpik) manat və 2020-ci il üçün məhsuldarlıq göstəricisi olan 590,40 (beş yüz doxsan manat qırx qəpik) manat, cəmi 1566,20 (bir min beş yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməli, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 200 (iki yüz) manat cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Borclunun məcburi gətirilməsi haqqında qərar qəbul olunmuş, o, şöbəyə gəlmişdir. O, izahat verməkdən imtina etmiş və barəsində protokol tərtib edilmişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-31/2021 nömrəli 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən o, iddiaçı X1 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın Zaqatala ərazi idarəsinin verdiyi 15.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılmalı, torpaq sahəsinin həmin hissəsi iddiaçı X3 təhvil verilməli, ondan maddi zərərin əvəzi olaraq 2019-cu il üçün məhsuldarlıq göstəricisi olan 975,80 (doqquz yüz yetmiş beş manat səksən qəpik) manat və 2020-ci il üçün məhsuldarlıq göstəricisi olan 590,40 (beş yüz doxsan manat qırx qəpik) manat, cəmi 1566,20 (bir min beş yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməli, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 200 (iki yüz) manat ondan alınaraq iddiaçı X3 verilməlidir. Məhkəmə qərarından xəbərdardır, həmin qərardan apelyasiya şikayəti vermiş, lakin apelyasiya şikayəti təmin olunmamışdır. Şəki Apelyasiya Məhkəməsinin qərarından da Ali Məhkəməyə kassasiya şikayəti vermiş, mülki iş Ali Məhkəməyə göndərilmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almamışdır. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X12 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X1 nümayəndəsi X6 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-31/2021 nömrəli 04 mart 2021-ci il tarixli icra sənədi pul vəsaitinin alınıb verilməsi hissəsində icra edilməmişdir. Cavabdehin kassasiya şikayəti verməsindən bügun xəbəri olmuşdur. Hazırda mülki işə Ali Məhkəmədə baxılana qədər icrasının qeyri-mümkün olduğunu bilir. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-31/2021 nömrəli 04 mart 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı X1 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 15.04.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,9899 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq zəbt etdiyi 0,21 ha hissəsindən çıxarılmalı, torpaq sahəsinin həmin hissəsi iddiaçı X3 təhvil verilməli, cavabdeh Şəxs maddi zərərin əvəzi olaraq 2019-cu il üçün məhsuldarlıq göstəricisi olan 975,80 (doqquz yüz yetmiş beş manat səksən qəpik) manat və 2020-ci il üçün məhsuldarlıq göstəricisi olan 590,40 (beş yüz doxsan manat qırx qəpik) manat, cəmi 1566,20 (bir min beş yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 verilməli, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 200 (iki yüz) manat cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməlidir. Qeyd olunan icra sənədinin verilməsinə əsas olan Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsindən cavabdeh Şəxs apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2188/2021 saylı 09.12.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin mübahisələndirilən hissəsinə münasibətdə təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli 2(033)-31/2021 saylı qətnaməsinin mübahisələndirilən hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(107)- 2188/2021 saylı qətnaməsindən cavabdeh Şəxs tərəfindən kassasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2188/2021 saylı 05 may 2022-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2188/2021 saylı 09.12.2021-ci il tarixli qətnaməsindən cavabdeh Şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddələrinin tələblərinə uyğun olduğundan baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 419.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(107)-2188/2021 saylı qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-408-ci maddələrinin tələblərinə uyğun olduğundan baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Qanunvericiliyin tələbinə əsasən də qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar