Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-148/2022 08.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X5, zərərçəkmiş şəxs X2 və Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi X6 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1983-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, sürücü işləyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Həsənov X4 Rayon Məhkəməsinin 2(033)-168/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli icra sənədi üzrə yaranmış 7980 manat və 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016cı il tarixli icra sənədi üzrə yaranmış 2880 manat borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 16 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X3 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin rəisi X9 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-168/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 7950 manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 7980 manat məbləğində pul vəsaiti alınaraq X12 verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən 09 iyun 2006-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı 80 manat sabit pul məbləğində müəyyən edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tam şəkildə ödəniş etməmiş, onun 2880 manat aliment borcu və 7980 manat pul borcu yaranmışdır. Protokol məhkəməyə təqdim edildikdən sonra borclu tərəfindən tələbkarlara cəmi 4000 manat ödəniş edilmiş və qalıq borcun ödənilməsi ilə bağlı tələbkarla borclu arasında razılıq əldə edilmişdir. Tələbkar hazırda şikayətçi deyil və borcun hissə-hissə ödənilməsinə tələbkar razılıq vermişdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 168/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli icra sənədinə əsasən ondan 7950 manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 7980 manat məbləğində pul vəsaiti alınaraq X12 verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən 09 iyun 2006-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan tutulan alimentin miqdarı 80 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə qərarlarından xəbərdardır. Onun maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda da aliment borcunun bir hissəsini yəni 2000 manatını, digər borcunun da 2000 manatını ödəmiş və qalıq qalan borcunun hissə-hissə ödənilməsi üçün tələbkarlarla razılığa gəlmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X10 çıxış edərək Şəxs borcunu ödəməkdən boyun qaçırmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, həqiqətən də, Zaqatala Rayon Məhkəməsinin 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən 09 iyun 2006-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs onun xeyrinə tutulan alimentin miqdarı 80 manat sabit pul məbləğində müəyyən edilmişdir. Şəxs ona 2000 manat ödəniş etmişdir və qalıq borcun hissə-hissə ödənilməsinə dair borclu ilə razılığa gəlmişlər və o da borclu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-168/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 7950 manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 7980 manat məbləğində pul vəsaiti alınaraq X12 verilməlidir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016-cı il tarixli icra sənədinə əsasən 09 iyun 2006-cı il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı 80 manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Həsənov X4 Rayon Məhkəməsinin 2(033)-168/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli və 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016-cı il tarixli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcunu ödəməyə çalışır. Bunun da nəticəsi olaraq borcundan cəmi 4000 manatını (məhkəmə iclası təxirə salındıqdan sonra) hazırda tələbkarlara ödəmişdir. Lakin, onun qalan borcunu birdəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. Eyni zamanda o, yaranmış şəraitdə borcunu tam ödəyə bilmədiyini və tələbkarlarla icra sənədlərinin hissəhissə icra edilməsi üçün razılıq əldə etdiyini bildirir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun və tələbkarın məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Zaqatala rayon İcra və probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli 59444 nömrəli məktubundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-168/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli və 2(033)-47/2016 nömrəli, 08 yanvar 2016-cı il tarixli icra sənədlərinə əsasən borclu Şəxs barəsində 16 may 2022-ci il tarixli protokol verildikdən sonra tələbkar X2 xeyrinə 2000 manat aliment ödənişi və X11 xeyrinə 2000 manat ödəniş edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-148/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-148/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver