Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-149/2023 13.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Şikayət verən şəxs X8 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X2 iştirakları ilə 04 oktyabr 1958-ci il tarixdə Qax rayonu Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, “X23” Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləyən, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Bəhmətli kəndində qeydiyyatda olan və orada yaşayan X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 aprel 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X14 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, 4 may 2023-cü il və 13 may 2023-cü il tarixlərdə məhkəməyə etdiyi müraciətlərdə X5 25 aprel 2023-cü il tarixdə inzibati tənbeh verilməsi haqqında qərarın düzgün olmamasını bildirmişdir. 01 may 2023-cü ildə X13 25 aprel 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarını aldıqdan sonra ona vəzifəli şəxsin öz vəzifə səlahiyyətlərinə necə biganə yanaşması, cəmiyyətdə belə şəxslərin az da olsa var olması bir daha aydın olmuşdur. Belə ki, X18 əməkdaşlarının heç bir araşdırma aparmadan qərəzli şəkildə inzibati xəta haqqında protokol tərtib edərək onu 800 manat cərimə etməsi, onu baş mühasib kimi öz səlahiyyətləri daxilində X18 tərəfindən hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Belə ki, əvvəl etdiyi müraciətlərdə sabiq baş mühasib X10 mart ayının 10-16-sı arası ona zəng edərək bildirmişdir ki, fevral ayının əmək haqqını sistemə vurduqda o özünə son hesablaşma aparmağı unutmuş, xahiş etmişdir ki, son hesablaşmanı o aparsın. O da araşdırma apararaq müəyyən etmişdir ki, martın 1-i vəziyyətinə Hazmanov əmək haqqı cədvəlini işlədikdə özünə son hesablaşma aparmağı unutmuşdur. O, dərhal ona son hesablaşma apararaq 17 mart tarixində ödənilməsini təmin etmişdir. Əmək Müfəttişliyinin əməkdaşlarının heç bir hüquqi əsası olmadan belə qərar qəbul etməsi yol verilməzdir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X9 izahatında göstərdi ki, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə müraciət edərək 01 mart 2023-cü il tarixdən işlədiyi “X24” MMC-dən işdən azad olunduğunu və həmin tarixdə onunla olan əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq son haqq hesabın aparılmadığını və ona ödənmədiyini bildirmişdir. Müraciət əsasında araşdırma aparılmış, X24” MMC-nin vəzifəli şəxsinin izahatı alınmış və “X24” MMC-də baş mühasib vəzifəsində işləmiş X3 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşmanın xx.xx.2023-cü il tarixdə aparıldığı müəyyən edilmiş və 17 aprel 2023-cü il tarixdə “X24” MMC-nin baş mühasibi X14 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol və inzibati xəta haqqında işin digər materialları əsasında 25 aprel 2023-cü il tarixdə X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X21 tərəfindən “X24” MMC-də mühasib vəzifəsində işləmiş X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşma gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənməsi nəticəsində X14 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə MN1292411 nömrəli İnzibati tənbeh vermə haqqında qərarla X14 800 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxs X8 şikayətini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 25 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, işdə olan “X24” MMC-nin xx.xx.2022-ci il tarixli 009 nömrəli əmrindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdən “X24” MMC-də baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. X4 “X24” MMC-nin direktoruna ünvanlanmış 13 fevral 2023-cü il tarixli ərizədən görünür ki, o 01 mart 2023-cü il tarixdən baş mühasib vəzifəsindən azad edilməsini xahiş etmişdir. “X24” MMC-nin 01 mart 2023-cü il tarixli 55A nömrəli əmrindən görünür ki, X10 ilə “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 009 saylı müddətli əmək müqaviləsinə işçinin öz xahişi ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, “X24” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X6 əmək kitabçasını lazımi qeydlər apararaq təhvil verməsi, “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq üzrə məsul şəxsi (mühasib X14) işçi Kamran Hazmanova istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 26 günün pulunu ödəməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 barəsində olan xx.xx.2023-cü il tarixdə 55a nömrəli əmrlə xitam verilmiş əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə “Əmək müqaviləsi bildirişi” altsisteminə əlavə edilərək imzalanmışdır. “X24” MMC-nin 12 iyun 2023-cü il tarixli məktubundan görünür ki, X10 işdən azad olunarkən işlərin təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları yazmayaraq işdən getmişdir. X4 əmək müqaviləsinə xitam verilməsinə dair əmrlə X14 şifahi məlumatlandırılmışdır. X10 xx.xx.2023-cü il tarixində işdən azad edilməsinə baxmayaraq “Əmək müqaviləsi bildirişi” altsisteminə bu barədə məlumatlar məlum olmayan səbəblərdən 17.03 2023-cü il tarixdə işlənilmişdir. X14 xx.xx.2023-cü ildə mühasib vəzifəsinə təyin edilmiş, bu barədə məlumatlar xx.xx.2023-cü il tarixində “Əmək müqaviləsi bildirişi” altsisteminə işlənilmişdir. X14 xx.xx.2023-cü ildə Baş mühasib vəzifəsinə təyin edilmiş, bu barədə məlumatlar xx.xx.2023-cü il tarixində “Əmək müqaviləsi bildirişi” altsisteminə işlənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, “X24” MMC-də mühasib vəzifəsində işləmiş X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşma gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli MN1292411 nömrəli qərardan görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. X17 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə tərəfindən şübhələri və ziddiyyətli məqamları barəsində protokol tərtib edilmiş şəxsin xeyrinə həll olunması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Həmin Məcəllənin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddısinə əssən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X14 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində aparılan inzibati iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər baxımından işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, işin hallarından görünür ki, X10 ilə “X24” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009 saylı müddətli əmək müqaviləsinə işçinin öz xahişi ilə xx.xx.2023-cü il tarixli 55A nömrəli əmrlə xitam verilməsinə baxmayaraq X10 “X24” MMCdə fəaliyyətini davam etdirmiş və iş materiallarına əlavə edilmiş “X24” MMC-nin fevral ayı üzrə əmək haqları cədvəlləri (işçilərin faktiki işlənmiş iş günləri də qeyd edilmiş) və elektrik enerjisinin və təbii qazdan istifadəyə görə ödənişlərin həyata keçirilməsinə dair tələbnamənin baş mühasib kimi Kamran Hazmanov tərəfindən imzalanması onun xx.xx.2023-cü il tarixdən sonra da “X24” MMC-də fəaliyyətini davam etdirməsinə əsaslı şübhələr yaradır. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, X14, X4 işdən azad olunmasına dair 01 mart 2023-cü il tarixli 55 A nömrəli əmrlə və “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmrlər kitabında aparılan qeydlərlə də tanış olmamışdır. Hansı ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi X11 inzibati məsuliyyətə cəlb etməsinə əsas kimi “X24” MMC-nin 01 mart 2023-cü il tarixli 55A nömrəli əmrinə istinad etmişdir. Həmin əmrdən də görünür ki, “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq üzrə məsul şəxsi mühasib X12 işçi Kamran Hazmanova istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 26 günün pulunu ödəməsi əmr edilmişdir. Məhkəmə 01 mart 2023-cü il tarixli 55 A nömrəli əmrin 3-cü bəndində qeyd edilən “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq üzrə məsul şəxsi (mühasib X14) işçi Kamran Hazmanova istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 26 günün pulunu ödəməsi hissəsinə münasibətdə həmçinin qeyd edir ki, həmin əmrlə X8 tanış edilməsi də X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən araşdırılmamış və məhkəmə prosesində də Məhəmməd Musayevin həmin əmrlə tanış edilməsini müəyyən etmək mümkün olmamışdır. İşin hallarından eyni zamanda görünür ki, X14 xx.xx.2023-cü il tarixdə “X24” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul edilmiş və o, xx.xx.2023-cü il tarixdən həmin cəmiyyətdə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində baş mühasib vəzifələrini kimin icra etməsi və X4 işdən azad olunmasına dair xx.xx.2023-cü il tarixli 55A nömrəli əmr üzrə məlumatların xx.xx.2023-cü il tarixdə məhz həmin dövr ərzində “X24” MMC-nin rəhbəri tərəfindən gecikdirilərək “Əmək müqaviləsi bildirişi” altsisteminə əlavə edilməsi X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın gecikdirilməsi ilə bağlı araşdırma apararkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan inzibati xəta haqqında 25 aprel 2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqana göndərilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X21 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-149/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-149/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver