Məhkəmə qərarları › İş №3(033)-157/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-157/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-157/2023 13.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş EQ 13137522 nömrəli inzibati xəta haqqında qanunsuz elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ13137522 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qanunsuz qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən X8 şikayət ərizəsində göstərmişdir ki, DİN Baş X16 İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli EQ 13137522 nömrəli elektron qərar tərtib edilmişdir. Həmin qərarı qanunsuz hesab edir, çünki ona qanunsuz olaraq İXM- nin 328.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə yazılaraq qərar tərtib edilmişdir. Qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında qərar tərtib edilərkən onun hüquqları pozulmuşdur. Belə ki, yolda yol nişanları olmadığı halda onun avtomobilinin xüsusi texniki vasitələrdən istifadə olunaraq şəkili çəkilərək cərimə tətbiq olunub. Bundan başqa, onun avtomobilini yararsız hala salan inzibati xəta hadisəsi barədə Zaqatala rayon Məhkəməsinə qərardan şikayət versə də, məhkəmənin hakimi Tural Həsənov heç bir əsas gətirmədən qərardan şikayət vermə müddətini bərpa etməmiş və avtomobili yararsız hala salan şəxsə vurduğu ziyanı ödəməmək üçün şərait yaratmışdır. Hesab edir ki, bütün bunlar yol polisinin və məhkəmə hakiminin şəxsən ona qarşı olan şəxsi qərəzliyidir. Bu barədə X14 məhkəməsinə şikayət etmək fikrindədir. Hazırki şikayətində qeyd etdikləri faktları bir daha araşdıraraq qərarda qeyd edilməsini xahiş edir. Buna görə də, qərarlar ləğv edilməli və işlərin icraatına xitam verilməlidir. Şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək şikayətində göstərilənlərə uyğun izahat verdi və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, inzibati xətanın törədilməsinin aşkar edilməsində texniki cihazlardan istifadə edildiyi qərardan görünsə də, həmin cihazların yararlılığı ilə bağlı hər hansı sübut yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq elektron qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli EQ seriyalı 13137522 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X8 Azərbaycan Respublikası İXMin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) manat inzibati cərimə olunmuşdur. Həmin qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində dövlət yoxlamasından keçərək xx.xx.2022-ci il tarixdə ÖVY063360 nömrəli şəhadətnamə verilmiş 0X00035616 kamera nömrəli VVC-MC800P Smart radardan istifadə edilmişdir. ÖVY063360 nömrəli xx.xx.2022-ci il tarixli Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamədən görünür ki, Almaniya istehsalı olan 0X00035616 zavod nömrəli SmartMicro UMMR tipli Stasionar sürətölçən cihaz yararlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. X4 şikayətində göstərdiyi “onun avtomobilini yararsız hala salan inzibati xəta hadisəsi barədə Zaqatala Rayon Məhkəməsinə qərardan şikayət versə də, qərardan şikayət vermə müddətinin bərpa edilməməsi və avtomobili yararsız hala salan şəxsə vurduğu ziyanı ödəməmək üçün şərait yaradılması” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, qeyd edilən hallar heç də nəqliyyat vasitəsinin sahibi olan X3 yolda müəyyən edilmiş hərəkət sürətini aşması üçün əsas ola bilməz. Avtomobilinin zərər gördüyü hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə ilə bağlı Zaqatala rayonu polis leytenantı X9 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 13137522 nömrəli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş X7 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması halı ilə bir əlaqəsi olmamışdır. Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, Zaqatala rayonu polis leytenantı X9 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən sənədin kötüyünə imza etdirilməklə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X5 təqdim edilmişdir. Sonuncunun özü də qeyd edir ki, həmin qərar ona verilmiş, lakin həmin qərarı hara qoyduğunu xatırlamır. Bundan başqa, inzibati araşdırma zamanı Xanov Musayev özü şəxsən iştirak etmiş, hadisə ilə bağlı izahat vermişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 rayonu polis leytenantı X9 25 dekabr 2021-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını aldığı gündən 20 gün müddətində şikayət verməli olduğu halda, buna riayət etməmiş, yalnız 16 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Qərara əsasən Zaqatala rayonu polis leytenantı X9 25 dekabr 2021-cı il tarixli nömrəli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X3 vəsatəti rədd edilmiş, şikayətin inzibati xəta törətmiş şəxs X5 geri qaytarılması qərara alınmışdır. X4 məhkəmə iclasında göstərdiyi “inzibati xətanın törədilməsinin aşkar edilməsində texniki cihazlardan istifadə edildiyinin qərardan göründüyü və həmin cihazların yararlılığı ilə bağlı hər hansı sübutun olmaması” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli EQ13137522 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində VVC-MC800P Smart radarın istifadə edildiyi göstərilmiş və həmin radar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” Publik hüquqi şəxsi tərəfindən yoxlamadan keçirilərək yararlığı Ölçmə vasitələrinin yoxlanılması haqqında ÖVY063360 nömrəli Şəhadətnamə ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “VAZ21093” minik markalı 90EF873 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X8 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasını müəyyən etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X4 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş EQ 13137522 nömrəli inzibati xəta haqqında qanunsuz elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar