Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-159/2022 26.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X12, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi X6 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1978-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olmaqla orada da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 26 may 2022ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 11 may 2022-ci il tarixdə saat 13 radələrində aralarında yaranmış mübahisə zamanı bacısı X4 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 11 may 2022-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yaşayan X5 Azərbaycan Respublikası DİN-nin «102» xidməti-zəng mərkəzinə zəng edərək, bacısı oğlu Məhəmməd Qəmbərov tərəfindən döyüldüyünü bildirmişdir. Bundan başqa 11 may 2022-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində yaşayan Şəxs da ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək bacısı Nəzakət Qandaxova tərəfindən döyüldüyünü bildirmişdir. Beləliklə də X2 bacısı oğlu Məhəmməd Qandaxov tərəfindən döyülməsi, Şəxs bacısı Nəzakət Qandaxova tərəfindən döyülməsi barədə yazmış olduqları qarşılıqlı ərizələri araşdırılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, 11 may 2022-ci il tarixdə saat 13 radələrində qonşuluq münasibətləri zəmnində aralarında yaranmış mübahisə zəmnində Nəzakət Qandaxova ilə Şəxs birbirilərini vuraraq biri-birilərinə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişlər. Onların əlbəyaxa olmalarını görən Məhəmməd Qandaxov onlara yaxınlaşaraq ayırmışdır. Bundan sonra Nəzakət Qandaxova Azərbaycan Respublikası DİN-nin «102» xidməti-zəng mərkəzinə zəng edərək şikayət etmişdir. Araşdırma zamanı Məhəmməd Qandaxovun xalası Nəzakət Qandaxovanı vuraraq xəsarət yetirməsi halları müəyyən edilməmişdir. Zaqatala RPŞ-nin 17 may 2022-ci il tarixli qərarı ilə X2 və Şəxs qarşılıqlı ərizələri əsasında barələrində toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onların barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zaqatala rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış və qərarın əsasında onun haqqında 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, barəsində şikayət ərizəsi yazdığı Nəzakət Qandaxova bacısıdır. Nəzakət anaları Aişə Qandaxovaya baxmadığı üçün aralarında münaqişələr yaranmışdır və uzun illərdir kı. ədavətləri vardır. Nəzakətin qeyri rəsmi yaşadığı eyni zamanda bibisi oğlu olan İbrahim özünə məxsus avtomobili özlərinin yaşadığı evin qarşısında deyil, ona məxsus həyətyanı sahənin hasarının kənarında saxlayır. Bu səbəbdən onlar özlərinə məxsus çay daşlarından inşa etdikləri hasarın daşlarını küçə tərəfə atmışdır ki, İbrahim avtomobilini öz darvazalarının qarşısında saxlasın. 11 may 2022-ci il tarixdə saat 13 radələrində o, həyətdə olduğu zaman görmüşdür ki, bacısı Nəzakət küçədən daşları toplayıb onun həyətyanı sahəsinə atır. O, öz həyətindən hasarın kənarına yaxınlaşmış və bacısı Nəzakətə demişdir ki, İbrahim avtomobili başqa yerdə saxlasın. Bu zəmində aralarında yaranmış mübahisə nəticəsində Nəzakət yerdən götürdüyü daş parçalarını ona atmış, həmin daşlardan biri kürəyinə, digəri isə başına dəymişdir. Bundan sonra Nəzakət hasardan onun həyətinə tullanmış və onunla əlbəyaxa olmuşdur. Həmin vaxt onlar bir-birilərini vurmağa başlamışlar və Nəzakət onun əlini dişləməyə başlamışdır. Bunu görən oğlu Məhəmməd Qandaxov onlara yaxınlaşaraq Nəzakəti ondan uzaqlaşdırmışdır. Bundan bir qədər sonra polislər gəlmişlər və onlar qarşılıqlı ərizələr yazmışlar. O bacısı Nəzakətlə barışmamış, ondan şikayətçidir. Ona cəza verilməsini xahiş edir. X1 məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, barəsində şikayət ərizəsi yazdığı Məhəmməd Qandaxov bacısı oğludur, onlarla qonşudurlar, lakin uzun illərdir kı. aralarında ədavətləri vardır və heç bır münasibətləri yoxdur. Onun qeyri rəsmi olaraq yaşadığı İbrahim Abakarov özunə məxsus avtomobili küçədə saxladığı üçün bacısı Şəxs İbrahimin avtomobili saxladığı yerə daş tökmüşdür ki, İbrahim avtomobili orada saxlaya bilməsin. 11 may 2022-cı il tarixdə saat 13 radələrində o, evdən küçəyə çıxıb həmin daşları təmizlədiyi zaman bacısı Şəxs onun üzərinə hücum edərək hansı səbəbdən həyətyanı sahəsinin hasarının daşlarını tərpətməsini əsas gətirib onunla mübahisə etməyə başlamış və bu zəmində əlbəyaxa olaraq bir-birilərıni vurmağa başlamışlar. Bu zaman Ədalətin oğlu Mənəmməd Qandaxov da onlara yaxınlaşaraq onu vurmuş, eyni zamanda boğazından tutaraq boğmağa başlamışdır. Bundan sonra Ədalət və Məhəmməd onu əlləri və ayaqları ilə vurmağa davam etmişlər, lakin o, bir təhər onların əlindən çıxıb öz həyətinə qaçıb 102 xidmətinə zəng etdiyini bildirmişdir. O, Ədalətdən şikayətçidir, onunla barışmamışdır. Ona cəzası verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X14 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş Məhkəmə tibbi ekspertiza X13 X16 13.05.2022-ci il tarixli 117 №-li rəyindən görünür ki, vəf. X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyədə, boynunda 1 (bır) ədəd sıyrıqlar və sol baldırında qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 05 2022-cı tarixdə sol gözaltı nahiyədə və boynunda sıyrıqlar insan bədəninin hissələrinin (əl və sair), soi baldırında qançır isə hor-hansı bır bərk müstəviyə dəyməsi təsirindən əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, qadın olmasını, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-159/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-159/2022
26.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver