Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-159/2023 09.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 mart 2023-cü il tarixli EQ 13451058 nömrəli qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 13451058 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN Baş X7 İdarəsi tərəfindən barəsində xx.xx.2023-cü il tarixli EQ 13451058 mömrəli elektron qərar tərtib edilmişdir. Həmin qərarı qanunsuz hesab edir. Çünki ona qanunsuz olaraq İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə yazılaraq qərar tərtib edilmişdir. Qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında qərar tərtib edilərkən onun hüquqları pozulmuşdur. Belə ki, yolda yol nişanları olmadığı halda onun avtomobili xüsusi texniki vasitələrdən istifadə olunaraq şəkili çəkilərək cərimə tətbiq olunub. Bundan başqa onun avtomobilini yararsız hala salan inzibati xəta hadisəsi barədə Zaqatala rayon Məhkəməsinə qərardan şikayət yazsa da məhkəmənin hakimi Tural Həsənov heç bir əsas gətirmədən qərardan şikayət vermə müddətini bərpa etməmiş və avtomobili yararsız hala salan şəxsə vurduğu ziyanı ödəməmək üçün şərait yaratmışdır. Hesab edir ki, bütün bunlar yol polisinin və məhkəmə hakiminin şəxsən ona qarşı olan şəxsi qərəzliyidir. Bu barədə X6 məhkəməsinə şikayət etmək fikrindədir. Hazırki şikayətində qeyd etdikləri faktları bir daha araşdıraraq qərarda qeyd edilməsini xahiş edir. Buna görə də, qərar ləğv edilməli və işin icraatına xitam verilməlidir. Şikayət verən şəxs X3 məhkəmə iclası zamanı şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq elektron qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Zaqatala rayonu X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 13451058 nömrəli elektron qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən X4 yolunun 128-ci kilometrində xx.xx.2023-cü il tarixdə saat 13:11-də “Vaz 21093 Minik” markalı, 90EF873 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərara alınmışdır ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 69-cu maddəsinin birinci və ikinci bəndinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin Qanunun 69-cu maddəsinin dördüncü bəndinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 6F3BFD414CBA30C nömrəli kamera ilə çəkilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:11-də “Vaz 21093 Minik” markalı, 90EF873 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yevlax-Zaqatala- Gürcüstan avtomagistralında hərəkət hissəsinin kənarını göstərən 1.2 nişanlanma xəttinin yanında, avtomagistralın hərəkət hissəsində dayanmışdır. Şikayətin dəlillərindən biri, yolda yol nişanlarının olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş 6F3BFD414CBA30C nömrəli kamera ilə çəkilmiş fotoşəkillərə baxdıqda avtomagistrallarda hərəkət hissəsinin kənarını göstərən 1.2 üfiqi nişanlanma xətti aydın şəkildə müşahidə olunur. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 1-ci maddəsinin 6-cı bəndinə əsasən avtomagistral — nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz;ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur;dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur; hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinə əsasən 1) tramvay yollarında, habelə tramvay yollarının bilavasitə yaxınlığında, əgər bu, tramvayın hərəkətinə maneə yaradarsa; 2) dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında; 3) 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətləri ilə dayanmış nəqliyyat vasitəsi arasında məsafə 3 metrdən az olan yerlərdə; 4) piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda; 5) hərəkət hissəsində təhlükəli döngələrin və yolun uzununa profilinin qabarıq əyintili hissəsinin yaxınlığında — hər hansı bir istiqamətdə yolun görünmə sahəsi 100 metrdən az olduqda; 6) 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda; 7) dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda; 8) nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri- mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə; 9) nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa — səkilərdə; 10) 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında;11) avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır. Həmin Qanunun 64-cü maddəsinin Vİİİ bəndinə əsasən nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 3) 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. Qeyd edilən maddələrin məzmunundan da aydın olur ki, nəqliyyat vasitələrinin avtomagistralların hərəkət hissəsində və ya nişanların qüvvədə olduğu sahədə dayanması və ya durması qadağan edilir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi də dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X1 izahatı ilə yanaşı, tədqiq edilmiş inzibati tənbeh vermə haqqında EQ 13451058 nömrəli qərara əsasən X1 X4 avtomagistralının 128-ci kilometrində xx.xx.2023cü il tarixdə saat 13:11-də “Vaz 21093 Minik” markalı, 90EF873 dövlət qeydiyyat nişanlı avtomobili ilə durma qaydalarını pozduğu müəyyən edildi. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi X1 inzibati xətanı törətməməsi ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun bu səpkidə izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Göstərilən əsaslarla məhkəmə şikayətçi X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 10 mart 2023-cü il tarixli EQ 13451058 nömrəli qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-159/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-159/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver