Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-161/2023 06.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Əliyeva X1 Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(033)-1223/2020 nömrəli və Zaqatala Rayon 2 saylı Notariat Kontorunun icra sənədlərini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiyası şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X3 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Zaqatala Rayon 2 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 5599 nömrəli icra sənədlərinə əsasən 797.30 manat pul Şəxs tutularaq MolBulak BOKT MMC-nin xeyirinə, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(033)-1223/2020 nömrəli icra sənədinə əsasən isə ondan 1098 manat pul və 30 manat dövlət rüsumu alınaraq MJ FİNANCE MMC-nin xeyirinə ödəməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Zaqatala Rayon Məhkəməsinin və Zaqatala Rayon 2 saylı Notariat Kontorunun sözü gedən icra vərəqələrinin icrası ilə əlaqədar hazırda yaranmış 797,30 manat və 1098 manat pul və 30 manat dövlət rüsumu zərərçəkmişlərə ödənilməsi tələb olunsa da, o, borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən icra vərəqələrinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı protokol məhkəməyə təqdim ediləndən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan 300 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, heç bir yerdə işləmədiyindən borcunu tam şəkildə ödəyə bilməmişdir. O borcu ödəməkdən də yayınmır. Hazırda MJ FİNANCE MMC-yə olan borcundan 300 manat ödəmişdir. Qalan məbləği isə hər ay ödəməklə tamamlayacaqdır. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon vəkil bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra vərəqəsinin icra edilməsindən qərəzli olaraq yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(033)-1223/2020 nömrəli məhkəmə əmrinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Şəxs 1098 manat pul və 30 manat dövlət rüsumu MJ FİNANCE MMC-nin xeyirinə tutulub verilməlidir. Həmçinin iş materiallarında olan Zaqatala Rayon 2 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 5599 nömrəli icra qeydinə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yaşayan Şəxs 797.30 manat pul MolBulak BOKT MMC-nin xeyirinə tutulub verilməlidir. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Dinara Həsrətovanın xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru tələbin dərhal könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi Elvin Əhmədovun xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru tələbin dərhal könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Şəxs 300 manat məbləğində pulu MJ FİNANCE MMC-nin hesabına bank vasitəsi ilə göndərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 06 iyun 2023-cü il tarixli 146 saylı arayışından görünür ki, X4 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X4 arasında nikah 20 oktyabr 1999-cu ildə bağlanmış, 55 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İ-19132 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, X4 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş 0251t nömrəli xx.xx.2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, X4 “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Məhkəmə borclu Şəxs borcundan 300 manat ödəməsini nəzərə alaraq hesab edir ki, hazır ki məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Zaqatala Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli 2(033)-1223/2020 və Zaqatala Rayon 2 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 5599 nömrəli icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi əsası ilə haqqında inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-161/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-161/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver