Məhkəmə qərarları › İş №3(033)-164/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-164/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-164/2023 22.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 katibliyi, Şikayət verən şəxs X14 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası X7 nümayəndəsi X9 iştirakları ilə, Şikayət verən şəxs X14 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən barəsində 10 aprel 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X20 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin rəisi X16 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X20 şikayət ərizəsində göstərmişdir ki, AQTA-nın Şəki Zaqatala RB-nin rəisi X21 xx.xx.2023-cü il tarixdə ona MN ******* nömrəli protokol yazaraq İXM-nın 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 1500 (bir min beş yüz) manat cərimə edilməyinə dair xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Qərarda marketdə istifadə müddəti bitmiş ərzaq məhsullarının satışını həyata keçirildiyi müəyyən olunması göstərilmişdir. Qərarla razı deyil, qərarı qanunsuz hesab edir. Ona görə ki, onun kənara qoyduğu, yəni satışdan çıxartdığı saxlanma vaxtı ötmüş malları - istifadə müddəti bitmiş ərzaq məhsullarının satışını həyata keçirirmiş kimi göstərərək ona qanunsuz qərar yazılmışdır. Onun malları ona görə bir kənarda saxlanılırdı ki, malları gətirən firma nümayəndələri gəldikdə həmin mallar firma nümayəndələrinə geri qaytarılır. Malları geri qaytarmadığı halda və yaxud da həmin malların müddəti ötdüyünə görə tulladığı halda həmin malların dəyərini o firmaya ödəməli idi. Buna görə də o və başqa sahibkarlar məcburdur ki, saxlama müddəti ötmüş malları satışdan çıxararaq mağazanın bir küncündə üstünü örtüb saxlasınlar və firma nümayəndələrini gözləsinlər. AQTA-nın Şəki Zaqatala RB-nin rəisi X21 ona əsassız və qanunsuz olaraq İXM-in 447.0.2-ci maddəsi ilə 1500 manat cərimə yazmışdır. Həmin qərar qanunsuzdur ona görə ki, 447.0.2-ci maddəsində qeyd olunur ki, saxlama müddəti ötmüş məhsulların satılmasına görə cərimə edilir. Hazırkı inzibati işin içərisində isə onun tərəfindən hər hansı bir saxlama müddəti ötmüş məhsulların satılması halı baş verməmişdir. Məhsulların mağazadan satılması halı o halda baş verir ki, o hər hansı bir malın pulunu alaraq kassaya mədaxil edərək, kassa qəbzi təqdim edərək məhsulu şəxsə satır, hazırki işdə isə hər hansı bir satış baş vermədiyi halda ona məhsulların satılmasına görə cərimə yazılmışdır. Ona cərimə yazan vəzifəli şəxs məhkəmə iclasında ona sübut etməlidir ki, o saxlama müddəti ötmüş məhsulları hər hansı bir şəxsə satmışdır. Satmağını təsdiq etmək üçün isə məhsulu alan şəxs və kassadan verilmiş məhsulun dəyərinin ödənilməsini təsdiq edən qəbz təqdim edilməlidir. Əks halda onun hərəkətində hər hansı bir inzibati xətadan söhbət gedə bilməz. İXM-in 8-ci maddəsində qeyd olunur ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll olunmalıdır. Qeyd olunan maddənin tələbindən görünür ki, ona cərimə tətbiq etmiş vəzifəli şəxs olan X21 məhkəmə iclasına gəlməli və orada ona saxlama müddəti ötmüş məhsulları satdığını, nə vaxt, harada, hansı saatda, hansı dəqiqədə satdığını sübut etməlidir. Əks halda həmin qərar ləğv edilməlidir. Şikayət verən şəxs X20 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası X7 nümayəndəsi X15 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə X14 özünə məxsus Muğanlı marketində istifadə müddəti bitmiş ərzaq məhsulları olan 6 ədəd Bic-Bon adlı qida konsentratı, 1 kiloqramlıq 2 ədəd Doymak adlı un, 1 ədəd Go adlı spirtli içki, 3 ədəd Darenka adlı peçenye, 1 ədəd Kətə adlı şirniyyat, 9 ədəd 450 qramlıq Azərçay adlı quru çayı satması Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə Zaqatala RPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikasının Qida X5 regional bölməsinə göndərilmişdir. Vəzifəli şəxs X20 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 10 aprel 2023-cü-ci il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə vəzifəli şəxsə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işə 10 aprel 2023-cü il tarixdə baxılmış və eyni tarixdə vəzifəli şəxs X20 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Qida X6 regional Bölməsinin rəisi X21 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasında iştirak etməmişdir. Bildiyinə görə qeyd olunan maddə ilə protokol tərtib etmək X7 səlahiyyətindədir. Hazırki işdə protokol polis şöbəsi tərəfindən tərtib edilmiş, protokol tərtib edilib onların Agentliyinə göndərildiyindən onlar da qərar qəbul etmişlər. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxs X20 oğlunun şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X14 şikayəti qismən təmin edilməli, yəni 10 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı Eşqin Muxtarov tərəfindən tərtib edilmiş 06 mart 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Sahib Əhmədov xx.xx.2023-cü il tarixdə özünə məxsus Muğanlı marketdə istifadə müddəti bitmiş ərzaq məhsullarını satması müəyyən olunmuşdur. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, X20 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun AQTA-nın X19 rəisi Samid Ağayeva göndərilməsi qərara alınmışdır. AQTA-nın X24 tərəfindən X17 ünvanlanmış 27 mart 2023-cü il tarixli inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, X20 barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xətaya baxılması 10 aprel 2023-cü-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İnzibati xətaya dair işə baxılması yeri və iştirakının zəruriliyi barədə Sahib Əhmədov məlumatlandırılmışdır. AQTA-nın Şəki RB-nin rəisi X21 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, X20 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.44- 1-ci bəndinə əsasən həmin Məcəllənin 428.1, 444, 447.0.1 (malın (xidmətin) istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına münasibətdə), 447.0.2– 447.0.6, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan aydın olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər qida məhsulları ilə, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı olduqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli protokol Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, X14 barəsində İXM-nin 447.0.2ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması Zaqatala RPŞ-də toplanmış materiallar olmuşdur, Zaqatala rayon polis şöbəsi də X20 barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı toplanmış müvafiq materialları aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinə göndərilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Qida X11 Regional Bölməsi də qanunvericiliyin tələbini nəzərə almadan X14 əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilərək onu 1500 (bir min beş yüz) manat inzibati qaydada cərimə etmişdir. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, X14 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, 06 mart 2023-cü il tarixli protokol səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmiş və X20 barəsində səlahiyyətli orqan Azərbaycan Respublikası Qida X11 Regional Bölməsi tərəfindən protokol tərtib edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması», «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X20 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinin 10 aprel 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X1ytarılmalı, Azərbaycan Respublikası Qida X11 Regional Bölməsi isə işə baxarkən, polis şöbəsinin protokol tərtib edib baxılması üçün Azərbaycan Respublikası Qida X11 Regional Bölməsinə göndərərkən qanunvericiliyin tələblərinə düzgün əməl edib-etməməsi dəqiq araşdırılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi X21 tərəfindən X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair 10 aprel 2023-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar