Məhkəmə qərarları › İş №3(033)-166/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-166/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-166/2023 11.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs- Şəxs1 Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) hüquqi ünvanı ünvan 1 ünvanı X7 kəndi olan Şəxs1 Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs1 Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Şəxs1 ASC) ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürməli olan 690,94 manat valyuta vəsaitini köçürməmişdir. Beləliklə Şəxs1 ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat və X4 Bölməsinin təhqiqatçısı X2 tərəfindən inzibati xəta haqqında 17 may 2023-cü il tarixli, 01400-04249/23 nömrəli protokol tərtib olunaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********610500 nömrəli çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Şəxs2 “X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkili nəticəsində ayrılan yeni hüquqi şəxsdir və bölünmə balansında qeyd olunan hissədə hüquq və öhdəlikləri üzrə “X6 Kompleksi ” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquq və öhdəlikləri üzrə hüquqi varisi Şəxs2 direktoru Eldar Məmmədov vəsatətlə müraciət edərək Şəxs2 hüquqi ünvanı ünvan 3nvericiliyin tələbləri nəzərə alınmaqla işin baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib, inzibati xəta haqqında işi araşdırararq belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquq və öhdəlikləri üzrə hüquqi varisi Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********610500 nömrəli çıxarışdan görünür ki, ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Şəxs2 hüquqi ünvanı- ünvan 4ti Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi”nə dair 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır Hazırki iş üzrə inzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd edilən inzibati xəta Şəxs1 MMC tərəfindən həmin hüquqi şəxsin ünvanında törədilmişdir. Müəyyən edildi ki, Şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi varisi olan Şəxs2 hüquqi ünvanı- ünvan 5n Məhkəməsində baxılması üçün göndərilməsinə dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olan Şəxs2 direktoru Eldar Məmmədov vəsatətlə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Hesab edirəm ki, vəsatət təmin edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 01400-04249/23 nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 110.1, 114.3-cü və 118-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi varisi olan Şəxs2 (VÖEN **********) direktoru Eldar Məmmədovun vəsatəti təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 01400-04249/23 nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və protokol tərtib edən orqana təqdim edilsin (poçtla göndərilsin). Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar