Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-167/2023 01.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdim : X4 və X1 Şəxs MMC-nin ayrı-ayrı işçiləri barəsində 27 mart 2023-cü il tarixə Zaqatala rayon prokurorluğuna ünvanladıqları şikayət xarakterli müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Zaqatala rayon prokurorunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X3 04 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materiallar qərarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Buna görə də, Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 08 may 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar tərtib edilmişdir. Bundan sonra, Zaqatala rayon prokurorluğu tərəfindən 08 may 2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və toplanmış materiallar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən isə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Zaqatala rayon prokurorluğunun 08 may 2023-cü il tarixli qərarı və iş üzrə toplanmış digər materiallar baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən protokol tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin əsaslarını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində qeyd edilir ki; 54.1. Prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 54.2. Bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə),284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445- 1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4-538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 54.3. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. 54.4. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. 54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.44cü bəndinə əsasən həmin Məcəllənin 428.1 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 428.2, 428.3, 428.6, 444 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 445, 446, 447.0.1 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 447.0.2 (bu Fərmanın 5.44- 1-ci bəndi nəzərə alınmaqla), 447.0.9 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 453 (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla), 544.2-ci (bu Fərmanın 5.44-1-ci bəndi nəzərə alınmaqla) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 54-cü maddəsində isə protokol tərtib edilmədən, prokuror tərəfindən inzibati xətanın törədilməsi barədə qərar qəbul oluna biləcək maddələr sırasında İXM-nin 447.0.1-ci maddəsi qeyd edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materiallar qərarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC-nin barəsində İXM-nin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanması 04 may 2023-cü il tarixli cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərar olmuşdur, Zaqatala rayon prokurorluğu da Şəxs MMC barəsində qeyd edilən inzibati xəta pozuntusu ilə bağlı protokol tərtib edərək aidiyyəti üzrə müvafiq orqana göndərməli olduğu halda 08 may 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul etmiş, həmin qərarı aidiyyatı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərmiş, sonuncu tərəfindən isə səlahiyyətli vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilmədən iş materiallarını baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən protokol tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qaytarılmalıdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı İnzibati xəta haqqında qərar və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan materiallar üzrə olan inzibati xəta haqqında iş inzibati xəta pozuntusu ilə bağlı qərar (qərardad) qəbul edərək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən protokol tərtib edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-167/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-167/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver