Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-169/2021 11.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, Zaqatala Rayon Polis Şöbəsində Şəxs barəsində 11 mart 2021-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında iki müxtəlif protokolla bağlı bu gün icraatıma daxil olan inzibati xəta haqqında iş üzrə 3(033)-168/2021 və 3(033)-169/2021 nömrəli iş materiallarını nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İcraatıma bu gün Zaqatala Rayon Polis Şöbəsində eyni şəxs barəsində 11 mart 2021-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında iki protokolla bağlı inzibati xəta haqqında iş üzrə icraat, yəni Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-168/2021 və İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-169/2021 nömrəli inzibati xəta haqqında işlər daxil olmuşdur. Müəyyən etdim ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 mart 2021-ci il tarixdə saat 02:00 radələrində Zaqatala rayonu Dardoqqaz kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Bu barədə Zaqatala Rayon Polis X1 Bölməsinin (bundan sonra-Zaqatala RPŞ-in İTB) polis sahə rəisi X2 tərəfindən 11 mart 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 mart 2021-ci il tarixdə saat 02:00 radələrində VAZ 21063 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini bağlamadan idarə etmiş, işıq cihazlarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Bu barədə Zaqatala Rayonu Baş yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən İXP seriyalı ******* nömrəli 11 mart 2021-ci il tarixli protokol tərtib edilmişdir. Hesab edirəm ki, eyni şəxs barəsində eyni tarixdə icraatıma daxil olan inzibati xəta haqqında işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsində müəyyən edilmişdir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də hesab edirəm ki, eyni şəxs barəsində icraatıma eyni tarixdə daxil olmuş Zaqatala Rayon Məhkəməsində olan 3(033)-168/2021 nömrəli və 3(033)-169/2021 nömrəli işlər bir icraata birləşdirilməlidir. Odur ki, qeyd edilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsaslanaraq, q ə r a r a a l d ı m: Şəxs İnzibati Xətalar Məcəlləsinin 329.1, 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-169/2021 nömrəli iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında 3(033)-168/2021 nömrəli işə birləşdirilsin və onlara bir icraatda baxılsın. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-169/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-169/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver