Məhkəmə qərarları › İş №3(033)-178/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-178/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-178/2023 07.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X3, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1964-cü il tarixdə Zaqatala rayonu, Mücəkbinə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 06 iyun 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 29 mart 2023-cü il tarixdə saat 14:00 radələrində Zaqatala şəhəri, N.Hikmət küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərək, onu döymüş və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis mayoru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 2015-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs Şəxs Bahəddin oğlunun xahişi ilə ünvan 2 ünvanında yerləşən yaşadığı evi "xxxx" ASC-nin Zaqatala rayon filialında girov qoyaraq 10000 dollar kredit götürmüş və həmin pulu Şəxs vermişdir. Şəxs həmin vaxt Zərərçəkmiş şəxs ödənişləri vaxtında edəcəyini, qısa zaman ərzində krediti bağlayıb evini girovdan çıxaracağını vəd versə də, sonradan Şəxs kredit ödənişlərini ödəməmişdir. Buna görə də “FİNANS LİZİNG ASC məhkəməyə müraciət etmişdir və hal-hazırda Zaqatala İcra və Probasiya şöbəsi Zərərçəkmiş şəxs yaşadığı evi boşaldaraq "xxxx" ASC-yə verməsini tələb edir. Buna görə də Şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə vardır. Kərim Səfərov xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində aralarında olan borcla bağlı Şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə gedib sonuncu ilə mübahisə etmiş və həmin mübahisə zamanı Zərərçəkmiş şəxs Şəxs yaşadığı evinin birinci mərtəbəsində eyvanın 2 ədəd 140x54 sm ölçüdə olan şüşəsini sındırmaqla həmin vaxt sonuncuya 19 (on doqquz) manat 60 (altmış) qəpik zərər vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Şəxs yaşadığı evə gedib sonuncudan borcunu ödəməsini tələb etmişdir. Həmin vaxt yenidən Şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Şəxs sifətinə, başına və bədəninin müxtəlif yerlərinə yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs təpə nahiyəsində 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd, sol əlinin arxa səthində 1 (bir) ədəd sıyrıqlarla nəticələnən birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək sonuncunu evindən küçəyə çıxarmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs küçədən daş atıb vurmaqla Şəxs yaşadığı evinin 6 ədəd 35x30 sm ölçüdə, 6 ədəd 92x35 sm ölçüdə olan pəncərə şüşələrini sındıraraq sonuncuya 33 (otuz üç) manat 60 (altmış) qəpik zərər vurmuşdur. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış və qərarın əsasında onun haqqında 06 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Kərim aralarında olan borcla bağlı yaşadığı evə gəlib onunla mübahisə etmiş, həmin mübahisə zamanı Kərim onun evinin birinci mərtəbəsində eyvanın 2 ədəd 140x54 sm ölçüdə olan şüşəsini sındırmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Kərim yaşadığı evə gəlib yenə aralarında olan borcla bağlı onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Kərim onu söymüş, bu zaman əsəbləşib sinə nahiyəsindən itələyərək Kərimi evindən küçəyə çıxarmışdır. Küçəyə çıxdıqdan sonra Kərim küçədən onun evinin 6 ədəd 35x30 sm ölçüdə, 6 ədəd 92x35 sm ölçüdə olan pəncərə şüşələrini daş vuraraq sındırmış, evinin pəncə şüşələrini sındırmaqla Kərim ona təxminən 60-70 manat maddi zərər vurmuşdur. O, Zərərçəkmiş şəxs döyməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, barəsində şikayət etdiyi Şəxs Bahəddin oğlunu gənc yaşlarından tanıyır və gənc yaşlarından Mahmudla dostluğu olmuşdur. 2015-ci ildə Mahmud icarəyə yer götürüb tikinti materialları mağazası işlətmişdir. Mahmud həmin vaxt ticarətini böyütməsi üçün özünə pul lazım olduğunu bildirərək ondan yaşadığı evi bankda girov qoyub pul götürməsini və həmin pulu özünə verməsini istəmişdir. Mahmud həmin vaxt ona ödənişləri vaxtında edəcəyini, qısa zaman ərzində krediti bağlayıb evini girovdan çıxaracağını vəd vermişdir. Buna görə o, 2015-ci ilin dekabr ayında yaşadığı evi "xxxx" ASC-nin Zaqatala rayon filialında girov qoyaraq 10000 dollar kredit götürüb Mahmuda vermişdir. İlk əvvəl Mahmud kreditin ödənişlərini ödəsə də sonradan ödənişləri etmədiyi üçün aralarında narazılıq yaranmışdır. Ödənişlər olunmadığı üçün "xxxx" ASC onu 2018-ci ildə məhkəməyə vermişdir. 2018-ci ildə Zaqatala rayon məhkəməsi onun yaşadığı evin "xxxx" ASC-yə verilməsi və əlavə olaraq "xxxx" ASC-yə 4703 dollar borclu olduğu barədə qərar qəbul etmişdir. Həmin qərar icraya yönəlmişdir. Zaqatala İcra və Probasiya şöbəsi ondan evi boşaldaraq "xxxx" ASC-yə verməsini və 4703 dollar borcu ödəməsini tələb etmişdir. O, Mahmuddan ödənişləri edib "xxxx" ASC-yə olan borcu ödəməsini və evini ona qaytarmasını tələb etmişdir. Lakin Mahmud hal-hazırki vaxta qədər 4703 dollar borcun bir hissəsini ödəmişdir. Buna görə də, hal-hazırda Zaqatala İcra və Probasiya şöbəsi ondan evi boşaldaraq "xxxx" ASC-yə verməsini tələb edir və 25 min manatı lizingə ödəməyəcəkləri təqdirdə evinin əlindən alınacağını bildirirlər. Buna görə o, Mahmuddan 25 min manat pulu ödəyib evini ona qaytarmasını tələb etmişdir. Mahmud pulu qısa zaman ərzində ödəyəcəyini bildirsə də bu günə qədər 25 min manat pulu ödəməmişdir. Buna görə də dəfələrlə Mahmudla aralarında mübahisə olmuşdur. O, təxminən 2023-cü ilin yanvar ayında aralarında olan borcla bağlı Mahmudun yaşadığı evə gedib sonuncudan borcunu ödəməsini tələb etmişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. O, həmin mübahisə zamanı Mahmudun evinin birinci mərtəbəsində eyvanın 2 ədəd şüşəsini sındırmışdır. Daha sonra o, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Mahmudun yaşadığı evə getmiş və sonuncudan borcunu ödəməsini tələb etmişdir. Həmin vaxt aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Mahmud sifətinə, başına və bədəninin müxtəlif yerlərinə yumruq zərbələri vuraraq onu döyüb evdən küçəyə atmışdır. O, həmin vaxt əsəbləşib küçədən Mahmudun evinin pəncərə şüşələrini daş vuraraq sındırmışdır. Mahmud isə zəng vurub oğlu Ramini evə dəvət etmişdir. Ramin Zaqatala RPŞ-nin əməkdaşları ilə yaşadığı evə gəlmişdir. Polis əməkdaşları Mahmudla onu rayon polis şöbəsinə dəvət etmişlər. O, hazırda Şəxs ilə barışmamış, ondan şikayətçidir və onun barəsində tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 məhkəmə iclası zamanı çıxış edərək Şəxs əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində polis əməkdaşı kimi xidmətlərini, həmçinin X4 iştirakının yüngülləşdirici hal kimi nəzərə alınmasını, eyni zamanda Şəxs qeyd edilən inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin qərarı mübahisələndirməmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs döyərək ona qəsdən dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş Məhkəmə tibbi ekspertiza X8 X12 80 №-li rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarətlər: təpə nahiyəsində 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd, sol əlinin arxa səthində 1 (bir) ədəd sıyrıqlar - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala MRX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər, xəsarətlərin özü tərəfindən özünə yetirilməsi istisna olunur, birlikdə və ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında onun zərərçəkmiş şəxsi vurmaması ilə bağlı göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun yaşını, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar