Məhkəmə qərarları › İş №3(033)-179/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-179/2023

20.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-179/2023 20.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X5 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1965-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala şəhəri A.Eminov küçəsi ev 46da qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 06 iyun 2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində ünvan 1 ünvanında X8 məxsus evin pəncərələrini sındırmış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zaqatala şəhəri A Eminov küçəsi ev 46-də yaşayan Mehdiyev X9 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində ünvan 2 ünvanında yaşayan X12 aralarında borcla bağlı yaranmış mübahisə zamanı onu döymüşdür. O, X12 barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə X12 da polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində tanışı Şəxs yaşadığı evə gəlib aralarında olan borcla bağlı onunla mübahisə etmiş və mübahisə zamanı yaşadığı evin pəncərə şüşələrini daş vurub sındırmaqla ona təxminən 150 manat zərər vurmuşdur. O, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Zaqatala RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarı cinayət işinin başlanmasının rədd edilmişdir. X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə 06 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, polis şöbəsində verdiyi izahatını təsdiq etdi. X2 ilə barışaraq razılığa gəlmişlər. Bunları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X1 rayon polis şöbəsində verdiyi izahatı təsdiq etdi. Əlavə olaraq göstərdi ki, o hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxslə barışmış və ona dəymiş zərər Şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X6 ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X12 ilə barışdığından və vurulmuş ziyan tamamilə ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Qənbər Məmmədov tərəfindən 06 iyun 2023-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokolda Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan X8 məxsus fərdi yaşayış evinin pəncərə şüşələrinə daş ataraq qəsdən sındırması və ümümilikdə sonuncuya 150 manat maddi ziyan vurmaqla İXM-nin 232-1-ci maddəsində qeyd edilmiş inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar və ona vurulmuş ziyan tamamilə ödənmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X12 ilə barışdığından və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X11 tərəfindən 06 iyun 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Zaqatala rayon polis şöbəsinin X3 polis sahə rəisi X11 tərəfindən 06 iyun 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar