Məhkəmə qərarları › İş №3(033)-180/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-180/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-180/2025 05.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 və hüquqşünas X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs 311050 Avro məbləğində olan vəsaiti 25 yanvar 2023-cü il tarixdə xaricə köçürmüş, 02 ildən artıq müddət keçsə də, 311050 Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarılmamışdır. Xəta 26 yanvar 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə 12 fevral 2025-ci il tarixdə, MN №0191375 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs nümayəndəsi X2 izahatında göstərdi ki, “Satıcı” adlanan "xxxx"-nın direktoru Viktor Derr ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X3 arasında 01/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Mal-material alışı üçün 675000 manat pul xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin Belarusiyadakı hesabından Moskvadakı hesabına göndərilmiş, xx.xx.2023-cü il tarixdə həmin məbləğdən 311050 Avo məbləğində pul "xxxx"nin hesabına ödənilmişdir. Odur ki, onlar tərəfindən hər hansı valyuta vəsaitinin geri qaytarılmaması halı baş vermədiyindən əməldə inzibati xəta tərkibi yoxdur və iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, məhkəmə araşdırmasında müəyyən etdim ki, “Satıcı” adlanan "xxxx"-nın direktoru Viktor Derr ilə “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru X3 arasında 01/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müqavilənin şərtlərinə uyğun Alıcı “Mal” adlandırılacaq tütün çubuğunu filtrlə birləşdirən siqaretin filtr hissəsinin üzləmə kağızını (innerlayner) və siqaret kağızını Satıcıdan almağı Satıcı isə həmin malı Alıcıya satmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 300000 (üç yüz min) Avro həcmində müəyyən edilmiş və malın dəyəri, növü, hər partiyanın çatdırılma tarixi və şərtləri Müqavilənin tərkib hissəsi olan Təsnif sənədlərində göstərilməsi şərtləndirilmişdir. Mal-material alışı üçün 25 yanvar 2023-cü il tarixində "xxxx" MMC tərəfindən 311050 Avro məbləğində pul "xxxx"-nin hesabına ödənilmişdir. Lakin, 311050 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş 01/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Satıcı” adlanan "xxxx"-nın direktoru Viktor Derr ilə “Alıcı” adlanan "xxxx" MMCnin direktoru X3 arasında müqavilənin şərtlərinə uyğun olaraq bundan sonra “Mal” adlandırılacaq tütün çubuğunu filtrlə birləşdirən siqaretin filtr hissəsinin üzləmə kağızını (innerlayner) və siqaret kağızını almağı öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 300000 (üç yüz min) Avro həcmində müəyyən edilmiş və malın dəyəri, növü, hər partiyanın çatdırılma tarixi və şərtləri Müqavilənin tərkib hissəsi olan Təsnif sənədlərində göstərilməsi şərtləndirilmişdir. İş materiallarına əlavə edilmiş Ziraat Bank Azərbaycan tərəfindən verilmiş referans nömrəsi 2008 olan xx.xx.2025-cü il tarixli “İnvoice”-dan görünür ki, xx.xx.2023-cü il tarixdə 311050 Avro "xxxx" MMC tərəfindən "xxxx"-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş 01/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, “Alıcı” adlanan "xxxx" MMC-nin direktoru Viktor Derr ilə “Satıcı” adlanan "xxxx" MMC-nin direktoru X3 arasında müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində tütün xammalı və köməkçi materialları tədarük etməyi öhdəsinə götürür, Alıcı isə təhvil verilmiş Malı qəbul etməyi və haqqını avans yolu ilə satıcının bank hesabına ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EP №0191375 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 311050 avro məbləğində vəsait xx.xx.2023-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də, 311050 Avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan ********* nömrəli köçürmə barədə çıxarışdan görünür ki, "xxxx" tərəfindən "xxxx" MMC nin hesabına 311050 avro vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Ziraat Bank Azərbaycan tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli xarici valyutada köçürmələr üçün ərizədən görünür ki, "xxxx" MMC tərəfindən "xxxx"-nin hesabına 311050 avro vəsaitin köçürülməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Ziraat Bank Azərbaycan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İLHAM-M MMC (VÖEN **********) – xx.xx.2023 tarixində 311050 EUR məbləğ üzrə təyinat kodu 2008 (avans) olaraq mal alışı üçün ölkə xaricinə köçürmələr etmişdir. Müştəri tərəfindən təqdim olunan ********* müqavilə kodu üzrə gömrük portalına müvafiq avanslann qeydiyyatları aparılmışdır. Müştəri tərəfindən avans ödənişlər üzrə malların ölkəyə idxal edilməyəcəyi və vasitəçilik xidməti olduğu bildirilmişdir. Vasitəçilik xidməti qarşılığında müştəri vəsaitin daxil olmasına dair təsdiq edici sənəd olaraq Almaniya Federativ Respublikasının Sparkasse Weserberland-dakı hesablarına daxil olan 311050 EUR məbləğlərinin swiftlərini təqdim etmişdir. Belə ki, qeyd edilən vəsaitlərin başqa ölkəyə daxil olması və sənədlərin eynilik təşkil etməməsi səbəbindən avans ödənişlərin tərəflərindən bağlanılması mümkün olmamışdır. Göründüyü kimi, xx.xx.2023-ci il tarixdə "xxxx" MMC-NİN "xxxx" ASC-də olan hesabından "xxxx"-bank hesabına ödənilmiş 311050 Avro məbləğində pul ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş 28 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarından da görünür ki, hüquqi şəxs Şəxs ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal etməmiş və ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü müddəsinin tərkibinin olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsinin törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni, 311050 (üç yüz on bir min əlli) avro məbləğinin iyirmi faizi məbləğində (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatına olan məzənnə nisbətində) inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar